12.05.2015

BMT “yeni SSRİ”-yə status verir

Birləşmiş Millətlər Təşkilatında keçmiş SSRİ respublikasının birləşdiyi Avrasiya İqtisadi Birliyinə müşahidəçi statusu veriləcək. Strateq.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladmir Putin Avrasiya Birliyinin Ali Şurasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, artıq xarici tərəfdaşlar Avrasiya Birliyi ilə əlaqələrin dərinləşdirilməsinin marağındadır.
“Bildirirəm ki, BMT-nin strukturları ilə əlaqələrin əsası qoyulub. Avrasiya Birliyi BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək 70-ci sessiyasında müşahidəçi statusu almalıdır. Bizim üzv ölkələrin xarici işlər üzrə idarələri BMT-də bu məsələnin baxılması üçün səylərini koordinasiya etməsi vacib məsələdir”.
“Dünya arenasında vahid qaydaları, xidmətləri,  kapitalı və əmək resurslarına malik yeni iqtisadi birlik meydana gəlib”-deyə Rusiya prezidenti vurğulayıb.
Putinin sözlərinə görə, Avrasiya Birliyinin bütün üzvləri arasında inteqrasiyanın dərinləşdirilməsi  istəyi böyükdür. O qeyd edib ki, quruma üzv ölkələr arasında mal mübadiləsi artaraq 20 miyard dollara çatıb.
V. Putin Avrasiya Birliyinin vahid monetar siyasət sahəsində daha sıx əməkdaşlıq imkanları haqqında düşünməyə çağırıb. “Əminəm ki, mərkəzi banklarımız valyuta kurslarının kəskin dəyişməsi zamanı yaranan mənfi təsirlərinə effektiv müqavmət göstərə bilər” -deyə Kremlin sahibi vurğulayıb.
“Biz başa düşürük ki, bu gələcəyin işidir. Burada heç kim qabağa qaçmaq istəmir. Monetar siyasət sahəsində razılaşdırılmış fəaliyyət iqtisadi sahədə interqrasiya proseslərinə əsaslanmalıdır.  Amma bu məsələləri müzakirə etmək, bu barədə indi danışmaq olar” -deyə o, bildirib.
Rusiya prezidenti qeyd edib ki, hazırda Birlik çərçivəsində enerji resurslarının ümumi bazarının yaradılması özünün yekun mərhələsindədir. Bu barədə konsepsiya təsdiq olunmaq üçün üzv ölkələrə təqdim olunub. Vahid enerji bazarının 2019-cu ildən işləməsi nəzərdə tutulub.
Putinin sözlərinə görə, eyni zamanda Avrasiya Birliyinin vahid nəqliyyat məkanın formalaşdırılması davam edir.
“İlin sonuna qədər sazişlərin hüquqi bazasının yeniləməliyik. Hazırda 50 sənəd hazırlanıb. Yeni Gömrük Məcəlləsi qəbul edilməli, sosial-iqtisadi və valyuta-maliyyə sahəsində birgə sazişlər imzalanmalıdır. Avrasiya Birliyinin oktyabr ayında Astanada keçirləcək iclasına qədər bu sənədlər üzərində iş başa çatmalıdır”.
Putin həmçinin bildirib ki, Avrasiya Birliyi Vyetnamla azad ticarət haqqında saziş imzalayacaq. Analoji saziş ekspert səviyyəsində İsrail, Hindistan və Misirlə müzakirə edilir. Çin də bu Birliyə marağı artıb. Perspektvdə Pekinlə AB-nin iqtisadi əməkdaşlığı nəzərdə tutulur. Qələbənin 70 illiyi ilə bağlı Moskvaya gələn Çin Xalq Respublikasının sədri Si Sizinpin Putinlə görüşü zamanı Avrasiya Birliyinin “ipək yolu qurşağına” müncər edilməsinin tərəfdarı olduğunu bəyan edib.

Комментариев нет:

Отправить комментарий