Mərdan Əzimov
İndiki kimi yadımdadır. 2009-cu ilin aprel ayının 30-u idi. Bir dəli sevginin əsiri olmuşdum. Gecəm gündüzümə qatışmış, günüm qara olmuşdu. Hər gün olduğu kimi 30-u günü də məktəbə getmişdim ki, ona doyunca baxım. Uşaq idim. Ağılsızlıqdan əziyyət çəkirdim...
Dərs arası fasilə də hamı kimi o da həyətdə idi. Alovlu baxışlarla ayağdan başa kimi süzürdüm onu... Olacaq heçnədən xəbərim yoxdu, kimlər can verir, kimlər nə çəkir, kimlər can alır bilmirdim. Xoşbəxt idim. Biraz keçmişdi ki, həmin qızın qardaşı gəldi. Bacısına asıldığımdan xəbəri yox idi. O yanımda olmasına baxmayaraq onun bacısına baxırdım. Dəli bir sevgi idi bu...
Birdən dedi ki, Neft akademiyasına silahlı basqın olub. İnanmadım. Dedi dayım oğlu orda oxuyur bayaq o zəng vurmuşdu, 9 nəfər ölüb deyir.
Anidən ağlımdan keçən bir şey oldu: “az insan deyil, məncə prezidentimiz matəm elan edər”. Uşaqda olsam siyasətlə aram yaxşı idi. Kimin hansı mərtəbədə duracağını bilirdim. Zəng çalındı və hamı keçdi içəri, məndə qayıtdım evə...
Ayaqqabılarımı çıxarıb evin qapısını açdığımda şaşdım qaldım... Ailəcə hamı televizorun qarşısında oturmuşdu. Ailədə hamının vahiməli baxışlarına baxmayaraq özümü hər şeydən xəbərsiz biri kimi aparırdım, məqsədsə yeni məlumat əldə etmək idi. Sağolsun atam, azda olsa yeni məlumatla təmin etdi məni.
Səhv etmirəmsə 12 xəbərləri idi ANS-dən baxırdıq xəbərlərə. O vaxlatlar azda olsa ən operativ, demokratik televiziya kanalı o idi. 12 dəqiqəlik xəbərlər proqramı Neft akademiyasından olan kadrlarla bəzənmişdi. Bütün kadrlarda da qaça-qaç idi. Baxsan da heç nə anlamırdın. Polis formasında olanlar meyit daşıyır, mülki geyimlilər isə ortalıqda qaçışırdılar. Ailədə hamının üzündə bir kədər vardı. Ailəmin və mənim əlaqəmiz olmayan insanlara görə üzülməyimiz çox xoş idi. O vaxt bir şeyi tam anladım ki, “millətin problemi və çətinliyi ümumi bir xalqın çətinliyi və problemidir”.
Günümüz hər günkündən daha da gərgin keçirdi, o qız belə yadıma düşmürdü. Artıq axşam olurdu, amma prezidentimiz xaricdə idi və özünü bu hadisədən xəbərsiz olduğunu göstərmək üçün əhəmiyyət belə vermirdi. Heç matən belə elan etmədi... O gündən də bu hakimiyyətə olan hörmətimdə heç oldu, nifrət yarandı. Və indi də o nifrət ən yüksək zirvəsindəyəm... Ehtiyatlı olun.

Комментариев нет:
Отправить комментарий