18.04.2013

Gözlərim yol çəkir

Məlihə Əzizpur

Gözlərim yol çəkir yenə.
yoxsa,
pəncərənimi açmısan
şəhərin üzünə?
Yoxsa,
kəkliyinimi azdırmısan azğın könlümə?!
ruhumdan kəpənək qopur əllərinə çiçək!
açıq qoy pəncərəni
bax ...
paylandıqca sənə, böyüyürəm
çəkinmə məndən
qaçındıqca
daha çox yaxınlaşırıq biz.

gözlərim yol çəkir!
Yenə bir cüt göyərçin buraxırsan gönlümə.
qoy dənləsin ürəyimi,
qorxma
heç nə əksilməz sevgimdən.
Burası, baxtımın ən yüksək yeri!
lələyin düşübdür zirvəmə görürsən mi?!
necə qıy vurmayım bu olayı necə?!
Gözlərin yol çəkir!
Pəncərəni geniş açmağı düşünürsən
sanıram!...

Комментариев нет:

Отправить комментарий