Aybəniz Əliyar
Gecə qarabasmalar ona rahatlıq vermirdi.Hər gecə bir yaxın adamını boğub öldürürdü.Əvvəlcə yadına düşdü ki, qızı məktəbdən evə gec gəlmişdi deyə, ona yaman acığı tutmuşdu.Zavallı qızcığaz hay anlatmağa çalışdı ki, "ata, uşaqlarla yığışaraq məktəb həyətində oyun oynamışıq.", inanmağı gəlməmişdi.Daha doğrusu inanmamışdı.Elə həmin gecə də başlamışdı rahatlığına haram qatan yuxuları.Əslində heç bu da əsas səbəb deyildi.Son dəfə narahat yatdığı gecələrin sayı-hesabı yox idi.Hər gün səhər-səhər işə gedər, günortaya qədər "iş "sandığı yerdə qurdalanar, axşamlar da özünə yoldaş tapıb mütləq bir butulka boşaldardı.Heç yoldaş olmasa belə özünə çəkilər, sözün əsl mənasında içindəki özünə qapanıb butulkaya yaraşıqlı bir qadına sevgi ilə baxarmış kimi baxar, əl atıb tumarlayar, sonra da kiçik rumkasına süzüb başına çəkərdi.
Elə bilərdin ki, bu dəqiqə, içməyə təzəcə başlayan bəzi cavanlar kimi butulkanı qucaqlayıb öpəcəkdi.Axmaq bir fikir keçdi başından, yəqin acqarına araq onu tez tutmuşdu. Sonuncu dəfə arvadını nə vaxt öpdüyünü xatırlamaq istədi, gülümsədi.Əslində gülümsəməyi acığını boğmaqdan ötrü idi.Son zamanlar heç içməyə də həvəsi qalmamışdı.Yenə qızı yadına düşdü.Gecə yuxuda onu boğaraq öldürürdü.Gözləri hədəqəsindən çıxan qızının yalvarış dolu baxışları ona təsir etməmişdi.Deyəsən yuxuda da bir az "vurmuşdu".Arıq əlləri buz baltasına oxşayırdı.Çox istəyirdi ki, qızı ətcə quş balası kimi canı ağzından bir boğmağınan çıxıb qutarsın.O zaman onunçun da asan olardı bu müəmmalı ölüm.Özünə haqq qazandıracaq bir bəhanəsi vardı elə bil.Qızının isti və yumşaq əlləri yanına düşən kimi ondan əl çəkdi.Yaxşı iş görmüş adam sayağı əllərini bir-birinə çırparaq sanki qızının son nəfəsini çırpdı əllərindən.Qəribədir burnuna qan qoxusu gəldi, dönüb arxasınca bərələ gözləri açıq qalan qızı tərəfə son dəfə baxdı ki, görsün bu qan kimdən axıb, niyə belə qoxuyur.Hər tərəf tər-təmiz idi, bu qan iyi yəqin ki, təkcə ona elə gəlirdi.Qurumuş sinəsini önə çəkib qapını arxasınca şappıldatdı.
Həyətdə çox var-gəl elədi.Yenə hava yaman tez qaralırdı.Göydə qara buludlar ona yuxusunu xatırladırdı. Nə yağış yağış kimi yağır, nə də bu buludlar çəkilib getmirdi ki,bir səmanın üzü açılsın.İkinci gecə böyük oğluna qarşı çıxırdı.Son dəfə oğlunun günahı bu olmuşdu ki, evlənəndən sonra ayrı yerə köçmək istədiyini demişdi.Ondan da çox arvadı hirslənmişdi buna.Burda qəribə bir şey görməmişdi o, hətta arvadını da başa salmağa çalışdı ki, ikinci oğlu da var, özü də nişanlıdır,bu gün -sabah o da evlənəsidir.Qoy çıxsın.Özünə bəlkə beləcə gün ağlaya bildi.Arvadı onun sözlərini qulaqardına vurmuşdu.Həmişə belə olurdu.Kim idi ona qulaq asan?Çəkildi yenə öz içinə.Hə də, araq içmək istəyi oyandı içində.O istəyini özünə yoldaş götürüb bayıra çıxdı.Hava təzəcə qovuşurdu.Hara qovuşurdu, nəyə qovuşurdu, anlamadı.Əslində beynini yormaq istəmədi.
