23.04.2013

SÜLEYMANIN MƏBƏDI

Fizuli Şəfiyev

Yəhudilər Tövrata əsaslanaraq inanırlar ki, Allah onlara “Kipur günü” gəldikdə Sina dağında Süleymanın məbədini tikməyi əmr etmişdir. Bu, Bəni – Israilin daima yerinə yetirməyə borclu olduqları 613 “mitzvot”dan biridir.
Musa bin Meymunun təfsirinə əsasən Allah-taala yəhud qövmünə Ona xidmət məqsədilə bir məbəd tikilməsini tapşırır. Həmin tikiləcək məbəddə yəhudilər öz qurbanlarını kəsməli və ildə 3 dəfə bayram və ziyarət mərasimləri icra etməlidirlər.
Məbəddə müxtəlif mərasimlər üçün xüsusi yerlər nəzərdə tutulurdu və bu məqsədlə məbədin əsas salonundan başqa bir neçə qolu da var idi. Bundan başqa məbəddə, ona şamil edilən qızıl şamdan, miz, qurbangah yeri və sair əşyalar da məbədin əsas hissələrindən sayılırdı.

Məbədin xəritə - planı, ona aid əşyalar “Telmud”da geniş şəkildə şərh edilir.
Musa bin Meymunun təliminə əsasən məbədi düzəltmək tapşırığı əbədi bir hökmdür. Bu hökmə əsasən yəhudi qövmü nəsilbənəsil onu icra etməlidirlər. Məbədə aid bilinən əşyalar və müəyyən hissələr də məbədin sabit, toxunulmaz hissələridir və onlar tapılıb məbədə qaytarılmalıdır.
Yəhudilərin əqidəsinə əsasən Həzrət Məsih hələ ki zühur etməmişdir. Xaçpərəstlərin etiqad etdikləri Isa Məsih yalançı peyğəmbər olmuşdur. Həqiqi Məsih Süleymanın üçüncü məbədi ucaldılandan sonra zühur edəcəkdir. Yəni Süleyman məbədinin tikilməsi Isa Məsihin zühuruna bir müqəddimədir.
Telmudda deyilənə əsasən Məsih, Davudun nəslindəndir. Müşriklər (məsihilər, müsəlmanlar və...) onun vasitəsilə məhv ediləcəklər və Bəni Israil dünya hakimiyyətinə yiyələnəcəkdir.
Yəhudilərin inancına görə necə ki, Süleyman Peyğəmbər (ə) müşriklərin tövbəsini onun var-dövlətinə göz dikib iman gətirdikləri üçün qəbul etmədi, Məsihin zühurundan sonra da qeyri yəhudilərin tövbəsi qəbul edilməyəcəkdir.
Həzrət Məsih zühur etdikdən və yəhudilərin dünya hakimiyyəti təsbit olduqdan sonra Yerusəlim heyrətamiz bir şəkildə yenidən qurulacaq; indiki dəniz səviyyəsindən 10 fərsəng yuxarı qalxacaqdır. Yerusəlimin 4 bir tərəfi açıq olacaq və Dəməşq darvazalarına qədər genişlənəcəkdir. Məbəd öz qədim cah - cəlalına uyğun şəkilə salınacaq, müqəddəs qablar, məclis xeyməsi öz yerinə qaytarılacaq.
Süleyman məbədində olub yoxa çıxmış əşyalardan biri də əhd sandığıdır. Yəhudilər hal – hazırda onun axtarışındadırlar. Sandığın saxlanıldığı yer haqqında müxtəlif fikirlər söylənilir. Bəziləri bu sandığın məbədin digər əşyaları ilə bərabər rumluların hücumuna məruz qalarkən oğurlandığını və sonra isə Vatikana aparıldığını deyirlər. Oğurlanmış əşyaların Papanın ixtiyarında olduğu bildirilir.
Başqa bir qrup isə əşyaların oğurlanmadığı, məbədin altındakı gizli tunellərin birində gizlədildiyi qənaətindədirlər. Onların qənaətinə görə Süleyman Peyğəmbər (ə) ilahi vəhy vasitəsilə məbədin dağıdılacağını bildiyi üçün öncədən məbədə məxsus müqəddəs əşyaların məbədin altında yerləşən labirint şəkilli tunellərdə gizlədilməsini tapşırıbmış.
Üçüncü nəzərə əsasən məbədin dağıdılmasından qırx il öncə yaşamış Israil padşahı Yuşe sandığın gizlədilməsi əmrini vermişdir.
Əhd sandığının məbədin əsas hissəsinə aid olmasına baxmayaraq yəhudilər səbirsizliklə onun tapılacağı günü gözləyirlər.

Комментариев нет:

Отправить комментарий