Dolub dərdü qəminlə bağrımın başı daşır sənsiz.
Hesabın sorma saysızdır, qəmim başdan aşır sənsiz.
Səadətdən, məhəbbətdən həmişə dəm vuran könlüm
Xəyalınla gecə-gündüz kədər, qəm paylaşır sənsiz.
Səninlə hər qəmi dəf etməyi adət edən qəlbim
Fərağından gələn min bir əzaba qatlaşır sənsiz.
Bütün dünyaya mən düşmən kəsildim, kimsəsiz qaldım
Bu üzdən ruzigarım get-gedə ağırlaşır sənsiz.
Görüm viran ola bir vaxt dolaşdığmız çəmənzarı
Həyasızmış yaman gül açmağa hazırlaşır sənsiz.
Məni tərk etdiyin gündən nə hala düşmüşəm gəl gör
Gözüm görmür, dilim söz tutmayır, əqlim çaşır sənsiz.
Gülərüz gördüyün Arifdən indi bir əsər yoxdur,
Nigaran gözlərində sənli anlar ağlaşır sənsiz.

Комментариев нет:
Отправить комментарий