16.04.2013

Həyat dalğaları


Taleh Eminoğlu

Sahilə çatar çatmaz bir uşaq
özünü dəniz dalğalarına atdı.
At, bala, at amma özünü yorma
həyat dalğalarına atılacaqsan.

Ölüm – ölümsüzlük


Ölüm – ölümsüzlüyə gedən yol

Mürdəşir – ölümsüzlüyün müjdəçisi
Yuyulma – ölümsüzlüyün qaydası
Formalin – ölümsüzlüyün ilk hədiyyəsi
Kəfən – ölümsüzlüyün paltarı
Məzar – ölümsüzlüyə açılan qapı
Fatihə - ölümsüzlüyün xeyir duası


Əsir qadınlarımızdan olan uşaqlar

Neytral zonadan sağda

səngərdə
gözü nişangahda, əli tətikdə
dayanmış əsgər.
Qarşsında ilan kimi qıvrılan
düşmən səngəri və
silahlı əsgər...
Bəlkədə o sənin erməni qardaşındı

Azərbaycan - əsir qadın


Neçə ildir təcavüz edirlər bizə

zorlanan əsir qadınlar kimi.
“ Kişilərsə ” yeyib yoğunlayır
əsir qadının qardaşları kimi.
O torpaqlarda çox şey itirdik
əsir qadının bakirəliyi tək.
Yaşayacağıq
zorlanan qadının qardaşı tək.

Комментариев нет:

Отправить комментарий