27.05.2015

Nurəddin Rəhimov - Fərqə and olsun

Gözlərindən yol tökülür...
Ayağının pəncəsiylə
taleyinin qapısını açmaq,
çiyniylə örtmək budur.
Qapısı-pəncərəsi olmayan evlər
dəniz tanımaz,
səhra tanımaz,
dağ tanımaz!
Bu dünyanın şərqiylə qərbini bərabər tutar,
tanımaz Tanrını da.
Fərqə and olsun ,bizimlə Tanrı arasındakı fərqə;
bir zaman gözündən düşdüyü yolu tanıyar,
tozunu çırpar kiprikləriylə,
məni sevənlər kormuş deyə-
barmaqlarını bir-bir qatlar

və o zaman anlar-
özüylə bərabər bir zaman daşıyır.
O zaman anlar, bu yağış
dənizləri,
səhraları,
dağları daşıyır kipriklərinə.
O gündən kiprikləriylə od götürür, kül yox!
O gündən zamanın üzünə tüpürür hər gün,
ölüm də bir zamandır deyə!

Комментариев нет:

Отправить комментарий