01.06.2014

XOŞBƏXT XANIM VƏ DƏLLALLARI

Hüsamə Bin Sərxan

Pensiya almamaq yox, pensiya almaq dəhşətdir

…Köynəyin bir düyməsi səhv tikilibsə, digər düymələr öz yerində, bütövlükdə köynəyin yeri və vəziyyəti məlum. Yeriniz məlum, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan can və qan qardaşlarım. Bilənlər bilir, çox istərdim sizlər də biləsiniz: barlı-bərəkətli Cəlilabad rayonunda nazirliyinizin 30 saylı Tibbi Sosial Ekspert Komisiyası fəaliyyət göstərir. Dövlət komisiyasından daha çox, “ Qurdlar vadisi pusu “ serialındakı  antiqlobalist  Muronun çetesinə bənzəyən bu qurumun kimlərə xidmət göstərdiyi bəlli deyil və görünən odur ki, uzun illər də bəlli olmayacaq. 30 TSEK dövlət nömrə nişanlı çeteyə çox oglanlar başçılıq edib. Lakin və amma haynan gəlib, vaynan gediblər. Komisiyanın hal-hazırkı sədri qadındı.
Gözəl də adı var: Xoşbəxt xanım!!!  Hərçəndi, qoyun sürüsüz, dəvə karvansız tənha göründüyü kimi, TSEK-lər də çılpaq görünər bəşəri müqayisəsiz… Yəni əlil insanlarsız. Fəqət, 30 saylı TSEK-in sədri Xoşbəxt xanım Ağayevanın timsalında əlil və xəstə insanlara münasibət heç də birmənalı deyil. Ən böyük problem vətəndaşların qəbulu ilə bağlıdır. Çünki xəstə insanlar günlərlə Xoşbəxt xanımın qəbuluna düşə bilmir, düşəndə də təhqir və təhdidlərlə üzləşirlər. Bir sözlə, bu xanım xəstə insanları sevmir. Ona cibi dolu və sağlam insanlar lazımdır.   Lakin neyləyim ki,  şəxsən mənim üstümdəki paltar qarışıq qiymətim 50 manata bərabərdir.
Söz yox, bu gün  işimiz keçən  idarələrdə, bütün qiymətləri tənzimləyən özümüzük. Allah kəssin bizləri. Çünki millət olaraq natəmizliyə,  rüşvətə ( alan da, verən də ) və sair… şərait yaradan, yaxud o şəraitin yaranması üçün can verən də özümüzük.  Əslində çox xoşbəxt millətik. O mənada ki, Xoşbəxt adlı TSEK sədirlərimiz, İmdad adlı vay(anam) komatlarımız, Mehdi-əz-zaman kimi ƏSMM sədirlərimiz, Hagı Şamo kimi asfalt yaranlarımız, Qabil kimi çürük  dana cappalayanlarımız varkən belə, ümidlərimizi nəinki itirməmişik, əksinə  sabahımıza inamımız daha da artıb.  Top hələlik 30 nömrəli Xoşbəxt xanımdadır və müdafiəçiləri olan səlahiyyət sahiblərinin sayəsində fantastik oyun sərgiləyir. Xoşbəxt xanımın bir kasa bozbaşına xatir “yetənə əl-qol atan, yetmədiyini pəncərədən atmaqla“ hədələyən “dəllallarına” isə adamın sadəcə yazığı gəlir. Nə baş verir sizlərdə, cənab dəllallar? Xoşbət xanımı anladıq: onun vəzifəsi insanları bədbəxt etməkdir. Bəs sizin vəzifəniz nədir? Allahdan qorxmursunuz, qanuna hörmət etmirsiniz – bütün bunlar məlum – heç olmasa sizinlə yaşayan ailə üzvlərinizi yadınıza salın; özünüzə və ailənizə rəva görə bilməyəcəyiniz hərəkətlərlə adınızı ləkələməyin. Söz yox ki, dəllalın başqa adı olmur.
Yazımın “daban”ı: …Allah xoşbəxtliyi bir xurcundan artıq yaratmayıb. Ona görə üstündə qırğındı. Görəsən xoşbəxt olmaq nə mənə şeydi?! (Ardı yəqin ki olacaq.)

ideologiya.az

Комментариев нет:

Отправить комментарий