30.05.2013

Seyid Aynur - Unudulsam şəhərində

Səni xəyanət şübhəsilə yanan görələr...
İtirəsən ağlını yavaş-yavaş
Nə yaz gələ təbiətinə,
Nə uçan quşlarının qanadı ola!
Beləcə bir yazıq adam,
İçində səssiz boğula!
O möhtəşəm eşqlərinin,
Xatirəsinə öldülərinin
Sevgi məbədi salasan,
Bir yalan tarix yazasan!
Beləcə bir yazıq adam,
İçində səssiz boğula!
İtirilib əbədi bir gün
Unudulsam şəhərində,
Aldatdığın bu qız səni,
Batırsa eşq qəhərində!

Beləcə bir yazıq adam,
İçində səssiz boğula!

Ürəyindən kim keçir, olsun həyat yoldaşın...

Şəkilə möhkəm vurul,
Getsin ağlın başından
Göz çək, qaş çək üzünə,
Saçlarını tünd qaralt
Qondarıb məhəbbəti,
Bir ağ kağızdan yarat!
Ürəyindən kim keçir
Lap, qoy ona oxşasın
O da bu gündən belə
Olsun həyat yoldaşın
Qondarıb məhəbbəti,
Bir ağ kağızdan yarat!
Ad qoy, adsız varmı heç?
Bu dünyada yaşayan
De gəl ki, eləsin seç
Olsun məna daşıyan
Qondarıb məhəbbəti,
Bir ağ kağızdan yarat!
Çox yox, bir –iki kəlmə
Darıxanda söhbətləş,
O, susub sənə baxsın,
Sən də bu cür sakitləş
Qondarıb məhəbbəti,
Bir ağ kağızdan yarat!
Hərdən təklər üçün də
İcad olunur dərman
Bax o vərəqə tez-tez
Ay yazıq, tənha, insan
Bil ki, çəkməyi mən də
Sevirəm uşaqlıqdan
Qondarıb məhəbbəti,
Bir ağ kağızdan yarat!
Demə ki, canı yoxdur,
Bu uydurma sevdanın
Dəymədüşərdir yaman,
Xasiyyəti yoldaşın
Dayanma qısqanclıqdan,
Deyin, qanını qaralt
Qondarıb məhəbbəti,
Bir ağ kağızdan yarat!

Əzsə də qanadlarını

Qağayılar kimi sadiq ol, nə olar!
Onlar qədər xəyanətdən uzaq,
Elə onlar kimi şıltaq
Sevgini car çək aləmə
Yer qalmasın şübhələrə
Qağayılar kimi sadiq ol, nə olar!
Dənizə yaman bağlıdır
İri qəzəbli dalğalar
Əzsə də qanadlarını
Heç olmasa sən də hərdən,
Bircə istəyim var səndən
Qağayılar kimi sadiq ol, nə olar!
Burulğan, tufan da qopsa
Ahım dünyanı yandırsa
Yenə qonaq gəl gizlicə
Yenə səs-küy sal görüncə
Qağayılar kimi sadiq ol, nə olar!

Комментариев нет:

Отправить комментарий