Dünyada rəsmi milyonçu azərbaycanlılar ancaq Rusiya Fedarasiyasındadır. Burada hər bir vətəndaş üçün şərait yaradılıb. Türkiyədə yaşayan yeganə azərbaycanlı milyonçu iş adamının da işləri Rusiya Federasiyası ilə əlaqəlidir və biznesi Rusiya üzərində qurulub. Bu da Rusiyada həmyerlilərimizə necə şərait yaradıldığına bir daha sübutdur. Hətta dünyada söz sahibi olan nəhəng neft şirkətinin rəhbəri azərbaycanlıdır.
Rusiyadakı iş adamları Azərbayçanda- öz doğma vətənlərində iş quranda isə yüzlərlə problemlə üzləşirlər. Əgər məsul şəxslər hər hansı bir tikintiyə icazə veribsə, ora digər orqanların qarışması qeyri-qanuni sayılır. Hər halda Rusiya, İran kimi iş adamlarına geniş imkanlar yaradılmış sivil ölkələrdə belədir. Amma Azərbaycana qayıdıb biznes qurmaq istəyən soydaşlarımız polis və digər qurumların müdaxiləsi ilə üzləşirlər. Əlbəttə öz yerliləri olan yüksək vəzifəli şəxslər belə işlər görəndə onların heç bir problemi olmur. Bu problemlər biz azərbaycanlılara qəsdən yaradılır ki, başqa yerdən gələn iş adamları Azərbaycanda bunların bazarına girməsinlər. Rusiyada iş adamları üçün yaradılmış şərait Azərbaycanda demək olar ki yox dərəçəsindədir.
Bu bir daha gostərir ki, Rusiyada və dünyada Putinin apardığı iqtisadi, siyasi və hərbi siyasət biz azərbaycanliların xeyrinədir. Bizim onu dəstəkləməyimiz vacib və lazımlıdır.
Ümumiyyətlə, Azərbaycanda qüvvədə olan bir çox qanunlar nizam-intizam yaratmaq üçün deyil, bir bölük məmurun xeyrinə yazılıb. İnkişafda olan MDB olkələrinin bir-birinə yaxınlaşmasının vacibliyi elə bu məsələdə də açıq nəzərə çarpır. Yeni yaranacaq Avrasiya Birliyi qərb bölgəsindən olan məmur qruplaşmasının xeyrinə olmasa da, Azərbaycan xalqının xeyrinədir.
Bu gün bizim qarşımızda iki yol durur: Atlantika yolu və Avrasiya yolu. Seçim etməliyik. Orta yol olmur. Müstəqillik olmur. 25 illik təcrübə sübut etdi ki, müstəqil olmaq elə ABŞ-İsrail koloniyası olmaq deməkdir. Amerikadan bizə xeyir gəlməyib, gəlməyəcək də. Xalq vaxtkən öz başına çarə qılmalıdır.
Rusiyanın Geopolitik Araşdırmalar Mərkəzinin rəhbəri, general Deonid İvaçov bəyanat verib ki, A qripinə səbəb olan virus ABŞ-da xüsusi laboratoriyada hazırlanıb ki, sürətlə artan dünya əhalisinin sayını tənzimləyə bilsinlər. Kimin hesabına tənzimləyəcəklər? Əlbəttə, bizim, bir də monqolların və çukçaların... Bu elə həmin biz deyən Amerikadır!
İndi bizim novruzəliləri daha bir məsələ düşündürür. Məlumat yayıldı, Obama İstanbulda namaz qılıb. Bilirəm, özünü çoxbilmiş göstərənlər deyəcək ki, deyəsən heç Obama İstanbulda olmayıb, yalandır. Bilirəm, amma Obama elə bircə dənədi ki? Söhbət ABŞ prezidenti Barak Hüseyn Obamanın kiçik qardaşı Georgi Obamadan gedir. Georgi Türkiyə firmalarından birinin təmsilçisidir və özü deyib ki, namazda bütün müsəlman dünyası üçün dua eləyib. Pay atounan, lap qəhərləndim! Kişi vurğulayıb ki, ailəsi müsəlman əsillidi və kiçik qızının adı da Fatimədi. "Habertürk"ün müxbiri naqolay bir sual verib: "Barak Obama müsəlmandırmı"? Cavab diplomatik olub: "Hazırda o elə vəziyyətdədir ki, bəlkə də fərqli hərəkət edir, amma Barak Obamanın daxili müsəlmandır". Adamın az qala sevinməyi gəlir. Deyilənə görə, biz də daxilən müsəlmanıq axı.
