04.05.2015

1941-1945-ci illər müharibəsində Masallı kommunistlərinin hünəri


9 May 2015-cu il – faşizm üzərində qələbənin 70-ci ildönümüdür. 1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan bu müharibə Azərbaycan xalqından, o cümlədən Masallı rayon sakinlərindən də yan keçməyib. Keçmiş sovet inzibati rayonlarından biri kimi Masallı bu müharibədə həm igid övladları, həm də iqtisadiyyatı ilə iştirak etmişdir.
Faşizm üzərində qələbənin qazanılmasında Masallının kənd təsərrüfatı işçilərinin hünəri danılmazdır. Kənd zəhmətkeşlərinin əməyi olmadan qələbəni təsəvvür etmək mümkün deyil!
Böyük Vətən müharibəsində Sovet Azərbaycanın bütün rayonlarında olduğu kimi, Masallının igid oğul və qızları öz qəhrəmanlıqları ilə  şöhrət qazanmışlar. Müharibənin elə ilk günlərindən Masallı oğullarının şücaəti haqqında xəbərlər xalqımızda qələbəyə böyük inam yaradırdı. Bu qanlı döyüşlərdə Lenin ordenli Atabala Hacıyev, Əlibala Kişiyev, Oruc Bədəlov, Qulamhüseyn Məmmədov və yüzlərlə Masallının mərd oğul və qızları düşmənlə ölüm-dirim vuruşmasına qalxmışdılar.
Azərbaycan Kommunist Partiyasının hakimiyyəti dövründə Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğını xüsusi qeyd etmək lazımdır. Masallının Böyük Vətən müharibəsi iştirakçıları ilə gənc nəslin görüşləri, vəfat etmiş müharibə iştirakçıların məzarlarının ziyarət edilməsi, müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırmaq haqqında Azərbaycan KP MK-nın qəbul etdiyi qərarlar onlara olan diqqət və qayğının təzahürüdür. Bu qayğı Azərbaycanın müstəqillik illərində də davam etdirilir.

ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi






Комментариев нет:

Отправить комментарий