30.05.2015

Eynulla Abid Şərifova “Alçaq” -dedi


Vətəninfo.az xəbər verir ki,  baş nazirin müavini Abid Şərifovun Binəqədi rayon ərazisində baş verən yanğın hadisəsindən sonra, ərazidə jurnalistlərin sualların cavablandıran zaman KİV əməkdaşının sualına ironiya ilə cavab verməsi mətbuat əhlinin Abid Şərifova qarşı tənqidi fikirlərinin səslənməsinə səbəb olub. Elə bunun nəticəsidir ki, Haqqın.az və Virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev özünün facebook.com-da səhfəsində Abid Şərifovu sözün həqiqi mənasında yerdən-yerə vurub. Bu azmış kimi Eynulla Fətullayev baş nazirin müavininə “bu belə alçaq adamdır” -deyib.

Eynulla Fətullayevin paylaşdığı statusu olduğu kimi təqdim edirik:
“Maraqlı tarixçə. Bu lotu Abid Şərifov 1995-ci ilə qədər Rövşən Cavadovla quda idi. OMON hadisələrindən sonra rəhmətlik Heydər Əliyevin yanına girib dedi ki, bəs qızı qaytardıq! Həmin andan H.Əliyev Abidə nifrət edirdi. Yadınızda, ona gah ağır ştanqa qaldırmağa əmr edərdi, gah da hovuza atardı... Bu belə alçaq adamdı. Ona görə də insanlara və həyata nifrət edir”.

Комментариев нет:

Отправить комментарий