22.04.2013

“Azərbaycanlı yazıçının əsərini oxuyunca belorus qızı ilə yazışmaq yaxşıdı”

Tanınmış blogger İbrahim Sel ilə müsahibə

“Ədəbiyyat xalqların başqatdısı üçün istifadə edilən kultdur”

-Ədəbiyyatın cəmiyyətdəki rolu barədə nə deyə bilərsiniz?
-Ədəbiyyat 300 min il qabaq kahinlər tərəfindən yaradıldı. Bu əslində düşünülmüş şəkildə insanlığa yeridilən, xalqların başqatdısı üçün istifadə edilən kultdur. Ədəbiyyat xristianlıq, islam, iudaizm, buddizmdəm sonra beşinci dindir, xalq üçün əsl tiryək də elə odur. Əhalini əsas məsələlərdən yayındırmaq üçün bundan gözəl vasitə ola bilməzdi. Reallıqla heç bir əlaqəsi olmayan özəlliklərə inandırmaq üçün düşünülüb. Kütləşdirmək və əsas məsələlərdən kənarda saxlamaq! Ədəbiyyat əslində azdıran, yayındıran məşğuliyyət sahəsidir.


-Bu gün admini olduğunuz profliqa.blogspot.com resursu mədəni-ictimai aləmdə qalmaqalları ilə yadda qalıb. Siz onu Virtual Kafedra adlandırırsınız...
-Mənim üçün Emersonun “yaxşı kitablar ən yaxşı universitetin yerini tutur” düsturu hələ də keçərlidir. Bu gün hələ də bir insanın universitetə, hətta litseyə getmədən filosof, tarixçi, filoloq, hüquqşünas, yaxud istəyi nədirsə, ola biləcəyinə ürəkdən inanıram. Gündəlik həyatımda köhnə kitab satanların kitablar haqqında bu sahənin professorlarından daha çox məlumat sahibi olduqlarına, sənət əşyaları alıb-satan şəxsin sənət tarixçisindən daha yaxşı sənətdən baş çıxartdığına, hər sahədəki mühüm fikirlərin və kəşflərin çoxunun həmin sahədən kənardakı insanlardan gəldiyinə dəfələrlə şahid olmuşam. Adi bir istedad üçün universitet təhsili nə qədər hədəfə uyğun, yararlı və faydalı olsa da, məncə məhsuldar insan üçün yararlı olmayıb, hətta əngəlləyici belə ola bilər. Üstəlik, 6-7 min tələbə ilə ağzına kimi dolu olan və bu izdiham səbəbilə müəllim və tələbə arasında şəxsi ünsiyyətin əvvəlcədən əngəlləndiyi, ənənələrinə hədsiz bağlılığına görə zamandan geridə qalmış bizim universitetlərdə məni təsirləndirəcək, ovsunlaya biləcək bir insan belə görməmişəm. Bizim saytlar isə əhaliyə dolğun və konkret informasiyalar verir. Azərbaycanda analoqu olmayan kitablar hissə-hissə mənim blogumda dərc olunub və geniş reaksiya da doğurub.

-Hal-hazırkı Azərbaycan yazıçısının səviyyəsi sizi qane edirmi?
-Hal-hazırda Azərbaycan yazarlarının səksən faizi özünü quru elan eləyib. Elə bilirlər ki, Babaxanlıdakı dağları bunlar yaradıblar. Bəziləri hətta şeir-hekayə kimi səthi şeylər yazmaqla dahi bilir özünü. Əsəd Qaraqaplan hətta Nirvanaya çatıb. Son məlumata görə Nirvananı da keçib qabaqdan ikinci svetofordan sağa dönüb))) Ay yoldaş, Markes tipli 7-ci sort xalqların 8-ci sort əsərlərini oxumaqla ziyalı olmaq olmaz. Şəxsən mən Con Kelmanın “Komitet 300” kitabını oxumayan heç bir yazarı öz ranqımda sanmıram, yumşaq desək, özümdən aşağı kriteriyalı hesab edirəm. Dəfələrlə deyilib və mən də təkrar edirəm, “Sion müdriklərinin protokolları”nı oxumayan ziyalı ziyalı hesab oluna bilməz. Davay do svidaniya!

