Çox əzablıdır
Xəzinə olub, gizli qalmaq!
Xəzinə olub, xarabalıqlarda unudulmaq!
Böyük əzabdır elm olub alimsiz qalmaq!
Elm olub alim tapmamaq!
Gözəl olub, görülməmək!
Fəryad olub, eşidilməmək!
Nur olub, işıqlandırmamaq!
Alov olub, isitməmək!
Eşq olub, qəlb tapmamaq!
Cismsiz ruh omaq!
Çeşmə olub, teşnə tapmamaq!
Söz olub, peyğəmbər olub bir kəs tapmamaq!
Oxucusuz əsər olmaq!
Əl olub, nəvaziş etməyən bir əl olmaq...
Nə deyim?! Allah olmaq və insansız qalmaq...
Ustad Əli Şəriəti
Fotoda siz doktoru öz ailə üzvləri ilə görürsünüz
Əli Şəriəti Fransanın Sarbon Universitetində doktorluq müdafiə etmiş sosioloq olub. İnqilabçı, sosial baxışları ilə məşhur olan Şəriətini Şah rejimi daim təqib edib. 1977-ci ildə onu İrandan çıxarıblar. 3 həftədən sonra isə SAVAK onu İngiltərədə qətlə yetirir.
Ustadın məzarı Suriyadadır.
Qəbrinin üstünə bu sözlər yazılıb: "Necə öləcəyimi bilirəm, sən mənə necə yaşayacağımı öyrət!"
Комментариев нет:
Отправить комментарий