27.05.2013

XIII Bakı Kitab Bayramı: Gənc liderlər üçün canlı kitabxana

Mayın 26-da Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti məclisi keçirilib.
YYSQ Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbi ilə bircə keçirtdiyi tədbirdə tanımış gənc imza sahibərindən Aydın Xan (Əbilov), Narıngül, Fərid Hüseyn, Səidə Haqverdiyeva, Könül Səid, Səfa Rəşid, Rüfət Soltan, Peyman Oğayət, Qalib Cəlil, eləcə də kulturoloq Camal Rzayev, eləcə də ictimai yeniyetmələr, uşaqlar, onların valideynləri, media nümayəndələri iştirak edirdi. 

Gənc şairlər şeirlərini oxudular, sualları cavablandırıb, müəlliflər öz kitabları və evdəki əlavə kitabları hədiyyə kimi gətirmiş, yeni nəslin nümayəndələrini sevindirməklə yanaşı, YYSQ gənc liderlərin kitabxanasına 300-dən çox kitab ərməğan edib. 
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələrin rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı” adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında geniş məlumatlar verdi...
Maraqlı ədəbi-poetik məclisi formasında davam edəcək tədbirdə yazar-qonaqlar eləcə də bədii yaradıcılıqla məşğul olan yeniyetmələr öz şeirlərini oxudu, Heydər Əliyev və mədəniyyət, ədəbiyyat ətrafında çıxışlar oldu, maraqlananların sualları cavablandırıldı...
Tədbirin formatı: ədəbi-poetik məclis, intellektual-mədəni debat, foto-sessiya, gənc liderlərlə yaxından tanışlıq, oxucularıa müəlliflərin ünsiyyəti, əsərlərin oxunuşu, sualların cavablandırması, imzalanma, yeni kitabların təbliği, YYSQ-nin həyata keçirtdiyi kulturoloji-innovativ layihələrin mini-təqdimatları formatında təşkil olunmuşdu.
Məclisdən qısa video görüntüləri təqdim edirik... 








Комментариев нет:

Отправить комментарий