31.05.2013

MİLYONLARA SİQARETİ BURAXDIRAN 13 YAŞLI QIZCIĞAZ

Doğa Əkər: “Əvvəl dayıma, sonra da atama siqareti buraxdırdım”

“Sonra bu layihəm Facebook sosial şəbəkəsində böyük marağa səbəb oldu”

Müsahibimin 13 yaşı var, amma həyata keçirdiyi layihə bu qızcığazı bu yaşında Türkiyədə məşhur edib. İbtidai məktəbin 3-cü sinfində oxuyan Doğa Əkər həyata keçirdiyi “Siqaretsiz ailəm” layihəsi ölkədə bir çox insanın siqareti tərkitməsinə səbəb olub. əvvəlcə ailəsində siqareti tərkitmək üçün başlatdığı bu hərakat öz səmərəsini verib və atası ilə dayısı siqareti tez bir vaxtda atıblar.
Bu layinənin başlaması səbəbini isə gəlin öz dilindən eşidək:


- Doğa, necə oldu ki, sən bu layihəyə başlamaq qərarına gəldin?
- 3 il əvvəl atamla dayım siqaret çəkirdilər. Əvvəlcə, “Ata siqareti burax deyə” İstanbulda olan atamla dayıma ictimai mediadan səsləndim və sosial şəbəkələrdə sadə videolar yaydım. Sonra bu videolar. Çoxlu çox insan mənə mesaj atdı və bu layihəmiz qatıldı.
- Ailən sənə kömək oldumu?
- Bəli, kömək oldu. Əvvəlcə mənə hörmət göstərdi və istədiyim hər mühiti verdi. Bununla da layihəmiz böyüdü, amma insanların siqaret buraxması çox çətin olur. Əvvəl dayım, sonra da atam siqareti buraxdı. Layihəmizə bır neçə məşhur insanlar da dəstək verdi və layihə “Siqaretsiz ailəm” adını aldı. Facebook səhifəmdə 4500 adam var, bir çoxu da Azərbaycandan olduğu üçün üzvlərin sayı yüksəldi. Azərbaycandan Nado Antalyaya gəldi və evimizdə qonaq oldu. O, ortaq proyektimizə dəstək oldu. Onun da video və şəkilləri var. Uşaqları qorumaq lazımdır. 1 ədəd siqaret möhkəm quruluşlu bir insandan 5 dəqiqə ömür alır. Normal quruluşlu bir insandanda bu 15 dəqiqə edir, beləliklə, bu hesabla bir siqaret insan ömründən 15 il alıb aparır. Hər kəs bilməlidir ki, siqaret bir qatildir və yavaş-yavaş, hiss etdirmədən öldürür. Təqaüdçü olursan, nəvələrin olur, onları sevmədən ya xərçəng olursan, ya da KOAH xəstəliyinə tutulursan. Onu da deyim ki, məşhur bir siqaret markasının sahibi xərçəngdən öldü. Uşaqlarımızı qorumalıyıq, əgər evdə, balkonda siqaret çəkirsinizsə, övladınız da bunu görürsə, o da həvəslənir və mütləq narkoman olurlar. Bunu etməməliyik. Bizə əmanət edilmiş uşaqlarımızı qorumalıyıq, onların da haqqlarını unutmamalıyıq, çünki doğru, sağlam təhsil vermək hər ailənin vəzifəsidir. Siqaret bir xəstəlikdir, insanlıq günahıdır. Yol qəzasından ölənlərdən qat-qat çoxu siqaretdən ölməkdədir. Ayrıca, siqaret çəkənin müalicə xərci həddindən çoxdur, bu da hər kəsin cibindən çıxır.
- Bu layihəni Azərbaycanda da başlamaq istəmirsiz?
- Bəli, Azərbaycanın Türkiyədən bir fərqi yoxdur. Onları çox sevirəm və layihəmizi Azərbaycanda da dəstəkləyirlər. Əlbəttə, bunun Azərbaycanda da davam etməsini istərdim. Təbii ki istəyirəm. Onu da deyim ki, irəlidə mütləq Azərbaycanla bağlı təqdimat çalışmalarım da olacaq. Azərbaycanda həyata keçiriləcək layihə tətbiqi, burdakı layihə ilə eyni olacaq. Azərbaycanda könüllülərə ehtiyacım olacaq. Facebook səhifəmə baxsanız, Azərbaycanın xüsusi bir yeri olduğunu görəcəksiniz. Azərbaycan bayrağını nə zaman görsəm, öz bayrağım kimi sarılaram, çünki milliyyətçi duyğularım qabarır. Səhifəmdəki videolara baxsanız, hamısını görərsiniz. Ora da mənım, bura da. Vətəninizə, sizdən birinizə bir şey olduğunda acı çəkirəm.
- Türkiyədə bu layihənəni dövlət adamlarından dəstəkləyənlər varmı?
- 17 plaketım var. Bundan başqa dövlət və xüsusi sektor tərəfindən verilmiş lövhələrim var.
- Layihənizi başqa hansı ölkədə tanıtmaq istəyərdiniz?
- Ölkə ayırmaq səhv olar. Bütün insanlığın bu xəstəlikdən xilas olmasını istəyərdim, amma layihəmin səsini eşitdirəcəyim əsas yerlər Türk dünyasıdır, çünki onlarla eyni dili danışdığımız üçün daha asan olacaq.
- Başqa hansı layihələriniz var?
- Bir başqa layihəmiz 1200-cü illərdən günümüzə Türk tarixini tanıtmaqdır. Türkiyədəki ən böyük yazarlar könüllü olaraq bu layihəmizə dəstək verirlər və kameraların qarşısına keçib bütün yaşananları izah edirlər. Bütün yazıçılarla ortaq bir illik bir işin nəticəsində bir kitab yazmağı planlaşdırırıq və çox da gözəl olacaq.
- Sonda Azərbaycanlı gənclərə nə təklif edərdiniz?
- Azərbaycanlı qardaşlarıma xüsusilə söyləmək istədiyim odur ki, siqaretli mühitdə girməyin, böyüklərinizə xəbərdarlıq edin. Bağlı və sıx olan mühitlərdə siqaretdən özünüzü qoruyun və sizing də mütləq bir layihəniz olsun. Yaşaya bilmək üçün sağlamlıq çox əhəmiyyətlidir. Bunun üçün sağlam yaşamanın qaydası, insan sağlamlığına zərər vuran hər şeydən, xüsusilə də siqaretdən uzaq durmaq lazımdır.

Hazırladı: Samir Aslan

Комментариев нет:

Отправить комментарий