09.05.2015

Əlixan Qaya - Sənə ənam verməyə

HÜSEYN BƏHMƏNNİYANIN DƏFNİ GÜNÜ

Gözlərindən bəlli idi
O müəllim idi
İşıq kimi idi gözləri
Yaşıl bahar idi sözləri
Dünyanın ən yaxşı müəllimi idi
Külək söndürəmməzdi
Su söndürəmməzdi
Gözlərinin işığını
Sən getdin-
Məktəbin dadı qaçdı
Qəbrinin qapısını üzünə kim açdı?
Deyirlər mələklərin yerinə
Səməd qapını açdı
Sənlə öpüşdü
Qəbrin səni qucaqlayıb
Əllərini öpürdü
Mələklər səf çəkmişdilər
Gözlərindən işıq dərməyə
Sənə ənam verməyə

YAZMIŞAM

Sözün kəfəninə büksələr məni
Cəhənnəmin uzaq qərib yerinə
Atsalar məni
Kəfənim cəhənnəmdə od tutub yanmayacaq
Heç rəngi də solmayacaq
Gecənin yarısı dərin sükutda
Mən Tanrının pıçıltısını
Ana dilimdə eşidib
Ana dilimdə yazmışam

Комментариев нет:

Отправить комментарий