26.05.2013

Rövşən Novruzoğlu: Azərbaycanda vəhhabiliyi qadağan edən qanun qəbul etmək lazımdır.

"Azərbaycanda vəhhabiliyin məqsədi böyük şiə bazasını dağıtmaq və hakimiyyəti ələ keçirməkdən ibarətdir". 

Son zamanlar istər bölgədə, istərsə də dünyanın müxtəlif yerlərində radikal dini qruplaşmaların aktivliyi müşahidə olunur. Bu fəallıq demokratiya adı altinda Qərbin Yaxın Şərq ölkələrinə hərbi müdaxiləsindən sonra özünü xüsusilə göstərir.
Daxili çəkişmələrin getdiyi ərazilərdə radikal dini qruplaşmalar həmin ölkənin vətəndaşları deyil.
Movzunu politoloq Rövşən Novruzoğlu şərh edir.

- Yaxın Şərqdə baş verən «Ərəb baharı” nın bölgəyə radikal İslamı gətirməsinin səbəbi nədir?
- Radikal İslam anlayışı artıq yeni bir mərhələdə özünü göstərir. Əvvəllər Əl-Qaidə və ona birləşən 186 kiçik terror təşkilatları radikal islamçılar kimi qəbul edilirdi. Radikal qruplaşmaların əsas qolu vəhhabi adlanırdı. Vaxtilə ABŞ-ın Vaşinqtondakı İslami araşdırma mərkəzi bu istiqamətdə çox sayda materiallar çap etmişdi.
Nəticədə isə radikal İslamın strategiyasının dəyişdiyi və yeni yüzilliyin bu şəbəkəyə önəmli yol açdığı məlum olmuşdu. Artıq radikal İslamla yanaşı yəhudilik, xristianlıq, o cümlədən provaslavlıq əvvəlki illərə nisbətən dünyanın hər yerində formalaşıb.
Bu qruplaşmaları yanacaq resursları ilə zəngin olan ölkələr və OPEK-ə üzv olan dövlətlər maliyyələşdirib himayə edir. Radikal İslam insanların təsəvvüründə artıq formalaşsa da, hələ ki radikal yəhudilik, xrisitianlıq anlayışı nə insanların şüurunda, nə də beynəlxalq mətbuatda formalaşmayıb.
- Reyhanlıdakı faciə, Rusiyada terror aktının qarşısının alınması, Azərbaycan və Rusiya təhlükəsizlik orqanlarının yaraqlılara qarşı birgə əməliyyatları Suriyada gedən proseslərlə əlaqəsi ola bilərmi?
- Rusiya dünyada vəhhabi təriqətinə qarşı səkkiz qanun qəbul etmiş yeganə ölkə sayılır. Təəssüflər olsun ki, Azərbaycan parlamenti bu təriqətin hansı şəraitdə formalaşması, onların Azərbaycan mentalitentinə, dini əqidəsinə vurduğu ziyanı nəzərə alaraq, vəhhabilərə qarşı heç bir qanun qəbul etməyib. Ölkə mətbuatı bu barədə yazmır.
Azərbaycan, Türkiyə, İran, Rusiya prezidentlərinin təhlükəsizlik Şurasında beynəlxalq terrorun törəmələri olan radikal islmaçılara qarşı müşətərək məramnamə imzalanıb. Lazım olanda bu dövlətlər birlikdə məramnamənin icrasında iştirak edirlər.
- Azərbaycandan Suriya dövlətinə qarşı döyüşmək üçün gedən gənclər var. Belə bir şəraitin yaranmasını ölkədə radikal İslamın yeni dalğası kimi əlaqələndirmək olarmı?
- Azərbaycanda bu cür radikal qruplaşmalar mövcuddursa, ilk öncə onları himayə edənləri ifşa etmək lazımdır. Şübhəsiz ki, bu cür qruplaşmalar beynəlxlaq qurumlar, təşkilatlar tərəfindən maliyyələşdirilir. Bunun məqsədi Azərbaycanda şiə təriqətinə qarşı vəhhabiliyin təqdimatıdır.
Azərbaycanda radikal İslamın fəaliyyəti Orta Asiyada aparılan təbliğatlardan olduqca fərqlənir. Azərbaycanda vəhhabiliyin məqsədi böyük şiə bazasını dağıtmaq və hakimiyyəti ələ keçirməkdən ibarətdir. Ona görə də, hüquq-mühafizə orqanlarının vəzifəsidir ki, onları himayə edən və maliyyələşdirən tərəfləri tapıb məhv etsin. Əks təqdirdə onları durdurmaq mümkün deyildir.

islaminsesi.az

Комментариев нет:

Отправить комментарий