27.05.2015

Dövlət pulu sələmə verilib. Oliqarxların işi ilə bağlı dəhşətli faktlar!

Hacı İbrahim Nehrəmli 3 gün bandotdeli süpürüb-yuyub

İlk olaraq Nizami Piriyev danışmağa cəsarət etdi. Oliqarxların kütləvi şəkildə həbs edildiyi bütün bu müddət ərzində həbs edilənlərin heç biri qeyri-insani davranış və işgəncə faktları baədə danışmağa cəsarət etmirdi. Nəhayət, Nizami Piriyev danışdı və baş prokurora müraciət ünvanladı. Amma işgəncə ilə üzləşən yalnız Nizami Piriyev deyil. Hələ bir həftə əvvəl azerbaycansaati.tv- yə sızdırılan xəbərdə israrla bildirilirdi ki, oliqarxlara dəhşətli işgəncələr verilir. Amma biz bu faktı birtərəfli olduğuna görə işıqlandırmaqdan çəkinirdik. İndi isə işgəncə və başqa təfərrüatlar barədə bəzi məsələləri yazmağa məcburuq.
Kredit məsələsi. Əslində, oliqarxlara verilən kredirlərin heç də hamısı klassik qaydada verilən kredit deyil. Bu kreditləri Beynəlxalq Bank qeyri-adi qaydada verib. Görünür, işgəncələr də məhz buna görə verilir ki, onlar hansı yolla və necə kredit aldıqları barədə danışmasınlar və iş məhkəməyə çıxarılacağı halda onlara diqtə edilən ssenarini təsdiqləsinlər.
Kreditlər isə nəqd şəkildə verilib. Beynəlxalq Bankdan bizə verilən bilgidə iddia edilir ki, həbs edilən oliqarxlara verilən kredit nəqd şəkildə, sələm qaydasında verilib. Bu prosesdən bankın Müşahidə Şurasının da, İdarə Heyətinin də, hətta ölkə prezidentinin də məlumatı olub. İndi sizə aydın olurmu ki, nəyə görə, uzun illərdir ki, Beynəlxalq Bank dövlət büdcəsinə və səhmdarlara dividend ödəyə bilmir və heç kim, o cümlədən də, ölkə prezidenti bu barədə susur?
Miyonlarla pul bankın kassasından çıxarılıb, çemodanlara doldurulub və ayrı-ayrı oliqarxlara verilib. Kredit adı ilə göstərilən vəsaitlər əslində sələm şəklində verilib və onların faizləri də nəqd olaraq alınıb.
Məsələnin tərkibində ilk kriminal element də bundan ibarətdir. Oliqarxlardan birinin yaxın adamlarından biri azerbaycansaati.tv-yə bildirib: “Onlar kreditləri bu qaydada təklif edirdilər və bizim onları qəbul etməmək haqqımız yox idi”.
İşgəncə məsələsi. Nizami Piriyev dilə gəldi və bildirdi ki, ona 3 gün dalbadal işgəncə verilib. Amma yalnız Nizami Piriyevə işgəncə verilməyib ki?
Məsələn, ikinci dəfə həbs edildikdən və “bandotdel”də saxlanıldıqdan sonra Hacı İbrahim Nehrəmli də dhşətli işgəncələrə məruz qalıb. Eyni zamanda, Hacı İbrahimə fərqli münasibət də göstərilib. O, 3-4 gün ərzində Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin dəhlizlərini süpürüb-yumağa məcbur edilib. Bu xəbəri isə elə həmin İdarədə işləyən bir nəfər ağzından qaçırıb. Həbs ehtimalı olan başqa bir oliqarxa hədə-qorxu gələrkən ona bu perspektivi xatırladıblar.
Həbs edilənlər arasında sürpriz adlar. İlk günlər 70 nəfər oliqarxın həbsi barədə xəbər yayıldı. Amma həbs edilənlərin sayı hətta 170 nəfəri də keçib. Adamları dəstə-dəstə gətirib buraya doldurublar. Təkcə Gəncə şəhərindən bir gecədə gətirilənlərin sayı 11 nəfər olub. Onların hamısına qarşı işgəncələr tətbiq edilib.
Başqa bir sürpriz ad isə Elnur Aslanovdur. Bəli, parlamentin İnsan Haqları daimi komissiyasının rəhbəri Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov həbs edilərək bandotdelə gətirilib və orada qeyri-insani rəftara məruz qalıb. Rəbiyyət xanımdan bu barədə bir kəlmə eşitdinizmi? Demək, bundan sonra insan haqları ilə bağlı məsələ haqqında ona kimsə müraciət etməməlidir. Doğma oğlunun haqlarını müdafiə etmək imkanı olmayan birisi başqalarının taleyi ilə maraqlana bilərmi? /azerbaycansaati.tv/

Комментариев нет:

Отправить комментарий