02.05.2015

Əlixan Qaya - DƏLİ DALĞALAR

Dənizə bax!
Sahilə bax!
Dəniz Tanrının göz yaşı
Sahili dalğaların məzarı
Bu gecə dəli dalğaların tutrəyir səsi
Sahilin yoxdur həvəsi
Bax!
Dəniz bir-bir, yavaş-yavaş
Bəzən də hirsli-hirsli
Dalğalanıb ölür
Qumlu sahil məzara çevrilib bu gecə!
Məzar üstə ağlayır analar
Ağlayır atalar
Buludlar yas tutub ağlayır bizə!
Sən ağlama, sevgilim!
Titrək əllərimlə siləcəyəm gözünü
Bir gecə gələcəyəm
Ürəyimdə olan bu acıları
Atacağam aramızdakı bu çay aparsın

Darıxma, sevgilim!
Bax!
Xəzər üstündə ulduz sayrışır

KÜÇƏMİZ

Beynimdə fikirlər qatma-qarışıq
Şəhərdə küçələr dar-darısqal
Gündüzün gözündə atom bombası
Gecəni gözündə ölüm kabusu
Qolumda saatın ağrıyır ombası
Darıxma, küçənin qara sükutu
İndi səndən gəlib keçən olacaq
Üz üstə şəhərə uzanmış küçə!
Paltarı min yerdən yamaq küçəmiz
Sənin əhvalına suzalmış gecə
Ay ayaq səsinə oyaq küçəmiz
Darıxma!
İndi səndən gəlib keçən olacaq.

Комментариев нет:

Отправить комментарий