HƏLƏ YADDAŞIMDA GƏLİN KÖÇÜRSƏN
Hələ yaddaşımda gəlin köçürsən,
O ağ günlərimiz tacdı başında.
Ağlama sən Allah, gözünü sıxsan,
İndicə boğullam göz yaşlarında.
Səni məndən alır külək vağzalı,
Özün də bilmirsən hara uçursan.
De, qəlbimdə sənə soyuqmu idi?
Yoxsa sən özündən küsüb qaçırsan?
Cızıb talayacam bu qan yaddaşı,
Bir gözəl öləcək orda sən adda.
Bu gecə bur dolu leysan yağacaq,
Mən də qalacağam Allahın altda.
SEVMƏDİYİM QIZ KİMİSƏN
Vaxtında gəlməyən şeir,
Yazmaya bilmirəm səni.
Vaxtında gəlməyən şeir,
Nazlaya bilmirəm səni.
Soyuqsan, bumbuz kimisən,
Lap uzaq.., ulduz kimisən.
Sevmədiyim qız kimisən,
Saxlaya bilmirəm səni.
Sən də boynu bükük gəldin,
Sən də mənə bir yük gəldin.
Qəbrimdən də böyük gəldin,
Ağlaya bilmirəm səni.
***
Son nəğmənin sədasıyıq biz indi,
Bir həyəcan nidasıyıq biz indi,
Bir sevginin vidasıyıq biz indi.
Oğrun-oğrun baxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
Günlər olub söz demişik bal dadıb,
Nədən gözün yanağını isladıb?
Dünya bizi üç almaynan aldadıb,
İçimizi yaxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
Əllər düşüb meldən ayrı, bax indi,
Ha könlünü oda qala, yax indi.
Bu sevdanın sonu yoxmuş, yox indi,
Şimşək olub çaxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
Hələ yaddaşımda gəlin köçürsən,
O ağ günlərimiz tacdı başında.
Ağlama sən Allah, gözünü sıxsan,
İndicə boğullam göz yaşlarında.
Səni məndən alır külək vağzalı,
Özün də bilmirsən hara uçursan.
De, qəlbimdə sənə soyuqmu idi?
Yoxsa sən özündən küsüb qaçırsan?
Cızıb talayacam bu qan yaddaşı,
Bir gözəl öləcək orda sən adda.
Bu gecə bur dolu leysan yağacaq,
Mən də qalacağam Allahın altda.
SEVMƏDİYİM QIZ KİMİSƏN
Vaxtında gəlməyən şeir,
Yazmaya bilmirəm səni.
Vaxtında gəlməyən şeir,
Nazlaya bilmirəm səni.
Soyuqsan, bumbuz kimisən,
Lap uzaq.., ulduz kimisən.
Sevmədiyim qız kimisən,
Saxlaya bilmirəm səni.
Sən də boynu bükük gəldin,
Sən də mənə bir yük gəldin.
Qəbrimdən də böyük gəldin,
Ağlaya bilmirəm səni.
***
Son nəğmənin sədasıyıq biz indi,
Bir həyəcan nidasıyıq biz indi,
Bir sevginin vidasıyıq biz indi.
Oğrun-oğrun baxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
Günlər olub söz demişik bal dadıb,
Nədən gözün yanağını isladıb?
Dünya bizi üç almaynan aldadıb,
İçimizi yaxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
Əllər düşüb meldən ayrı, bax indi,
Ha könlünü oda qala, yax indi.
Bu sevdanın sonu yoxmuş, yox indi,
Şimşək olub çaxmağımız hədərmiş,
Dönüb-dönüb baxmağımız hədərmiş.
Комментариев нет:
Отправить комментарий