26.05.2013

Qadir Cəfəri - Məktub

Yaz
İnrihar qoxulu çiçəklərdi yaz
Aldanma bürünmüşsə də çiçəklər qoxusuna
Qopar taxçalara düzülmüş məktublar arasından, qoxusu çiçəklərin
Xatırladar sənə anılar dizələrin
Püfənək püflənər məktublarından.
Durulmasa gözlərinin qarasındakl heykəl
Gözlərinin dümağ xoşbəxtliyindən bir otaq tiksəm
Qara geyinər şeirlərim
Göy don geyinmişsən gözəlim
Otaqımda tanqo rəqs edir
Gözlərin və...
Sarmaşıq əllərin inandırır uzaq bir öpüşün mutluluğunu
Gəl yaxınlaşmayaq pəncərəyə!

"GOD İS N O W H E R E" qədər quşqu doğursa da həyat
Boş verəlim sayın oxucular
Bir
İki 
Üç 
...
Xoşbəxtlik, Xoşbəxtlik
Biz mutlu olmadıq
Heç zaman "xoşbəxtlik qafiyəsi"ni tapmadıq.
Durulmasa gözlərinin giləsindəki heykəl
Vərziqanın həyat ağacı titrəyincə
Uçuq məçidlərdə tanrı üşüyəcək
Bir gilə tüstüdə boğulacaq umud
Və unutqanlıq saatlarında uçan püfənək
Baxacaq
Quşquyla rəqs edən, göy donlu bir qızın pəncərəsindən. 

Комментариев нет:

Отправить комментарий