16.06.2014

İmam Hüseyn təhlükədə: İŞİD-in arxasında Səudiyyə Ərəbistanı və Qətər dayanır

66795Hər bir beynəlxalq müdir kimi cənab Barrozunun da dediklərindən belə çıxdı ki, bəşərin vicdanı, eşqi diləyi, zehni düşüncəsi fikrin diləyi, bütün yer üzünün xoş gələcəyi…neftdir. Başqa bir şair isə belə deyirdi. Harda neft varsa, orda bəla var. Neft olan ölkələrdə Kərbəla var… İndi Kərbəlaya, İmam Hüseynin məzarına qara qüvvələr sürürünür. Başı cida başında Şama gedən Hüseyn vay…
İraq Şam İslam Dövləti. Bu adı ilk dəfə 2011-ci ilin sentyabrında Suriyada eşitdim. O, vaxtadək elə bilirdim ki, Suriyada Bəşər Əsədə qarşı yalnız inqilab edən xalq döyüşür. Hansıki onlara Azad Suriya ordusu adı verilmişdi. Amma zaman keçdikcə bataqlığa bənzəyən Suriyada xalq, həm Bəşər Əsəd, həm də onu arxadan vuran silahlı birləşmə ilə döyüşməyə başladı.
Bax bu, Azad Suriya ordusunun əsgəri deyir ki, əgər özünü İraq Şam İslam Dövləti adlandıran silahlılar olmasa, Bəşər Əsəd çoxdan devrilmişdi.
Kimdir İraq Şam İslam Dövləti və onun arxasında kim dayanır? Bu qondarma dövlət İraqla Suriyanın sərhəddində, eyni zamanda da Türkiyəyə yaxın bir ərazidə formalaşıb. Əsas məkanları Suriyadadır. Suriyada isə kəsmədikləri baş qoymadılar. Yolda tutub mənsub olduqları təriqəti soruşur, şiə olanı isə öldürürdülər.
Bir sözlə islam adından çıxış edən bu, qruplaşma sözün əsl mənasında elə islamı ləkələmək üçün yaradılıb. Onda sual yaranır kim yaradıb və maliyyə dəstəyini hardan alırlar?
Qruplaşma birbaşa “Əl-Qaidə” terror təşkilatının “Əl-Nüsrə” qanadıdır. İlk olaraq Suriya ərazisində yaradılan silahlı qruplaşma bu ölkədə əsl təlim keçdilər. Qısa zaman içərisində isə böyük silah bazası da formalaşdırdılar. İŞİD maliyyəni vəhabiliyin hökm sürdüyü körfəz ölkələrindən aldığı iddia olunur. İran prezidenti Həsən Ruhani öz kəşfiyyatlarına istinad edərək dedi ki, bu işin arxasında körfəz ölkələri xüsusən də Səudiyyə Ərəbistanı və Qətər dayanır. Unutmayaq ki, Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları ilə hesablaşmadan addım atmır onda belə çıxır ki, bu qruplaşmanın yaradılmasından okeanın o tayında da məlumatlı olublar.
Son bir ildə daralan Suriya həlqəsinin hardasa, qırılması Bəşər Əsəd qüvvələrini möhkəmləndirdi. İranın və Rusiyanın dəstəyilə ordusunu möhkəmləndirən Bəşər Əsəd son aylar demək olar ki, ardıcıl olaraq şəhərlərini silahlı birləşmələrdən geri alırdı. Əgər fikir versəniz Suriya hökumət qüvvələrinin daha Azad Suriya ordusu ilə döyüşdüyü deyilmir, İraq Şam İslam Dövləti ilə mübarizə apardığı məlumatı yayılırdı. Beləliklə həmin döyüşçülər İraq Suriya sərhəddinədək sıxışdırıldı.
İŞİD Suriya ilə yanaşı siyasi davamsızlıq yaşayan İraqda da kök salıb. Onu İraqda formalaşdıran isə Səddam Hüseynin hakimiyyəti dövründə hərbçi olmuş Əbu Bəkr əl-Bağdadi olub. Adı dünyanın ən təhlükəli 10 terrorçusu sırasında gələn əl-Bağdadi özünə qarşı çıxanlara sərt cəzalar verməsilə tanınır.
