Məmməd Aslan
(Eyni misralı türküyə bənzətmə)
“Adalardan bir qız gəlir bizlərə,
Aman allah, gözlərə bax gözlərə”.
Dodaqları açılası qönçədir,
Yanaqları yanıq verir közlərə.
Adalarda bu ürəkmi, adamı?!
Ada qızı dəli elər adamı!
Deyərsən ki, bircə dilim alovdu,
Könlüm kimi od alıbdı odamı?!
Adalardan bir qız gəlir, qıza bax,
Yerişindən yer yarılır, naza bax!
Gül əndamı təbəssümlü bir cəmən,
Adalarda qıza dönmüş yaza bax!
Adalardan bir qız gəlir gül kimi,
Gözəlliyin əzəlimi, ilkimi?!
Gülümsədi, gülüşündən gül yağdı,
Gül nəfəsi gülab etdi iqlimi.
O qanadlı, mən qanadsız yolçuyam,
Çatammıram, bir yalvaram–yoncuyam.
Bağ olsaydım, qədəmini qucardım,
Bağ deyiləm, neyləyim ki, buncayam.
Adaların ləldi bəndi, bərəsi,
Ada cənnət, qız cənnətin pərisi.
Onu görüm– gözüm qaldı gözündə,
Göz neyləsin, göz gözəllik hərisi.
“Adalardan bir qız gəlir bizlərə,
Aman allah, gözlərə bax gözlərə”.
Bir sevdalı kəpənəkdi çəməndə,
Arxasıca saldı məni düzlərə.
(Eyni misralı türküyə bənzətmə)
“Adalardan bir qız gəlir bizlərə,
Aman allah, gözlərə bax gözlərə”.
Dodaqları açılası qönçədir,
Yanaqları yanıq verir közlərə.
Adalarda bu ürəkmi, adamı?!
Ada qızı dəli elər adamı!
Deyərsən ki, bircə dilim alovdu,
Könlüm kimi od alıbdı odamı?!
Adalardan bir qız gəlir, qıza bax,
Yerişindən yer yarılır, naza bax!
Gül əndamı təbəssümlü bir cəmən,
Adalarda qıza dönmüş yaza bax!
Adalardan bir qız gəlir gül kimi,
Gözəlliyin əzəlimi, ilkimi?!
Gülümsədi, gülüşündən gül yağdı,
Gül nəfəsi gülab etdi iqlimi.
O qanadlı, mən qanadsız yolçuyam,
Çatammıram, bir yalvaram–yoncuyam.
Bağ olsaydım, qədəmini qucardım,
Bağ deyiləm, neyləyim ki, buncayam.
Adaların ləldi bəndi, bərəsi,
Ada cənnət, qız cənnətin pərisi.
Onu görüm– gözüm qaldı gözündə,
Göz neyləsin, göz gözəllik hərisi.
“Adalardan bir qız gəlir bizlərə,
Aman allah, gözlərə bax gözlərə”.
Bir sevdalı kəpənəkdi çəməndə,
Arxasıca saldı məni düzlərə.
Комментариев нет:
Отправить комментарий