12.05.2015

Elxan Zaman - Əsas inamdır

Hanı o iqtisadçılar ki, burda mənimlə mübahisə edirdilər ki, Rusiya iqtisadiyyatı çökəcək, defolt olacaq, nə bilim, Rusiya batır və s. və i... Bəs nooldu? Dollar artıq 49 rubl oldu!
Hanı o Obama ki, rus iqtisadiyyatı param-parçadır -deyirdi?)
Məncə, 9 may paradını boykot etmələri elə bu səbəbdəndir. Rusiya artıq neçənci dəfədir ki, sözlərinin yel olduğunu bunlara göstərir. Acıqlanmasınlar, hirslənməsinlər neynəsinlər?!
Əslində bu axmaqlar 9 mayı boykot etməklə rus vətəndaşlarının Putinin ətrafında daha da sıx birləşmələrinə xidmət edirlər. Rus xalqı görür ki, onun bu möhtəşəm qələbəsini heçə saymaq istəyirlər və bəhanələri də guya ki, Ukraynadır. Halbuki Ukraynanı öz çirkin siyasətlərinin də qurbanına məhz həmin faşist təfəkkürlülər etdilər.
***
Dövrümüzün məşhur iqtisadçı-expertlərindən biri "hesablamalar" aparmışdı ki, Krım Rusiyaya hər il üçün 25 milyard dollara başa gələcək və Rusiya bu yükü çəkə bilməyəcək...)
Adam elementar bir şeyi anlaya bilmirdi ki, Ukrayna iqtisadiyyatı üçün Krıma həmin 25 milyard xərcləmək mümkündürsə, iqtisadiyyat və gücü Ukraynadan on dəfələrlə çox olan Rusiya üçün bu, su içmək kimi bir şeydir...
***
Neçə vaxtdır fb-də müşahidə edirəm ki, kimlərsə Bakının qəhraman şəhər olmamasına görə Sovet hökumətini qınayır, guya ki Bakıya qarşı qərəzli və ədalətsiz davranıblar.
Əzizlərim, bir şeyi bilin ki, "qəhraman şəhər" statusu almağın başlıca şərti odur ki, düşmən qüvvələri həmin şəhərdə, yaxud onun ətrafında ağır və ciddi itkilərə məruz qalaraq geri çəkilsinlər, yaxud həmin şəhərin müqavimətini qıra bilməsin, yaxud həmin şəhəri ala bilsə de, çox ağır itkilər və qurbanlar bahasına alsın, bu şəhəri almaqlarının üzü onlara astarından baha düşsün...
Şükür Allaha ki, 41-45-ci illərdə almanlar nəinki Bakıya, ümumiyyətlə Azərbaycana ayaq basa bilmədiler. O halda Bakıya hansı məntiqlə qəhraman şəhər statusu verilməli idi ki?
Məncə bu anti-rusların ucuz təbliğatlarından bir seriyadır ki, dostlarımız da vəziyyəti bilmədən bu təbliğatın təsirine düşürlər...
***
Təqsir bizə yumşaq yerini göstərən əcnəbidə deyil, təqsir həmin yeri görüb sakit, kənardan durub baxan azərbaycanlılardadır ki, "neyimə lazım, gedib hansısa üzdənirağa görə türmədə yatım" düşüncəsi ilə fürsətdən istifadə etməyib və həmin yumşaq yerə paz vurmayıb... Vallahi, bir 20-30 il qabaq olsa idi, Bakının qaqaşları onu oradaca pazlayıb, elə oradan da aşağı atardılar... Heyif bu millətdən, görün necə laqeyd nəsil yetişdirdilər.
***
Nə qədər alçaq olmaq lazımdır ki, 9 may faşizm üzərində qələbəni boykot edəsən... Ay alçaq Avropa, Sovet əsgəri öz canı və qanı bahasına sizin torpaqları faşistlərdən, özünüzü isə konslagerlərdən azad etməsə idi, hələ də it kimi alman sapoqlarını yalayırdınız... Bu sözüm əsasən Polşa, Rumıniya, Macarstan kimi ölkələrə aiddir... Rusiyadan, onun prezidenti Putindən xoşunuz gəlməyə bilər, ancaq vəhşi və qəddar faşizmə qalib gəlmiş bir xalqa isə hamı hörmət etməlidir... 9 mayı saymamaq, bu müharibədə iştirak etmiş 600 mindən çox azərbaycanlının zəhmətinə, həlak olmuş 300 mindən çoxunun ruhuna sayqısızlıqdır.
***
Ancaq Moskva paradı möhtəşəm keçdiyaaa...))
Putin digər postsovet ölkələrinin rəhbərlərindən fərqli olaraq rus xalqının sevgisini, rəğbətini, hörmətini qazana bilib. Öz hərəkətləri, danışığı, yürütdüyü siyasətilə onlarda özünəinam və qüdrətli olmaları hissi yaradıb. "Ölməz alay"ın milyonlarla iştirakçılarının arasında hamı kimi yürüşə sadə bir vətəndaş kimi qatılması, sadə danışığı, nitqi və xalqı ruhlandırma metodları onu Rusiyanın ən güclü şəxsiyyətlərindən biri edir.
Ruslar tarix boyu axmaq və satqın başçıların xəyanətləri nəticəsində məğlub olublar. O vaxt ki, ağlı başında, ürəkli, cəsur, xalqının nəbzini tutmağı bacaran başçıları olub, qarşılarını heç bir çətinlik ala bilməyib.
Əsas inamdır. Ümumiyyətlə, istənilən bir xalqın öz rəhbərinə inamı qədər onun üçün ikinci qiymətli bir şey yoxdur. Xalqları qalib edən, onlara xarüqələr yaradan da məhz həmin hisdir.
Ruslardan fərqli olaraq, bizdə inandığımız və inanacağımız birisi yoxdur hələ ki... Xalq heç kəsə inanmır. İnamsızlıq ruh düşkünlüyünə, o isə istənilən sahədə məğlubiyyətə, ən yaxşı halda isə durğunluğa səbəb olur. Millət lillənir və çürüyür...

Комментариев нет:

Отправить комментарий