İyunun 10-da onların Mosulun küçələrində hərbi karvanlarla görünməsi isə hər kəsi təəcübləndirdi. Bu qədər silahlı qrup bir anın içində İraqa necə keçə bilərdi. Baş nazir Nuri əl-Malikinin çıxışından bəlli oldu ki, Suriyadan gələn silahlı qruplaşma İraq-Suriya sərhədini maneəsiz keçiblər. Belə çıxır ki, bölgədə bu qruplaşmaya şərait yaradan qüvvələr olub. Onu da deyək ki, İraqın şimalına Şimali İraq kürd muxtariyyətı, yəni kürdlər nəzarət edirdilər. Bəs onda kürd silahlıları sərhədi niyə qorumayıblar? Burda haşiyə çıxım. İraqın şimalında Kürdüstan muxtar vilayəti Türkiyəyə neft nəqlinə başladıqdan sonra mərkəzi hökumətlə region administrasiyası arasında gərginlik artdı. Bu ilin yanvarından başlayan neft nəqli Kürdüstanın Bağdaddan iqtisadi müstəqilliyinin rəmzi kimi qiymətləndirilir. Fikir verin İŞİD-in də İraqa gəlişi elə yanvar ayına təsadüf edir. İraq kürdləri isə bu ayın əvvəlində müstəqil olaraq Türkiyəyə neft ixracatında bir addım da irəli gedərək, neft gəlirlərinin tamamını özlərinə saxladılar.
Kürdüstan parlamentinin üzvü Şerko Cavadın sözlərinə görə, əgər Bağdad referendum əvəzinə, özünün ədalətsiz iqtisadi və siyasi addımlarından əl çəkməyəcəksə, bu zaman neft satılması və digər variantlar masaya yatırılacaq: “Biz nefti Bağdada verməyəcəyik. İstədiymiz kimi satacağıq”.
İraqın Neft Nazirliyi isə Kürd Administrasiyasının özbaşına Türkiyəyə neft ixracatını qaçaqmalçılıq adlandıraraq Ankaranı da bu məsələdə təqsirli bilmişdi. Bu açıqlamanın üzərindən düz 9 gün sonra İŞİD İraqın neft şəhəri olan Beici tutur. Onda belə çıxır ki, bu məsələnin arxasında Türkiyə də dayana bilər? Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasından olan millət vəkili Sezgin Tanrıkulu isə idda edir ki, türk xüsusi xidmət orqanlarının 4 zabiti İraqda İŞİD-ə hərbi təlim keçib və onları İraq polisi saxlayıb. Digər qaranlıq qalan məqam isə odur ki, necə olur ki, Mosul şəhərində iki ölkənin Amerika Birləşmiş Ştatları və Türkiyənin konsulluğu olur. Terrorçular isə məhz türkləri girov götürürlər. Türkiyə xarici işlər nazirinin açıqlaması isə daha marqlı görünür.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə görə, indi ən vacibi bizim diplomatik heyəti və onların ailələrini Türkiyəyə sağ-salamat qaytarmaqdır: “İstəyir Suriya olsun, istəyir İraq, bizim vətəndaşların həyatını təhlükəyə atan istənilən şəxs bunun layiqli cavabını alacaq. Türk dövlətinin iradəsinin möhkəmliyini və məqsədyönlüyünü sınağa çəkmək lazım deyil”.
Belə çıxır ki, Türkiyə İraqa girmək istəyir? Əslində Türkiyənin İraqın sərhəddlərinə doğru yeridiyi birinci dəfə deyil. Bunadək PKK silahlıları ilə mübarizə apapararkən türk qırcıları şimalı İraqın içinə doğur bir neçə dəfə irəlləmişdilər. Lakin qərbin tənqidinə görə sonradan geri çəkilmişdilər. İndi isə Türkiyənin bu işi görmək üçün tam haqqı da çata bilər. Hətta bu məsələdə NATO-dan köməkdə gözləyir. Ehtimallar isə müxtəlifdir. Bir versiyaya görə İŞİD-in arxasında Amerika Birləşmiş Ştatları, bəzilərinə görə Səudiyyə Ərəbistanı və Qətər, bəzilərinə görə isə Türkiyə dayanır. Hətta İran və Suriyanın da bu təşkilatı dəstəklədiyini söyləyənlər var. Ən ekzotik isə burda Rusiyanın barmağının olması ehtimalıdır. Hər halda bu hələ başlanğıcdır. Mahiyyət hadisələrin gedişatı ilə üzə çıxacaq. /ans/

https://www.youtube.com/watch?v=O-7In1wzSpk#t=305

Комментариев нет:

Отправить комментарий