Restoranda bir gözəl qadın gətirib süfrəni bəzədi, şamları yandırıb özü də ətirli əndamını gözə soxurmuş kimi əyilə-dura keçib masa arxasında oturdu.Əcəb yoldaş idi? Yəqin qadının da ürəyindən araq içmək istəyi keçirdi.Buna qulp olacaqdı, yetər ki, bir az içəydi.Sonrasını düşünmək belə istəmədi.Yenə arvadı ilə son dəfə nə vaxt öpüşdüyü günü xatırlamağa çalışdı.Dodaqlarına əl sürdü, qurumuşdular, qaysaqlanmışdılar.Spirt yandırmışdı onları.Elə içini də, lap ürəyini də.Bir mədəsi sevirdi arağı, bir də gecə gördüyü qarabasma yuxular. Böyük oğluna gücü çatmırdı.Dizini var gücü ilə sinəsinə basıb saxlasa da onu asanca boğa bilməyəcəyini anlamışdı.Əlləri yenə də buz bağlamışdı.Amma ağzı köpüklənirdi.Boğulmaq istəməyən oğlu həm çabalayır, həm də elə bil ki, "Ata, məni boğursansa boğ, tez ol, yarımcan eləmə"demək istəyirmiş kimi sakitcə dururdu.Nəhayət ki, bu "işini" də sona çatdırdı.Özündəki qüvvəyə mat qaldı.Yenə qələbə çalmış kimi əllərini çırpdı.Bu dəfə əllərini bir-birinə yox, sinəsinə çırpdı.Qapı yenə arxasınca şappıldadı.
Qadın xumarlana-xumarlana ona araq süzürdü.Dünya -aləm unudulmuşdu.Axxx, alatoran axşam, gözəl qadın, bolluca araq...Bütün istəyi bu idi sanki.Yarı pörtmüş toyuq qanadları onun iştahını öldürə bilmirdi.Elə dişinə çəkirdi onları ki, fağır toyuqun çarəsi olsaydı qanadlanıb uçardı.Nəfəsi araq qoxuyurdu hər axşam-sabah. Qanadlar da bunu hiss eləmişdi.Qarşısındakı qadına heç nə təsir etmirdi.Ətli sinəsində puçur-puçur tər gilələri vardı.Elə bil nahar eləmirdi, bostanda al-qırmızı günəşin altında kətmən çalırdı zalımın qızı.Bir dəli şeytan deyir, bunun yiyəsi ola, apara sala bostana, bir kətmən əlinə, bir kətmən də yanına, vurhavurasan.Butulka boşalırdı, boşaldıqca da ürəyi üzülürdü sanki.Kiçik oğlunu boğmaq istəmirdi.Nəslinin tükənəcəyini düşünürdü.Axmaq fikirdi. "Onsuz da bu yekəbaşdan mənə oğul olmayacaq"-deyə düşündü.Yenə qollarına güc gəldi.Amma bu oğlu daha fərasətli çıxdı.Bir həmlə ilə onu itələyib arxası üstə yerə yıxdı.Tövlədən malı çoxdan çıxarsalar da hələ də burdan peyin iyi gəlirdi.Sakitcə ayağa durub qalstukunu düzəltdi.Mərasimlərə geyindiyi, gözünün ağı-qarası bu kostyumunu niyə soyunmadığını anlamadı.Qalstukunu açıb inəklər bağlanan mıxa saldı.Sonra istədi ki, kostyumunu da soyuna, amma kiçik oğlu bu dəfə ona aman vermədi.Tutuşdular.Əl atıb onun boğazından yapışmaqdan başqa heç nə düşünmürdü.Bir əli çatsaydı, "işini"bitmiş saya bilərdi.Amma oğlu da az aşın duzu deyildi.İtələşdilər. Səndələdi,zəifləmişdi.Nə qədər araq içmək olardı axı?Son dəfə oğlunu qucaqlayırmış kimi özünü onun üstünə saldı.Oğlu əvvəlcə çaşdı, nə baş verdiyini anlaya bilmədi.Onun ani çaşmağı da elə "işin"başa çatmasına səbəb oldu.Barmaqları kəlbətin kimi sıxırdı.Qəribədir ki, həyatda dünya dağıla bu qədər güclü olduğunu hiss eləməmişdi.Aslan kimi nərə çəkmək gəldi içindən.İçi yenə alışdı.Qapı arxasınca şappıldadı.
Yemək süfrəsi soyumuşdu.Qadının xəyalı onu uzaqlara çəkib aparmaqdaydı.Axmaq-axmaq son dəfə nə vaxt öpüşdüyünü deyəsən xatırlamağa başladı.İnəkləri ekiz bala doğmuşdu, yoldaşı sevindiyindən o gecə onu qucaqlamaq istəmişdi.Biixtiyar öpüşmək keçmişdi qəlbindən.Öpüşmək istəsə də araq iyi vurmuşdu arvadını, iyrənmişdi sanki.O vaxtdan heç cəhd etməmişdilər.İndi qarşısında oturan qadının inək əmcəyinə bənzər məmələrini görmək istəsə də bir an duruxmuşdu.O gecə ki, təəssüfverici hala düşmək istəmədi.Arvadından peyin iyi gəlirdi həmişə.Amma bunu heç vaxt onun üzünə vurmamışdı.Qarşısındakı ətirli qadına həsrətlə baxdı.Təəssüflənmədi bu dəfə.Amma araq bitmişdi.Bax bu, lap son idi.Arvadını da boğmaq istəyəndə əlləri əsməmişdi. "Elə bil tövlə üçün doğulub zalımın qızı "-öz-özünə deyindi. "Səhər tövlə, günorta tövlə, axşam tövlə.Yetər də!Ölümün də bu tövlədə oldu."Yenə içində özünə haqq qazandırmaq idi tək niyyəti.Arvadı sanki uşaqlarını boğan ərinə bütün varlığı ilə nifrət edirmiş kimi hayqırmaq istədi.Amma imanına qısılıb susdu.Həmişə ötkəm danışan arvad niyə susdu, çox qəribə idi.Elə bil kişisinə bir imkan yaratmışdılar ki, bu dəfə bütün səlahiyyətlər səndədir.Artıq uşaqlar da yox, yaşamaqda bir məna görməyən ana susurdu.Gözləri doldu.Kipriklərini kal-kal bir-birinə çırpdı.Göz yaşlarını silməkdən ötrü qurcandı.Əllərinə baxdı. Əlləri yenə peyinli idi.Deyəsən təzək yapırdı həyətdə.Tövləyə saman götürməyə girmişdi, həmin vaxtda da əri onu haqlamışdı boğmaq üçün.Hə, hə, lap belə olmuşdu hadisə.Qapı son dəfə şappıldadı.Son dəfə?Bu, ona elə gəldi.
