Tanınmış yazar, Avrasiya Hərəkatı - Azərbaycan təşkilatının rəhbəri İbrahim Sel ilə müsahibə
-Liberal camiədə sizi Rusiyanın adamı adlandırırlar...
-Amerika sakinlərinin 40 faizi, Azərbaycan sakinlərinin 50 faizi Putini öz prezidenti hesab edir. Onlardan biri də bəndənizdir. Mən Stalin yolunun davamçısı və Putinin əsgəriyəm. Bütün fəaliyyətim sionizm ilə amansız mübarizəyə həsr olunub. Mənim Putin məftunluğumun konkret vətənimlə bağlı səbəbləri var. Putin olmasaydı indi müharibə İran küçələrində gedirdi, İŞİD Bakıya da doluşmuşdu. Şərqdə şiə qətliamını Putin dayandırdı. Məsələlərə ənənəvi mətbuatın göstərdiyi prizmadan yox, ayıq baxmaq lazımdır. Mən həmişə deyirəm ki, Rusiyanın tərəfində olmaq xeyirin tərəfində olmaq, Amerikanın tərəfində olmaq isə şərin tərəfində olmaqdır. Orta tərəf olmur.
-Dünyada gedən qlobal dəyişikliklər fonunda antiqlobalist hərəkatda hansı müsbət irəliləyişlər olmuşdur?
-Bütün dünyada, eləcə də ölkəmizdə Antiqlobalist Hərəkat get-gedə genişlənməkdə, şaxələnməkdir. Bu hərəkat Beynəlxalq bankir hakimiyyətinin maraqları ilə daban-dabana zidd olduğundan ona tribuna verilmir, bizim yazılar populyar mətbu orqanlarında dərc olunmur. Kukla müxalifət isə meydan sulayır.
Qərbin özündə Antiqlobalist Hərəkata böyük maraq yaranıb, bütün etiraz aksiyaları həmin Hərəkatın lozunqları altında keçirilir. Fransada Mari Le Pen kimi tanınmış siyasətçi var. İtaliyanın məşhur Şimal Liqasını qeyd etmək yerinə düşər ki, ölkədə böyük iş aparırlar. Almaniyada əzmkar Sol Partiya var, düzdür bu təşkilata tam etibar etmək olmaz, çünki vaxtilə ABŞ kəşfiyyatı ora xol atıb. Ümumiyyətlə, Qərbdəki istər qlobalist, istər də aniqlobalist təşkilatlarının içinə ABŞ kəşfiyyatı sıza bilib, bu da təbiidir, çünki ABŞ kəşfiyyatı Avropada uzun illər meydan sulayıb. ABŞ-ın özündə Antiqlobalist Hərəkat get-gedə böyük vüsət alır. Əyalətlərdə mitinq olanda xalqın əlində Putinin şəkilləri olur. Orda Antiqlobalist Hərəkata qoşulan çoxlu imkanlı şəxslər də var. Bunlar heç bir təmənna güdməyən, ürəkdən bağlanan idealist insanlardır. Məsələn, ABŞ-ın keşmiş ədliyyə naziri Ramsey Klark təcrübəli və imkanlı vəkildir, amma o bütün imtiyazlarından imtina edərək haqqın yanında dayanıb. Amerikada sistemin necə qurulduğunu və hansı ədalətsizliklərin baş verdiyini belə adamlar yaxşı bilir və daha əzmlə mübarizə aparırlar. Sevindirici haldır ki, Antiqlobalist Hərəkatda avtoritet mövqeyə malik müsəlmanlar da vardır. İraqın Rusiyadakı keçmiş səfiri Əl Kasi belələrindəndir. O həm də uzun illər İraqın BMT-dəki nümayəndəsi işləmişdir, təcrübəli diplomatdır. Bu cür insanların apardığı işlərin misli yoxdur. Əslən rus olan amerikalı jurnalist Valeri Gerasimov da bir neçə xəbər agentliyinin müxbiri kimi ingilisdilli kontingentin düzgün maarifləndirilməsi üçün böyük işlər görmüşdür.
