29.05.2013

Elə bil hardasa, görmüşəm səni...

Elçin Həsənov

Elə bil hardasa, görmüşəm səni...
Mənə çox tanışdır, bu boy, bu buxun...
Elə bil hardasa görmüşəm səni...
Tanışdır, yerişin-gülüşün,qoxun,
Elə bil hardasa,g örmüşəm səni...

Gözündən süzülən o yaşlar tanış,
O nifrət, kin dolu baxışlar tanış,
Hətta üzündəki qırışlar tanış,
Elə bil hardasa görmüsəm səni...


Yad olsan,yadıma heç gələrdimi?
Mənə qan udduran gecələrdəmi?
Yoxsa bu kimsəsiz küçələrdəmi?
Elə bil hardasa görmüşəm səni...

Gözəl şeirlərin,sözlərindəmi?
Bir gedən qadının izlərindəmi?
Başqa bir insanın gözlərindəmi?
Elə bil hardasa görmüşəm səni...

Siz o deyilsiz,dəliyəm nədi?
Ürəyim birini görmək istədi...
Onu görsəz deyin,bir adam dedi,
Elə bil hardasa görmüşəm səni...

Комментариев нет:

Отправить комментарий