29.05.2013

GÖRMƏDİN


Vəfa Mürsəlqızı

 Əllindən tutan mən oldum,
 Tutduğun əli görmədin,
 Tellərim pərişan oldu,
 Ha baxdın yeli görmədin.

 Ürəyimə necə girdin?
 Gündüz girdin, gecə girdin?
 Sınan ürəyimi gördün,
 Sındıran dili görmədin.

 Qarğayımmı belə baxtı,
 Devrilibmi baxtım taxtı?
 Qanqalı yaxana taxdın,
 Çiçəyi, gülü görmədin.


 Varmı həsrətdən betəri?
 Gözümə taxdım kədəri,
 Mən öldüm səndən ötəri,
 Sən baxıb ölü görmədin.

 Köçüm getdi ağır-ağır,
 Dözdüm zülmünə mən fağır,
 Dedin:" Gülüm, yağış yağır?"
 Gözümdə seli görmədin.

 Sözü sevdim, dili sevdim,
 Elə sevdim, elə sevdim,
 Səni dəli -dəli sevdim,
 Sən belə DƏLİ görmədin.

Комментариев нет:

Отправить комментарий