Qadın sərxoş idi.Gözləri işıldayırdı.İşıldayırdı nədir, elə bil, bir parça ildırım düşmüşdü baxışlarına.Qalxmaq istədi, səndələdi.Əlini yaxasına atdı, tərini sildi, boğulurdu elə bil.Nəfəsi ağır-ağır gedib gəlirdi.Bu xırıltı səsi kişinin halına hal qatdı.Həmişə bir butulka arağı tək boşaldan kişi bu dəfə onu gözəl olsa belə bir qadınla bölüşdüyünü özünə sığışdıra bilmədi.Heyfsləndi.Bu qadından arağın heyfini ala bilməyəcəyinə heyfsləndi.Tələsik ayağa qalxmaq istəsə də alındıra bilmədi.Nəhayətində qalxıb getmək istədi.Qadın ondan əl çəkmədi.Arxadan kişinin cılız bədənini qucaqladı.Arvadını dünən gecə yuxuda boğan kişi bütün qadınlardan qorxub qaçırmış kimi sərxoş qadının qucağında çırpındı.Bu dəfə də əlinin altında çırpınan uşaqları gözünün qabağına gəldi.Nədənsə özünü daha güclü hiss etmədi.Qadının ağırlığına tab gətirməyib yerə yıxıldı.Bu dəfə tövlədə yıxıldığı yuxusunu xatırladı.Burnuna peyin iyi gəldi.Arvadının hər dəfə təzək yapandan sonra sanki xınaya salınmış kimi qızaran barmaqları onu arxasınca çəkib apardı.Nəfəsi araq qoxuyan kişi üstü peyin qoxuyan arvadından ötrü darıxdı.Evə çatmağa tələsdi.Hər tərəfə ağır bir sükut çökmüşdü.Pəncərələrindən eşiyə püskürən qaranlıq onu qorxutmağa başladı.Bir an içəri keçmək istəmədi.Həyətə göz gəzdirdi.İnək ekiz balaları ilə yay vaxtı olduğuna görə açıq havada bağlanmışdı.Deyəsən arvadı artıq onu sağıb bitirmişdi.Tövlədən hənirti gəldi. "Yəqin siçovullardır samana daraşıblar yenə"-fikri ilə içəri keçdi.Tövlə qaranlıq olsa da lap göz-gözü görməyəcəq qədər deyildi.Anidən mıxa keçirdiyi qalstukunu gördü.Gözlərinə inanmadı.Elə bil qalstuku kimsə peyinə basıb çıxarmış və təzədən yerinə asmışdı.Onu orda buraxmaq istəmədi,əlinə alıb özünü eşiyə atdı.İnək aramla gövşək çalırdı.Axuruna tökülmüş təzə biçinti otun ətri onun nəfəsinə də hoppuşdu.Evdəkilərin harda olduqlarını düşündü.Yuxularını xatırlaya bilməmişdi. "O qədər içəndə axırı belə olar da"-deyə düşündü.Qalstukundakı peyin qurumuşdu, onu ovxalayıb təmizləyə biləcəyini sandı.Yenə tövlədən hənirti səsi gəldi.Bu dəfə peyin qoxuyan tövləyə girmək istəməsə də maraq onu üstələdi.İçəri keçdi.Lap yuxarı başda qızının, oğlanlarının və arvadının boğulmuş qara kölgələri dim-dik durmuşdu.Vahimələndi.Gözləri qorxudan alcalandı.
Qapı gündə neçə dəfə açılıb-bağlanar axı?Bəsdir şappıldatdınız bu qapını,qoyun rahat yatım!
Səhər bütün kənd özünü qalstukundan asan sərxoş bir kişi barədə danışırdı.Arvad-uşaqları doyunca ağlamışdılar o güngörməzə.

Комментариев нет:
Отправить комментарий