31.05.2013

Elnaz İslamvənd - Son körpü

1
Səhər açılır
payız qoxusu gəlir yorğanımdan
mən
gözlərimdə çiy sevgini bişirməyə
və ürəyimdən sənsizliyi süpürməyə tələsmirəm heç
bilirdim bir səhər
anamdan öyrəndiyim oxşamalar dilimdə gəzəcək
və sevdiyin qızın adı ürəyimi üzəcək
yasaqlğımı qoltuqarımda gəzdirirdim
sən deyəndə yasqlanam
və bir qızın
on santimetrəlik başmaqlarının altında ayaqlanam
bilirdim bir səhər
xəzəllənmış yapraqlar
dodaqlarımın saralmasını luğaza qoyacaqlar

bilirdim bir gecə
qızların yalqızlığı bir ponza ağırlaşacaq
ürəyimcə ağırlaşacaq ürəyimcə!
və nə yüngül ağızladan qopacaq
sevdiyin qızın adı...
Burax burax
qoy payızın gözləri aydın olsun!
Nə olar
mən anaların oğullarına arzı doğan qızlardan
artıq deyiləm ki...
Bir səhər
ögəy baxışlara göz açan qızlardan
bir səhər
ürəklərindən istəklərini süpürən qızlardan
mən onlardan artıq deyiləm ki...
burax
qoy payızın gözləri aydın olsun!

2
Qaranlıqda qonuşuruq biz
qorxulu yaşayırıq səssiz-səmirisiz
sən bəzəyimi görmürsən!
Al yanaqlarımı -sürməsiz gözlərimi
üç gündən sonra saçlaım daranıbdır
onları hörmürsən
bilirəm bir gün
saçlarımın nisgilinə geləcəyəm
və dar ağaclarına çəkilən yorğunluğun
giciyindən öləcəyəm
Ey...
doyunca kipriklərini saymadığım gözəl!
izin ver səsləyim ışığı
görünsünü bəzəyim
sürməsiz gözlərimə yazığın gəlsin
qaranlığın saçlarından dara çəkilmə
saçlarım anasızdır
nisgilini çəkən olmaz
Ey...
doyunca kipriklərini saymadığım gözəl!

3
Yanvarın onbiri
və sənsizliyimin neçəsidir bilmirəm
pozulsun zamanın yuxsu
bir damla bağırtını qıymadı gözlərimizə
uyanmadı
və təqvimlərdə alışan yapraqlar kimi üzülmədi
ürəyi yanmadı
udquna bilmədik son şeirlərimizi
və barmaqlarımızda gəzdi öpülmək qorxusu
pozulsun zamanın yuxusu
dün gecə utanmadı
görüşlərimizin sayısını sahildən sordu
sonra qaqqıldadı dəniz qoxulu ayrılığımıza
yorğun gülüşlərimizdən heç utanmadı
oktiyabrın birindən yanvarın onbirinə qədər
təqvimlərdə sürünən ayaq izlərimizdən
utanmadı bizdən –utanmadı bizdən
qoymadı udqunaq son şeirlərimizi
və barmaqlarımızda gəzdi öpülmək qorxusu
pozulsun zamanın yuxusu.

4
Aç gözlərini
hə!
Mənəm.
Bu şəhərin vəhşi maralı
vitrinlərin önündən qovulmuş bir heyvan
insandan qaçqınam
Heyvandan qaçqınam
ünsürdən qaçqınam
xatırla!
Tikanlı yollara sarılıb gəldim bir gün
sən
yaşıl yapraqlrın yasaqlığını içimə qaladın
qarşıma durdun buraxdığım dağlar kimi
nə yazıq !
Ətəyində ağlaya bilmədim doyunca
ey...
quzu baxışlım
didişdirdi bütün arzılarımı
xiyavanlar yüyürdü qanlı yanaqlarımda
daş qaladılar uşaqlar
topraq qoxulu ayaqlarıma
və sən susdun
yalnız susdun
signalların bağırtısından
bucaqlara sıxılmış
qəribsəmiş bir maralı
şəhərin qaranlığına tapşırdın
kefləndin gözlərinin mahnısından uyudun
uyudun
qurtuldu artıq!
Uyuma!
Aç gözlərini
hə!
Mənəm bu şəhərin vəhşi maralı
istərsən tüfəng ol –istərsən qurşun
mən sürünəcəyəm yorğun-yorğun.

Son körpü

Son körpü də sındı!
Hanı səndən mənə,
Bir dənizlik yol qalmışdı hələ
Hanı çayın ortasında çəkilən rəsim,
Suyun mahnısına sevinc bağışlayırdı
Eeey ...
Dəniz gülüşlüm!
Kim toxundu gülüşlərinə?!
Nədənsə illər boyu itlər,
Körpümüzün sümüklərinə yeriklədilər
Son körpümüzdə sındı!

Göylərə qovzandı suyun yorğun mahnısı:
İndi ki xanlara pay olacaqdır
Qoy elə Saranı sellər aparsın
İndi ki xanlara pay olacaqdır
Qoy elə Saranı sellər aparsın...
Ey dəniz gülüşlüm
Kim yarımçıq oxudu nağılımızı?!

Комментариев нет:

Отправить комментарий