Qərbin özündə Antiqlobalist Hərəkata böyük maraq yaranıb, bütün etiraz aksiyaları həmin Hərəkatın lozunqları altında keçirilir. Fransada Mari Le Pen kimi tanınmış siyasətçi var. İtaliyanın məşhur Şimal Liqasını qeyd etmək yerinə düşər ki, ölkədə böyük iş aparırlar. Almaniyada əzmkar Sol Partiya var, düzdür bu təşkilata tam etibar etmək olmaz, çünki vaxtilə ABŞ kəşfiyyatı ora xol atıb. Ümumiyyətlə, Qərbdəki istər qlobalist, istər də aniqlobalist təşkilatlarının içinə ABŞ kəşfiyyatı sıza bilib, bu da təbiidir, çünki ABŞ kəşfiyyatı Avropada uzun illər meydan sulayıb. ABŞ-ın özündə Antiqlobalist Hərəkat get-gedə böyük vüsət alır. Əyalətlərdə mitinq olanda xalqın əlində Putinin şəkilləri olur. Orda Antiqlobalist Hərəkata qoşulan çoxlu imkanlı şəxslər də var. Bunlar heç bir təmənna güdməyən, ürəkdən bağlanan idealist insanlardır. Məsələn, ABŞ-ın keşmiş ədliyyə naziri Ramsey Klark təcrübəli və imkanlı vəkildir, amma o bütün imtiyazlarından imtina edərək haqqın yanında dayanıb. Amerikada sistemin necə qurulduğunu və hansı ədalətsizliklərin baş verdiyini belə adamlar yaxşı bilir və daha əzmlə mübarizə aparırlar. Sevindirici haldır ki, Antiqlobalist Hərəkatda avtoritet mövqeyə malik müsəlmanlar da vardır. İraqın Rusiyadakı keçmiş səfiri Əl Kasi belələrindəndir. O həm də uzun illər İraqın BMT-dəki nümayəndəsi işləmişdir, təcrübəli diplomatdır. Bu cür insanların apardığı işlərin misli yoxdur. Əslən rus olan amerikalı jurnalist Valeri Gerasimov da bir neçə xəbər agentliyinin müxbiri kimi ingilisdilli kontingentin düzgün maarifləndirilməsi üçün böyük işlər görmüşdür.
-Son zamanlar facebook sosial şəbəkəsindəki fəaliyyətinizdə mülayimlik hiss olunur, əvvəlki radikallıqdan əsər-əlamət qalmayıb...
-Çalışırıq ki, statuslarımız, paylaşımlarımız daha neytral olsun. 2012-ci idən üzü bəri 17 profilimiz bağlanıb, qrup və səhifələrimiz silinib, eləcə də bir saytımız dağıdılıb və geniş dərc olunduğumuz 1 qəzet qapadılıb. Bunlar hamısı əsəb gərginliyi gətirən məsələlərdir. Momenti düşəndə radikallıq da olur, amma biz ümumən sivil metodika tərəfdarıyıq. Düşünürük ki, konstruktiv, məzmunlu və substantiv yazılarla xalqa daha çox xeyir vermək olar, nəinki radikal statuslarla.
-Sizə hansı sualı verməyimi istərdiniz?
-Yorulmusuz? Yox. Bəs kim yorulub? İzrail! Bu ölkənin adı İzraildir, ancaq krtiptlər bizi məcbur edir ki İsrail yazaq. Çünki İzrail - Əzrail ilə assosiasiya olunur, mənfi emosiyalar yaradar. Çalışırlar ki, Əzraili yada düşməsin, İsrailin daha müsbət imici görünsün. Axı belə olan halda onun adı daha nəvazişli səslənir və doğma hislər yaradır! Amma yaxşısı budu, gəlin hər şeyi öz adı ilə çağıraq. Belə uyğunsuzluqlar çoxdur. Bu gün kriptlərin əlində olan mətbuat yeni yaranan birliyin adını bizə Avrasiya İttifaqı kimi sırıyır. Amma Evraziyskiy Soyuz - bizim dilimizə məhz Avrasiya Birliyi kimi tərcümə olunmalıdır. Biz çalışacağıq bəzi korrektələr aparaq.
-Nəyə görə mətbuatı xalqın düşməni adlandırırsınız?
