«Fövqəlnazir»in taxdığı qol saatının qiyməti isə 475 min dollardır
Qərara aldıq ki, yeni bir layihəyə başlayaq. Bu layihəmizin digərlərindən fərqi isə tamam siyasətdən uzaq olmasıdır. Daha dəqiq ifadə etsək, yeni layihəmizdə məmurların hansı stildə geyindikləri, əhatə dairələri, daha çox nələrə üstünlük vermələri, imicmeykerlərin xidmətlərindən yararlanma hallarının olub-olmadığı və s. İlə maraqlandıq.
İlk olaraq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdan başlamaq istədik. «Fövqəlnazir»in bəzi xüsusi cəhətləri var ki, onların arasında bəstəkarlığı daha çox diqqəti çəkir. Heydərov bir zamanlar qarmon kimi musiqi alətlərində ifa etməyi bacardığından, musiqiyə olan marağı daha çoxdur. Hələ nazir olmamışdan öncə də musiqiyə həvəsi olan Heydərov bəzi mahnılar bəstələyərək, onun müğənnilər tərəfindən oxunmasına nail olur. Nazir olduqdan sonra isə onun seçim imkanları yaranıb və hazırda FHN başçısının bəstələrini hər müğənni oxuya bilməz.
Bildirək ki, Kəmaləddin Heydərovun hal hazırda müğənnilərlə əlaqə yaratmasına tanınmış şair Baba Vəziroğlu yardımçı olur. Müğənnilərlə anlaşmaya gedərək, onlara «Kamal» ləqəbli Kəmaləddin Heydərovun bəstələrini çatdıran Vəziroğlu bunun üçün onlara pul ödəməkdən də çəkinmir. Əslində, bunu etməkdə nazirin məqsədi heç də o deyil ki, onu tanısınlar. Əksinə, bu pulu sadəcə, yardım üçün müğənnilərə verir. Həm də müğənnilərin qarşısında şərt qoyur ki, «Kamal»ın Kəmaləddin Heydərov olduğu barədə kimsəyə bir söz deməsinlər.
Bildirək ki, hal hazırda Kəmaləddin Heydərovun bəstələdiyi mahnıları Röya, İradə İbrahimova, Aygün Kazımova və daha bir neçə tanınmış müğənnilər oxuyurlar. Digərlərinə isə hələlik belə bir şans tanınmayıb.
Bu gün cəmiyyətdə maraq kəsb edən əsas məsələlərdən biri də məmurların hansı marka kostyum geyinmələri, hansı model avtomobil sürmələri, ayaqqabılarının hansı şirkətə məxsus olduğu və ya hansı bahalı saatı taxdıqlarıdır. Kəmaləddin Heydərovun hal hazırda mindiyi avtomobilin markası «Mercedes-Benz»in ən son modellərindən biri olan CL-550-dir. İki il öncə hazırlanmış bu maşının bəzi cəhətləri var. Məsələn, avtomobil tamamilə kompyüter sistemi ilə təhciz olunub. Daha çox bu maşını «ağıllı avtomobil» kimi xarakterizə edirlər. Bundan başqa, içəridəki təhlükəsizlik yastıqlarının çoxluğu qəza vəziyyətlərində ölüm risqini aşağı salır. Amma Heydərovun mindiyi bu avtomobilin ən böyük özəlliyi odur ki, «Mercedes-Benz CL-550» gülləkeçirməzdir. Xüsusi olaraq yığılmış avtomobilin ən azı 500 min avroya başa gəldiyi təxmin edilir.
FHN başçısı hansı firmanın kostyumunu geyinir? Bu sualın cavabı məşhur «Pierre Cardin»dir. Aldığımız məlumata görə, xaricdə hazırlanan bu geyimin qiyməti 5000 dollardan başlayıb 14 min dollarda bitir. Ən yaxın adamları vasitəsi ilə gətirilən bu kostyumları nazir adətən bir dəfə geyinir. Yəni, bir məclisə geyindiyi kostyumu ikinci bir məclisə geyinmir. Bəzi məlumatlara görə, Kəmaləddin Heydərovun qarderobunda yüzlərlə kostyum, bir o qədər də köynək var. Onlara dünyanın ən bahalı şirkətləri tərəfindən istehsal olunmuş qalstuk və digər geyim əşyalarını da əlavə etsək, o zaman nazirin qarderobunun qiymətini milyonlarla dollarla ölçmək mümkündür.
Nazirin geyindiyi ayaqqabıya gəldikdə isə o, müxtəlif markaları və şirkətləri əhatə edir. Məlumatlara görə, FHN başçısının ayaqqabıları əsasən Fransadan gətirilir. Xüsusi qaydada tikilmiş bu başmaqlar ayağın tərləməsinə imkan verməməklə yanaşı, həm də ayağın daha rahat nəfəs almasını təmin edir ki, bu da sağlamlıq üçün çox önəmlidir. Bu əsnada onu da dəqiqləşdirimişik ki, son dövrlər məmurların bir çoxu Araz Ağalarovun Moskvada açdığı ayaqqabı dükanından özlərinə ayaqqabı alırlar. Lakin həmin sırada Kəmaləddin Heydərov yoxdur.
Bildirək ki, Heydərovun taxdığı qol saatları da elə ucuz deyil. Məlumatlara görə, nazirin taxdığı qol saatı dünyanın ən bahalı qol saatı istehsal edən şirkətlərdən biri olan “Girard Perregaux” firmasına məxsusdur. Həmin qol saatı Caykovski və Motsartın uc musiqisini calan “Opera Three” qol saatıdır. Qiyməti isə 475 min dollar hesab edilir. Yadınızdadırsa, mərhum Heydər Əliyevin keçirdiyi məşhur «mazut müşavirəsi» zamanı keçmiş dövlət başçısı taxdığı bahalı qol saatı ilə bağlı Kəmaləddin Heydərova irad belə tutmuşdu.
Heydərovun şam yeməyi isə elə də qəliz hesab olunmur. Nazirin səhhətində problemlər olduğuna görə ona hər növ qida ilə qidalanması şəxsi həkimləri tərəfindən qadağan olunub. Elə buna görədir ki, FHN başçısının son illər elə də bahalı restoranlara getmədiyi vurğulanır. Bildirilir ki, qida rasionunda əsasən bitki yeməklərinə üstünlük verilir. Onların hamısı isə zeytun yağı ilə bişirilməlidir. Ən çox sevdiyi mətbəx isə Çin və yapon mətbəxi hesab olunur. Hətta bununla bağlı bildirilir ki, Heydərov bəzən Yaponiyadan xüsusi çay dəstgahı hazırlayan heyəti Bakıya gətirərək, onların əliylə dəmlənmiş yaşıl çay içir. Bəzən isə bunu çay ziyafəti olaraq təşkil edir. Belə qonaqlıqların adətən bir-neçə on min dollara başa gəldiyi deyilir.
Bu əsnada onu da qeyd edək ki, Heydərov qəhvəni də çox sevir. Düzdür, son illər qəhvə içməsinə xeyli məhdudiyyətlər qoyulub. Amma buna baxmayaraq, nazir aradabir ağzının dadını dəyişdirmək üçün dünyanın ən bahalı kofelərindən biri olan «Kopi Luwak» içir. Xatırladaq ki, Sumatra Adasında yetistirilən bu qəhvənin 125 qramı 75 dolardır.
P.S. Növbəti günlərdə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Ziya Məmmədov, Azad Rəhimov, Füzuli Ələkbərov və digər məmurlar haqqında geniş bilgi verəcəyik.
pia.az

Комментариев нет:
Отправить комментарий