27 İstək günü, Çiçək ayı 35-ci ildə (27.04.2013) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində Ocaq Ailələrinin ikinci toplantısı keçirilib. Budəfəki tədbir özünün bayram səviyyəsi, idrak-fərəh birliyilə yadda qalıb.
Mütləqə İnam Ocağının Bayrağı qarşılanıb. Evladlar bir səslə “Ata Ruhuna pənah gətirmişik!” deyiblər. “Atalılar Türküsü”nü Uluruh, “Doğadakı Mütləqlə Gündüz Qovuşması”nı (Təmas) – Yolruh, “Ataya Günorta üztutması (Rica) – Doğma deyiblər.
Ocağın Ruhani Başçısı Safruhun Ailə gününə uğurlaması dinlənilib: “Ürəyinizdə Ata Günəşi olsun! Biz millət adından danışırıq. İndiki zamanda millət adından çığır-bağır, başqaları ilə düşmənçilik, yırtıcılıq etmək, dövlətdən külli vəsait qopartmaq dəbdir.
Ancaq millət adına ruhaniyyat yaratmaq, millətin sifətini yaratmaq, yaranmış sifəti qorumağa çalışmaq, onu müqəddəs saymaq – bu, dəb deyil, əslində indiki çağda anlaşılmayan bir şeydir. Mən indiki dünyaya aid bir dünya ədəbiyyat oxumuşam. Dünyada dəyərli ideallar vardı. Son 20-30 ildir ki, dünyanı tanımaq omur.
Çox əcayib dəyişikliklər baş verir. İnsanlar çaşır. Düşünürlər ki, sabah həyat necə olacaq? Dünyaya uşaqlar gəlir. Sabah onlar necə yaşayacaq, harada yaşayacaq? Onlar ailə quracaqlarmı? İnsanlar çox ciddi şəkildə bu barədə düşünürlər və cavab tapmırlar. Tapılan cavablar ənənə əsasında olur.
İndi cəmiyyətin gözündə “ana” adlı dəyər yoxdur. Olan dəyər də keçmişdən gəlir. İndiki zaman analığa, ailəyə qarşıdır. Biz keçmişdə yaranmış yasaqlar, bəyənmələr əsasında yaşayırıq. Sifətimizi müəyyən qədər qoruyuruq. Ancaq bütün bunlar sürətlə pozulur. İndi evlərimiz televiziya, internetlə dəlik-deşikdir. İndi o şərəfli ailədə, bir-birinə sayğı ilə müraciət edilən ailədə – kişinin, qadının, oğlun, qızın yanında hər cür hərcayilik baş alıb gedir.
Belə bir çağda Asif Ata “Mütləqə İnam” adında dünyabaxış yaradıb. Biz o dünyabaxışı yaradırıq. Gələcək var, həyatda gözəl insanlar var. Gözəl insanlar yenə olacaq. Ancaq dünyada gözəl olmayan daha çoxdur».
Asif Ata deyir, mənim xalqım, sən Mütləqə inanmalısan. Mütləqə İnam sənin dinindir. Sənin dininin adı “Mütləqə İnam”dır. Sənin Müqəddəs Kitabının adı “Mütləqə İnam”dır. Sən özünü dünyada dərk eləyirsən, dünyanı dərk eləyirsən. Sən dünyada itmirsən, görürsən ki, dünyanın ayrıca, müstəqil vahidisən, Türk xalqısan! Biz bu əqidənin, Yolun daşıyıcılarıyıq. Şüar demirik.
Biz Mənanı görürük. Millət öz böyüyünün sözünü eşidəndə millət olur. Tədbirimizə gələnlərə sayğımız var, onlar bura gəlirlər, öz millətlərinin yaranmasında iştirak edirlər, o yaranmanın şahidi olurlar. Sonra onlar bu yaranmanın kitabını yaza bilərlər. Ocağın nəliyini yazmaq gərəkdir. Onu yazmaq çox çətindir, ancaq gərəkdir. Gərək elə yazıla ki, yüzillər boyu oxunan, təkrarlanan müqəddəs kitab kimi olsun.
Bura Mütləqə İnam yaradıcılığının Evidir. Ocaq haqqında monoqrafiya yazılacaq ki, 50 ildə o, neyləyib. Bura gələnlərin üzünün nuru da orada əksini tapacaq. O cür əməklər hesabına indiki həlməşik zamanda millət özülü yarana bilər».
Tədbirdə Evladların Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatları dinlənilib, «Ölməzlik Həqiqətinin gerçəkliyi, İnam – İnamsızlıq, Anlam – Anlamsızlıq» konularında düşüncələr bölüşülüb.
«Ulu Fərəh» Ailəsinin Yükümlüsü Uluruh Atalı Amallaşma, Kamilləşmə, Xalqlaşma işi haqqında hesabat verib: «Buaykı Amallaşmamda çox həqiqətlərə yetmişəm. Safruhu daha dərindən tanımışam, heyrətə gəlmişəm. Heyrətimdən özümə sığa bilmirəm. Safruhun fikirləri adamı tutur. Öyrənmədən öyrətmək olmur. Oxuduqca öyrənmək həvəsim artır. İnsan bizim baş mövzumuzdur. Fərd ömründə bu, gerçəkləşməlidir».
