Eləyəydin
İlahi, sən məni şair edincə,
Düşmənə atılan daş eləyəydin.
Sərhədlər üstündən asanca uçan
Bir azad, nəğməkar quş eləyəydin.
Ötür dörd yanımdan gözəllər mənim,
Kövrəldir qəlbimi xəzəllər mənim.
Dünyada nə varsa, qoy olsun sənin,
Məni Qarabağa tuş eləyəydin.
Gəzər bu dünyanı didərgin insan,
Ona məhəl qoymaz bu dünya, cahan.
Bir gün qəriblikdə o verəndə can
Sözümü gözündə yaş eləyəydin.
Vay halına
Şəhərlər böyük-böyük,
Adamlar iynədir içində.
İtirdin, vay halına!
Dənizlər dərin-dərin,
Balıqlar gəzir içində.
Yıxıldın, vay halına!
Küləklər güclü-güclü,
Dünya çırpınır içində.
Azdın, vay halına!
Qadınlar gözəl-gözəl,
Şeytanlar gülür içində.
Aldandın, vay halına.
Bu torpaq
Xalq artisti Teymur Mustafayevə ithaf
Bu kəndin torpağı əl içi boyda,
Bu kəndin bəzəyi nəğməli dillər.
İgid oğulları şadlıqda, toyda
Bu torpaq üstündə “Yallı” gedirlər.
Baş qoyub əl içi boyda torpağa,
Ay da, ulduzlar da yatıb dincələr.
Günəşdən nur əmən yaşıl yarpağa
Quşlar da hər səhər salama gələr.
Qəlbim “Ey Sarivan” naləsi üstə,
Kövrəlib dünyayla dərdləşir bu gün
İllərdir bir hikmət yaşar bu səsdə,
Arzular, ümidlər birləşər bu gün.
O taylı, bu taylı qardaş mənimdir,
Bu arzu üstündə köklənib ürək.
Bu torpaq, o torpaq öz Vətənimdir,
Birliyə çağıran bir səda gərək.
İlahi, sən məni şair edincə,
Düşmənə atılan daş eləyəydin.
Sərhədlər üstündən asanca uçan
Bir azad, nəğməkar quş eləyəydin.
Ötür dörd yanımdan gözəllər mənim,
Kövrəldir qəlbimi xəzəllər mənim.
Dünyada nə varsa, qoy olsun sənin,
Məni Qarabağa tuş eləyəydin.
Gəzər bu dünyanı didərgin insan,
Ona məhəl qoymaz bu dünya, cahan.
Bir gün qəriblikdə o verəndə can
Sözümü gözündə yaş eləyəydin.
Vay halına
Şəhərlər böyük-böyük,
Adamlar iynədir içində.
İtirdin, vay halına!
Dənizlər dərin-dərin,
Balıqlar gəzir içində.
Yıxıldın, vay halına!
Küləklər güclü-güclü,
Dünya çırpınır içində.
Azdın, vay halına!
Qadınlar gözəl-gözəl,
Şeytanlar gülür içində.
Aldandın, vay halına.
Bu torpaq
Xalq artisti Teymur Mustafayevə ithaf
Bu kəndin torpağı əl içi boyda,
Bu kəndin bəzəyi nəğməli dillər.
İgid oğulları şadlıqda, toyda
Bu torpaq üstündə “Yallı” gedirlər.
Baş qoyub əl içi boyda torpağa,
Ay da, ulduzlar da yatıb dincələr.
Günəşdən nur əmən yaşıl yarpağa
Quşlar da hər səhər salama gələr.
Qəlbim “Ey Sarivan” naləsi üstə,
Kövrəlib dünyayla dərdləşir bu gün
İllərdir bir hikmət yaşar bu səsdə,
Arzular, ümidlər birləşər bu gün.
O taylı, bu taylı qardaş mənimdir,
Bu arzu üstündə köklənib ürək.
Bu torpaq, o torpaq öz Vətənimdir,
Birliyə çağıran bir səda gərək.
Комментариев нет:
Отправить комментарий