17.04.2013

TELEFON


Vasif Əlihüseyn

Yatıram-dururam telefon susub,
indi, baş-başayam duyğularımla.
Ömürdü, sürürdük pisiydimi ki?
qatırdım başımı məktublarımla.

Çıxardıb tulladın o nömrəni də,
yazdığım məktublar yolda qaldılar.
Elə, tulladığın nömrə yerinə,
sənə təp-təzəcə nömrə aldılar.

İndi o evində, nömrəndə başqa,
başını oralar necə qatırmı?
Başqa bir adı da əzbərləməyə,
hərflər üstünə dilin yatırmı?


Necə görmüşdünsə, elə qalmışam,
Sən elə bilmə ki, mən nə gündəyəm.
O, qara telefon iki nömrədi,
Mən həm bakseldəyəm, həm də simdəyəm.

Комментариев нет:

Отправить комментарий