Uluruh Atalı ruhani müşahidələrini deyimlər şəklində ifadə edib: «Mənim üçün ruhaniyyat haqqında danışmaq sığmazlıqdır. Safruhun varlığı Atadan sonra insanlığın qələbəsidir. Müqəddəsliyə sevgisi olan müqəddəslikdən beşəlli yapışır. İnsan ömründə gerçəkliyin bütün eybəcərliklərini yox edə bilər.
İnsanlaşma işində Atanı, Safruhu öyrənmək, demək Yolumuzu başqalarına daha yaxşı aydınlaşdırır».
«Ümid» Ocaq Ailəsinin Yükümlüsü Yolruh Atalı «İnam – İnamsızlıq» konusunda düşüncələrini bölüşüb: «Ata Fəlsəfəsində “İnam” başlıca anlayışdır. Onu dərk etmədən həqiqi İnamın nə demək olduğunu bilmək mümkün deyil. İnsanda özünəinamla yanaşı, özünəinamsızlıq da var. Özünəinam, yəni özünün insani imkanlarına inamdır. Özünəinamsızlıq – özünün insani imkanlarına inamsızlıqdır. Özünəyadlıq – insanın özünə qarşı çevrilməsidir. İnamsızlıq – şərləşməkdir, ruhsuzluqdur».
Yolruh Atalı ictimai həyatda inamsızlığın çeşidlərini sadalayb, fikirlərini əsaslandırıb, Mütləqə İnamın Ocaqçı ömründə canlı yaşandığını bildirib.
Ocaq Yükümlüsü İşıqlı Atalı Ocağın gerçəkləşmə addımlarını təhlil edib: «İnam Evinə gələn hər bir kəsin ömründə bu məqamda bayırdakından fərqli əhvalın yaşandığına şübhəm yoxdur. Qan ağlayan dünyada Ocaqlaşan insanın ürəyi ruhaniyyat gülü açır, sifəti cəmiyyətin saxtalığından qurtulur, ruhaniyyat sevdalısı olur.
Cəmiyyətin ömründə təhsilin insaniliyi yoxdur, iqtisadiyyatın insaniliyi yoxdur, bu səbəbdən də insani münasibətlər yaranmır. Ədəbiyyatda insanilik harayı yoxdur, incəsənət insanlıqdan uzaq düşür. Yaşam sənətdən ayrılır. İnsan zamanda qəribdir. Pis zamanı pis insan yaradır. Yaxşı insan yaxşı zaman yaradır. İnsani münasibətlər mürəkkəbdir. Ocaqsız ulus olaraq indiyə kimi qazandıqlarımızı bir yerə yığıb onlardan yararlana bilmirik. Ocaq ömrümüzdə ruhani ənənə yaradır. Ocaq bu ruhani gözəllikləri qoruyan, artıran, sabaha çatdırandır. Dediyimiz insani istəklərin gerçəkləşməsi üçün Azərbaycanda ruhani (yəni insani-mili) gündəm gərəkdir.
Azərbaycanda ictimai-siyasi, iqtisadi gündəm var, adam gündəmi var. Ancaq ruhani-mənəvi gündəm yalnız milli dünyabaxışla mümkündür. Özgə baxışlar, inanclar əsasında milli ruhani gündəm, eləcə də o ulusun insanı yarana bilməz».
Sonra İşıqlı Atalı Ocaq müqəddəsatından «Əxlaq» əsərinin «Zəka» bölümünü oxuyub.
İnamçı Məhərəm Şəmkirli Asif Ata Ocağına dərin sayğısını, sevgisini ifadə edib: «Ocaqçılarla qürur duymalıyıq. Son vaxtlar Ocaq ruhunda deyimlər yazıram. Sevinirəm ki, deyimlərim Ocaqda bəyənildi». Sonra o, deyimlərini oxuyub.
Aşıq Məhərrəm Hüseynli də Ocağa sevgilərin yetirib, Asif Ata ilə qürur duyduğunu, vaxtilə onun görüşlərində iştirak etdiyini, Atanın fikirlərinin xalqa gərəkliyini bildirib.
Aybəniz Bayramova, Özadlı Yaşar İnamsoy, Babək Xalistürk, Kifayət Ağaqızı, Şahin Babayev, Uğur Atalı çıxış ediblər.
Tədbirin carları bunlar olub: «Ey başımızın ucalığı Ocağımız, səninlə var olduq! İnam – idraklı, mənəviyyatlı, iradəli Ruhdur!»
Ruhani Başçı Safruh tədbir sonlandırıb. Ailə Günü «Ata Ruhunu ürəyimizdə aparırıq!», «Atamız var olsun!» sözləriylə başa çatıb.
asifata.com

Комментариев нет:
Отправить комментарий