-Rusların Azərbaycana qayıtmasını xalq istəyir, mətbuatsa yox! Dini dəyərlərin möhkəmləndirilməsini xalq istəyir, mətbuatsa yox! Bizim xalqın yarısı sovetçi, yarısı da şiəçidir, amma mətbuatda bu barədə bir kəlmə də tapmazsan. Amma əvəzində türkiyəçi, nurçu, avropaçı fikirlər n qədərdir. Bu xalqın əsas düşməni elə mətbuatdır. Mətbuat iudeylərin əlindədir, uzun illərdir ki, onlar tərəfindən idarə olunur. Rusdan və farsdan düşmən obrazı yaradırlar. Bilirsiniz, təbliğat hər şeyi həll edir. Yəhudi Berezovski deyirdi ki, mənə bir at və bir telekanal verin, atı Rusiya prezidenti edim. Leninin bir məşhur cümləsi vardı, intelligensiya- nəcis yığınıdır. Bu gün cəmiyyətə virusu elə həmin ziyalılar yayır. Jurnalist xalqın səsini dərc etmir, okeanın o tayından gələn exonu qəbul edib yayır. Ölkəyə yad ideologiyaları onlar dürtüşdürürlər- jurnalistlər. Sən hələ əvvəl öz xalqına bax, kütlənin içinə get, gör camaat nə deyir. Bizim jurnalistləri əbəs yerə satırıklər zurnalist adlandırmırlar. İudey nə pilədi, onun da havasına oynayırlar. Öz fikirləri yoxdur. Öz fikrin olmaq üçün savad lazımdı. Savad da bunlarda cırıb dağıdır maşallah! Savad olmadıqda okeanın o üzündən nə pilədilər, onu da savad kimi qəbul edəcəksən. Ərbakan Əbülfəzə dedi nefti ingilislərə vermə, Əbülfəz dedi ki, yoo, savad ingilisdədi, nefti ingilislərə verəcəm. Bax belə bir logika ilə bunlar nefti ingilisə peşkəş etdilər. İndi həmin logika ilə okeanın o tayından nə tulladılar, onu da qəbul edirlər. Nə fikirləşirlər, bir Allah bilir.
-Populyar KİV-lərin liberal məcrada köklənməsinin əsas səbəbini nədə görürsünüz?
-İqtidar saytlarından tutmuş müxalifət saytlarına kimi hamısı qərb bölgəsindən olan kriptokürdlərin əlindədir. Bu saytlar hamısı Türkiyənin dəst-xəttini həyata keçirirlər. Məsələn, Ukrayna xuntasının ölkənin şərqində apardığı əməliyyatları antiterror əməlliyyatları adlandırırlar. Elə təkcə bu cəhət onların bir mərkəzdən idarə olunduğuna dəlalət edir. Əl-ələ verib antirus təbliğatı aparırlar, fürsətdir. Torpaq torpağı çəkir. Ukraynada ölkənin qərbi Polşapərəst-Avropapərəst, şərqi isə Rusiyapərəst olduğu kimi, bizdə də ölkənin qərbi Türkiyə-Avropapərəst, şərqi isə Rusiya-İranpərəstdir. Satanaya xidmət edən adamlar adətən ölkənin qərbindən çıxır. Bu bəla hər yerdə var. Xalqı uçuruma məhz onlar sürükləyirlər. Mən həmin sayt rəhbərlərinə məsləhət görərdim ki, bu xəbərləri sayta qoyanda antiterror kölməsindən anti hissəsini silsinlər, yəni terror əməliyyatları yazsınlar, belə daha düzgün olar. Xunta ölkənin şərqində Rusiyayönümlü əhaliyə qarşı məhz terror əməliyyətları aparır- bu cür yazmaq lazımdı. Hər yerdə belədir. Qərbin təsir agentlərinə qarşı diqqətli olmaq, ağı qaradan seçmək lazımdır. Şərə qarşı bir olmalıyıq. Bizdə belə bir atmosfer yaradıblar ki, guya şərq şərdi, qərbsə mələk. Amma bizə bəla həmişə qərbdən gəlib və gələcək! Günəş şimaldan doğacaq. Vəbanı isə qərbdən gözləyin!
-Mətbuatda Rusiya ilə yanaşı İranın da mənfi obrazını yaratmağa çalışırlar...