-Müsahibələrinizin birində yazıçıya lazım olan üç konponent haqqında danışırsınız.
-İnsan özünü yalnız digər adamlarla münasibətdə tanıya bilər. O əzab çəkir, əgər yanında bədbəxt görsə sevinə bilər, xoşbəxtə rast gəlsə gözəllikdən həzz alar və sənətinə tətbiq edər, onu təbiətdə hiss etsə, ruhun simlərini oyatmaq üçün onları hərəkətə gətirmək lazımdır. Onda bu musiqi bizi əhatə edən dünyaya çevrilir. Təəssüratlar nə qədər rəngarəngdirsə, daxili aləm də bir o qədər zəngindir. Çoxlu rəngarəng jurnallar və çoxmənalı kitablar oxumaq olar, amma onların heç biri səni ponyatkalı etməz. Gəzib-görmək lazımdır. Ey mənim gənc yazar dostlarım, bu yurddan başqa yurda getmək, yeni-yeni şeylər öyrənmək, qəlbimizi yeniləşdimək, komplekslərdən azad olmaq və insan tərəfindən qiymətləndirilməyən azadlığı hiss etmək həqiqətən də gözəldir və xoşbəxtlikdir. Bu sarıdan mən xoşbəxtəm ki, dünyanın ona yaxın ölkəsini gəzmişəm. Səyahət qəlbimiz və ruhumuz üçün qida verir. Hipxondrik səyahət et ki, öz hipoxondriyandan müalicə alasan! Mizantrop səyahət et ki, insanları sevəsən! Mən bu strukturu vermək üçün çoxlu pyeslər, modeli yaratmaqçün hekayələr yazmışam, amma inanmıram ki, onları oxumaq üçün kiminsə səbri çatsın. Odur ki müsahibələrimdə deməyə məcburam. Kim bacarırsa, səyahət etsin! Ölkə xaricinə imkanı yoxdursa, heç olmasa ölkəmizin əsl arilər yaşayan guşələrinə baş vursun. Tipik Azərbaycan cəmiyyətində, qatqısız türk toplumunda gözlərimizi hara dikiriksə hər yerdə depressiya, göyə baxırıq dərd-qəm, ətrafa nəzər yetiririk əclafları görürük.

-Azərbaycanlı yazarlar niyə muzeylərə getmir? Tarixlə tanışlıq yazarın yaradıcılığına nə kimi təsir göstərə bilər?
-Bu yaxınlarda görkəmli yazıçımız Çüngiz Abdullayev müsahibəsində dedi ki, anam məni uşaqlıqda zorla da olsa muzeylərə aparırdı, bu məni əsəbləşdirdirdi, lakin indi başa düşürəm ki, yazıçı kimi formalaşmağımda həmin muzeylərin böyük rolu olub. İndiki yazarlar muzeyə gedincə hansısa Şirzadın kafesində pivə vurarlar. Yeri gəlmişkən, o gün biri qarpızla pivə vururdu)). Zarafatsız, təmiz pivə olsa, mən də muzeyə gedincə onu içməkçün lap Qrelandiyaya gedərdim, amma təmiz pivə artıq heç yerdə yoxdur. Muzey insana əzəmət verməlidir. Luvr muzeyinin fransızlara və ya Tretyakov qalereyasının ruslara verdiyi milli qürur hissini bizdə heç bir muzey vermir. Muzeylərimiz bərbad gündədir. Bunun da özəl səbəbləri var. Məsələn, yaşadığım Muğan bölgəsinin bir çox tarixi abidələri oğurlanıb və dünyanın iudey muzeylərində özünə yer tapıb. Qonşu dövlətlərin hamısını muzeyləri bizimkilərdən möhtəşəmdir. Oradakı kimi ari sivilizasiyalarını əhatə edən sanballı muzeylərimiz olsaydı, məmnuniyyətlə gedərdim, bu hal-hazırda araşdırdığım irqçilik nəzəriyyəsi üçün böyük töhfə olardı. Roma tarixi ana xətləri ilə araşdırılarsa, bu müasir yazar üçün böyük stimul olar. Qədim yunanlara aid olan zəngin mədəniyyət idealı daimi gözəlliyi ilə qorunub saxlanmışdır. Ellinizm, germanizm mədəniyyəti minillər ərzində yaşamış və hal-hazırda öz həyatı uğrunda savaşmaqdadır. Bax, müasir yazar həmin mədəniyyətin nəyə görə mason-iudey sivilizasiyası tərəfindən sıradan çıxarılması səbəbini başa düşsə, mənə elə gəlir, yazıçılıqdan danışmağa haqqı olar.