İraqda o vaxtkı ABŞ prezidenti Corc Buşun başına ayaqqabı atılması məsələsini tarixindən asılı olmayaraq hamı xatırlayır. Yadınızdadırsa, o vaxt həmin ayaqqabının hər tayına bilmirəm bir milyondu, ya ondu, bəlkə də yüz milyon dollardı qiymət də qoymuşdular. Hələ türklər də bir iddia qaldırdılar ki, ayaqqabı onların firmasının məhsuludu. Bir sözlə, hamı bu insidentdən öz qazancı üçün istifadə eləməyə çalışırdı. Elə ayaqqabını atan jurnalist Müntəzər əl-Zeydi də, zərbədən akrobatcasına yayınan Buş da, jurnalisti tutan təhlükəsizlik xidməti də, bir sözlə, hamı. Ən maraqlısı və inandırıcısı da o idi ki, sanki hadisə təsadüf nəticəsində baş vermişdi və jurnalist əsəblərini cilovlaya bilməyərək ayaqqabılarını Buşun başına atmışdı. Gördüyünüz kimi, buraya qədər "Qaravəlli"lik heç nə yoxdur. Məzəsi bundan sonradı...
Bağdadda keçirilən məhkəmədə insidentin yaradıcısı, iraqlı jurnalist Müntəzər əl-Zeydi onda 3 il müddətində azadlıqdan məhrum edildi. Əslində elə bu da gözlənilən idi, nə olar ki, indi Buş prezident deyil, bəs onda o qədər qan töküb İraqa demokratiyanı niyə vermişdilər ki. Amma məhkəmədə əsl "Qaravəlli" baş verib. Özünü günahkar saymayan Müntəzər əl-Zeydi son sözündə açdı sandığı, tökdü ürəyindəkilərin hamısını ortaya. Hələ məhkəmə prosesində jurnalist verdiyi ifadədə hadisəni belə təsvir eləmişdi: "Mətbuat konfransında Buşu gördükdə gözlərim döndü (deyəsən, ifadəni tərcümə eləyən adam dilimizi zəif bilirmiş, bizdə adətən "başım, beynim çöndü" deyirlər, gözü dönmək öküzə, bir də epilepsiyalılara aiddir). Həmin an Buşun ayaqlarının altında iraqlıların qanından başqa bir şey təsəvvür etmədim. Buna dözə bilmədim və ayaqqabılarımı çıxarıb Buşa atdım. Peşiman deyiləm. Buş İraqın qonağı deyil. Bizdə qonaq üç gündən sonra qonaq sayılmır (sürüşkən ifadədir, yəni ev sahibi sayılır?). Buş isə 6 ildir İraqdadır. O, qonaq yox, işğalçıdır". Əl-Zeydi o vaxt daha bir neçə patriotik cümlələr də işlətmişdi. Amma məhkəmədə şok bir açıqlama verdi: "Bu aksiyanı 2 il əvvəl, Buş Əmmana gəldikdə həyata keçirəcəkdim, amma olmadı. Ayaqqabı atmaq üçün 2006-cı ildən bəri məşq edirdim".
Eh, əl-Zeydi qardaş, çox pis məşq eləmisən. Gərək başından tutuzduraydın. Zalım oğlu, bu boyda zırıltıya girişmisən, məsələyə bir az elmi yanaş daa. Çox güman ki, sən məşqi hərəkətsiz hədəfə ayaqqabı atmaqla eləmisən. Əsl snayper isə obyektin hərəkət etməsini, onun reaksiyasını da qiymətləndirməli idin. Ola bilsin ki, ya Buşun kuklasını qoyub məşq eləmisən, ya da arvad-uşaqdan hansınısa hədəf seçmisən. Onların da reaksiyası zəif olub. Bəlkə də elə Buş özü də zərbədən yayınmağı uzun müddət məşq eləyib. Bir sözlə, gül kimi iş görürdün, axırında zibillədin. Gələn dəfə səhv eləmə.
Biz də çalışaq belə şansları buraxmayaq. Sizə hədəfə vurmaqda uğurlar!
Комментариев нет:
Отправить комментарий