-Bir dostumuz demişkən, bunlar hava buludlu olanda da İranı günahkar bilirlər. Çox komik vəziyyət yaranıb. O vaxt Urmiya gölü quruyanda da özlərini yırtırdılar ki, ay aman, qoymayın, farslar gölü qurutdu! İzrailin yaratdığı süni Urmiya ajiotajı çağlarında dayaq saytında işləyirdim, ölkəmizin tanınmış türkçülərdən biri mənə yazdı ki, bəy, bəs farslar gölü qurutdu, niyə reaksiya vermirsən, bu məsələdə niyə bizə kömək etmirsən? Yazdım ki, 2 icban su göndərə bilərəm. Məni blok etdi. Liberastların ağzından fars kəlməsi düşmür, bilinmir farslar bunlara nə yara vurub. Neft, ikra, qızıl İsrailə daşınıb aparılır, İrana yox! Samir Əsədli, bəlkə bir dəfə çıxıb İzrail səfirliyinin qabağında mitinq keçirmisiz? Vikileks bar-bar bağırır ki, İzrail Azərbaycan neftini oğurlayır, pulunu da vermir, ona görə Azərbaycan xalqı acdır. Bəlkə bir dəfə reaksiya vermisiniz? İran səfirliyinin qabağında isə dəfələrlə özünüzü şırğalamısınız, bilinmir də nəyə görə, mistik, mifik şeylərə görə. Ay ana müxalifət deyilən zümrə, bəlkə bir dəfə bank sələminə son qoyulsun, bp rədd ol ölkədən, ya maaşlar 2 min dollara qaldırılsın şüarı ilə mitinq keçirmisiniz? Heç ona cəsarətiniz də çatmaz! Elə səhərisi gün kislorodunuzu kəsərlər. O şüarlar ki siz qaldırırsınız, xalqa 100 il də qalsa lazım deyil. Xalq azadlığa da, demokratiyaya da çoxdan tüpürüb. Xalqa ruzi lazımdır. Xalq acından qırılır. Camaat yeməyə çörək tapmır, bunlarsa demokratiyadan danışırlar. Müxalifət başkanlarından soruşun ingilislər Bakıda bakirə qıza nə qədər verirlər? Tas tez-tez dəyişir. Yoxsa onları belə şeylər maraqlandırmır? Bu cəfəngiyyatlara son vermək lazımdır. Əbləhlərə öz yerini göstərmək lazımdır. Xalq İranı da görür, Turanı da! Sizin də hansı məzhəbə qulluq etdiyinizi yaxşı bilir!
-Yaşadığınız bölgənin üstünlüyünü önə çəkməyinizin səbəbi nədir ki?
-Cənubda doğulmağımla niyə fəxr etməyim ki? Bura talış torpağıdır, amma rəsmi sənədlərdə adı cənub kimi gedir. Nəinki Azərbaycanın, dünyanın ən böyük intellektualları burda doğulub ərsəyə gəlib. Şeyx Məhəmməd Fazil Lənkərani böyük bir Antiqlobalist məktəbin başlanğıcını qoyub, İran İslam inqilabının baş verməsində onun böyük rolu olmuşdur. Nizami Gəncəvinin də əsli cənubludur, mənbələrdə onun doğum yeri kimi göstərilən Qum elə Lənkəran yaxınlığındakı Qumbaşı ərazisidir. Dahi islam filosofu, universal ezoterizmin və inisiativ doktrinanın nümayəndəsi şeyx Şihabəddin Yəhya Sührəverdi də bizim ərazilərdə doğulmuşdur. Onu haqqın və dinin axan ulduzu adlandırırlar. Bizim torpaq şeyxlər yurdudur. Mən dünyaya ton verən, sivilizasiyaya naxış vuran çox cənublu sadalayaram, amma təəssüf ki yaddaşım zəifdir. Bahar fəsli gələndə balalarımı da götürüb ərazimizdəki çöllüklərə gedirəm. Muğan çölləri bahar fəslində gözəl olur. Məndən 6 metr aşağıda qədim Muğan, 30 metr aşağıda isə qədim Atlantidanın şəhər-sivilizasiyaları gömülüb. Torpağımızın altı arxeoloji nailiyyətlərlə doludur. Mənə güc verən də elə Maq kahinlərinin ruhudur. Bizdə belə şeyləri başa düşməzlər, amma dünya intellektualları cənub bölgəsinə yüksək qiymət verirlər. Aleksandr Duqin öz tədqiqatlarında göstərir ki, Azərbaycanın cənubu Zərdüşt ənənəsinin və Avestanın meydana gəldiyi dünyanın müqəddəs yeridir. Mən talış bölgəsində yaşadığıma görə fəxr edirəm. Yer üzünün qaymağı olan talış milləti ilə eyni bölgədə yaşamaq böyük xoşbəxtlikdir. Talış milləti dostoynı, ponyatkalı, yedinka millətdir. Mən başqa epitetlər tapmıram. Talışı bəyənməyənlər getsinlər eşşəklərini otarsınlar. Bu gün Azərbaycanın bədbəxtliyi ondadır ki, hakimiyyətə yad qövmlər gəlmişlər. Azərbaycanın xoşbəxtliyi talışlarla bağlıdır. Azərbaycanda nizam-intizam yalnız talışlar hakimiyyətə gələndən sonra yaranacaq.
Hazırladı: İ.Fərhadoğlu
Комментариев нет:
Отправить комментарий