-Sentimental şeirə və yaxud acı dolu hekayələrə münasibətiniz necədir? Sizcə, bu ədəbi nümunələri hələ də kimlərəsə lazımdırmı? Bu gün oxucusu bunları oxuya bilirmi?
-Klassik sentimental ədəbiyyat var ki, dərin məzmuna və ruha malikdir, böyük maraqla oxuyuram. Amma 60-70-cı illərdə Azərbaycan ədəbiyyatında at oynadan bölgə klanlarının formalaşdırdığı sentimentalizm də var ki, ikrah doğurur. Bu dövrdə yaradılan ədəbiyyata nəzər yetirin, hazır qəbiristanlıqdır. Postmodernizmin də ortaya gəlməsinə məhz həmin hegemon sentimentalizm bais oldu, yoxsa Azərbaycanda postmodernizmə ehtiyac yox idi. Fikir verin, postmodernizm Rusiyada yeriyə bilmədi, çünki orada klassizmin normal pozisiyaları vardı. Qəbiristanlıq ab-havası get-gedə azalmaq əvəzinə daha da şiddətlənir, təəssüf ki hələ də mahirə abdullasayağı yazanlarımız var, yetərincədir. Fikir verin: “Atama oxşar qocanı görəndə üşəndim, düşündüm, ya Rəbbim, tutdu məni qarğışlar”. Buna şeir demək olarmı? Yas mollalarlnın dediyi mərsiyədən heç nə ilə fərqlənmir. Adlarını şair qoyublar, poeziyanı da gözdən salırlar. Bu fikirləri məgər adi sözlə yazmaq olmazdımı, şeirə ehtiyac vardımı?

-Əsərlərinizdəki hadisələr və şəxslər hardan gəlir? Real həyatdan yoxsa, siz də ədəbiyyatda ağ atlı şahzadələrdən yazırsınız?
-Bir rus anekdotundan şəhərdə oğlanın qızla tanış olub ondan QİÇS-ə yoluxması süjetini götürdüm. Con Kelmanın “Komitet 300” kitabını oxudum və bizi 40 il sonra nə günə qoyacaqları barədə hekayə düzəltdim. Əsgərlikdə Divizionda ortopedik-geodezik hesablamalara görə biz ali təhsilliləri bir yerə yığmışdılar, maraqlı, prikol uşaqlar vardı, onların atmacalarını toplayıb qısa-qısa pyeslər hazırlayırdım. Yadımdadır, Afrikada yaşayan ünlü ingilis yazarı Maksvell Kutzeedən bir süjet və böyük-böyük abazlar oğurlamışdım. Yuxularda yaxşı süjetlər olur, amma durub masa arxasına oturan kimi hamısı yaddan çıxır, şar kimi uçub gedir)). Rayonda demaqoqların həyatından bəhs edən çoxlu hekayələr yazmışam, çünki iş spesifikam elədir ki, onlarla tez-tez ünsiyyətdə oluram. Xüsusən bunların içində Qasid Nağıoğlu ən orijinalı idi, onun haqda da bir hekayə yazmışam. Böyük şəhərlərdə olmuşam, zəngin ölkələr gəzmişəm, yəqin ki bu da yaradıcılığımın rəngarəngliyinə kömək edib. Bilirsən, tipikliyi yazanda alınmır, gərək elə şey uydurasan ki, oxucu onu yesin. Elə real tərəfi yazarsan ki, hekayədə alınmaz, amma elə bir şey uydurarsan ki maraqla oxunar. Məsələn, mən indi elə olan şeylərdən danışaram ki, heç vaxt inanmazsan, bu baş verə bilər. Mən olmuş, real hadisələri oxuculara yedirə bilən yalnız bir sənətkar tanıyıram, o da Folknerdir.

