08.08.2013

Pivə və seks

Tural Sahab

İki yanlış, iki səhv... Hər ikisi də dinə, inanca və əxlaqa qarşı istifadə olunur. Dindar olmaq geriçilik, əxlaqlı olmaq pısırıqlıq adlanır. Bəs , pivə? Bəs, seks? Bunlar niyə reklam olunur, niyə özünü ağıllı hesab edən bir neçə jurnalist və yazar bunları ballandıra-ballandıra yazır. İçki bir bəladır. Hər birimiz , bir tanışı misal gətirə bilər ki, içki onun həyatını necə məhv edib. Və heç birimiz razı olmaz ki, qızımızı öz evimizdə hanısa kişi ilə sevişərkən görək. Bəs, görəsən pivəni reklam edənlər bilmirmi , onların yazdıqlarından təsirlənib nə qədər gənc özünü məhv edə bilər? Bəs, görəsən seksi , özü də azad seksi mədəniyyət nümunəsi olaraq qələmə alanlar anlamırmı, onların qızları bu yazıları oxuyub, evə oğlan dostlarını utanmadan dəvət edəcəklər? Onların yazdıqları nə qədər gənci məhv edəcək. Hansı biriniz oğlunuza və ya özünüzə onlarla kişi ilə yatmış bir qadını rəva görüb, evinizə gətirərsiz?
Hansı biriniz razı olar övladının içkidən asılı olub, həyatını məhv etməsinə? Bəs özünüzə rəva bilmədiyinizi, başqalarına niyə məsləhət bilirsiz? Anladıq, Allaha inanmırsız, dinə düşmənliyiniz var. Bəs , əxlaq ? Bəs, milli dəyərlər ? Bunlar necə olsun, millət olaraq pivədən içib, bir-birimizin arvadını, qızınımı yoldan çıxaraq. Yoxsa bunlardan da bezib mavimi olaq, çünki axır vaxtlar mavilərə də rəğbətlə yanaşırsız. Gey olsun, zinakar olsun, sərxoş olsun. Bircə dindar olub , Allaha inanmasın. Axı, inanclı biri sizin dediklərinizi eləməz, sizə tanrı kimi baxmaz. Hər kəs dindar olsa, əxlaqlı olsa , sizin seksdən savayı bir şey olmayan yazılarınızı kim oxuyacaq. İmkanlarınız genişdi, indi. Saytlarınız var. Özünüz fikirdə insanların yazıları ilə doldurursuz saytlarınızı. Müxalif fikirli insanların yazılarını heç yaxın da qoymursuz. Özünüz bilərsiz, sayt sizindi, ancaq çoxunuz elə bağırır ki, söz azadlığı, fikir azadlığı deyə . Bəs, bu ikiüzlülük deyilmi? Küçədə polis qorxusu ilə, ləzzətlə öpüşənlər olur mədəni insanlar, ya da içib küçədə yatanlar çox bildiklərindən, dərddən içən adlanır. Vay, o günə bir nəfər yolun qırağında namaz qıla və siz bunu görəsiz. Yolda bir nəfərin sizdən alışqan istəməsi çox normal haldır, lakin bir nəfər Allahın adı ilə salam versə , o dəqiqə onu səhv çıxarmaq üçün başlayarsız söhbətə.

Комментариев нет:

Отправить комментарий