-“Hazır alın yazısı” adlı şeir kitabınız çapa hazırlanır. Həmin kitabın ədəbi hadisə olacağına inanırsınızmı?
-Ədəbiyyatın meydanı sadəcə estetik gözəllikdir. Əvvəlki əsrlərdə yazarlar yaşadıqları dövrün həqiqi və təfərrüatlı rəsmini çəkməyə çəkinməzdilər. Məsələn, Defo, Abbe Prevost, Feldinq və Refif de la Beltonnun əsərlərində hər şey olduğu kimi əks etdirildiyi halda, bizim dönəmdə utandırıcı, amma gerçək olanın deyil, sadəcə “duyğulu” və “ali” olanların təsvirinə icazə verilir. Bu səbəblə bizim əsrdə böyük şəhər gəncliyinin üz-üzə qaldığı təhlükələr, qaranlıq məsələlər və narahatlıqlardan bəhs edilmir. Mən həmin tendensiyanı yarmağa, şablon deyil, həqiqi hislərin təzahürünü verməyə çalışmışam. İndiki dövrdə bir gənc keçmiş və ondan əvvəlki əsrdə yaşamış gənclərin necə ictimai mübarizə apardığını öyrənmək üçün öz dövrünün Dikkens və Sakeray, Qotfred Keller və Björnson kimi böyük usta yazarlarının əsərlərini oxumalıdır. Avropanın saxta idealizmindən kənarda qalan Tolstoy və Dostoyevskidən başqa hamısının olayları üstü qapalı, ehtiyatlı və ölçülü şəkildə yazdığını görürürk. Həmin nəsildən heç bir yazar dövrün təzyiqi səbəbilə yazılarında tam azad olmamışdır. İndi isə vəziyyət tam başqadır. Postmodernizmin bizə verdiyi imkanlardan istifadə edərək duyğularımıza tam azadlıq vermişik.

-Hal-hazırda müasir yazarlarımızdan kimləri oxuyursan?
-“Sənət bizi ovundura bilər, hər birimizi ayrı-ayrı, amma həqiqətə qarşı heç bir şey etməz”- Roland demişdi. Azərbaycan ədəbiyyatını, ümumiyyətlə ədəbiyyat oxuyunca Mejerkovskinin “Tolstoy və Dostoyevski” adlı kitabını oxuyun. Elə bir mətn oxumalıyıq ki, orda hansısa vacib informasiyanı alaq, indi artıq leksikonumuzu zənginləşdirmək üçün oxuyan vaxtımız deyil. Məsələn, indi Məmməd Səid Ordubadinin “Həyatım, mühitim” əsərini oxuyuram ki, maraqlı gəlir, o dövr haqqında obyektiv təəssüratlar alıram. Orda türk düşməni Androniklə müsahibə, Bakı qoçuları ilə bağlı maraqlı xatirələr var. Bəs sizin cəfəngiyyatlardan hansı tutarlı informasiyanı və ya obyektiv təəssüratı alırıq, ay yeni romançılar?! Gedin özünüzə sənət tapın! Dəfələrlə feysbukda da demişəm ki, azərbaycanlı yazıçının əsərini oxuyunca belorus qızı ilə yazışmaq yaxşıdı. Əli bəy Hüseynzadə deyirdi ki, Azərbaycan ədəbiyyatını oxumağa sərf etdiyim vaxtı boşuna getmiş sayıram. Ümumiyyətlə ədəbiyyat insana heç nə vermir. Sovet vaxtı Hüqo kimi, Tolstoy kimilərin əsərini oxuyurduq, leksikonumuzu genişləndirirdik, virtual aləmimizə qatılırdıq. İndi o həcmli, o gücdə əsərlər də yoxdur. Çatda slavyan qızları ilə yazışmaq adama yenə dünyagörüş verir, Azərbaycan yazarlarının əsərləri isə heç onu da vermir. Hələ belə əsərlərə yazılmış təhlilləri görəsən! Bunları özünəməxsus tərzdə “ədəbi tənqid” də adlandırırlar. Hərgah tənqid bunu harasındadır baş açmaq olmur, tipik Azərbaycan tamadaçılığından başqa bir şey deyil.


Hazırladı: Günel Treu

Комментариев нет:

Отправить комментарий