İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Zəmanəsinin böyük filosofu Mirzə Əli Lənkəraninin adı həmişə ehtiramla qeyd olunub. Hikmət, fəlsəfə və əqli elmlərdə böyük məharəti olub. Üsul və fiqhi Tehranın məhşur din, xadimlərindən, hikmət və fəlsəfəni isə (bu elmlərə çox həvəsi vardı) Ayətullah Mirzə Əbul Həsən Təbatəbaidən öyrənir. Təhsilini tamamladıqdan sonra Təbrizə gələrək çoxlu tələbələrə islam elmlərini öyrədir. Onun şagirdlərindən biri “Reyhanətul-Ədəb” kitabnın müəllifi Ayətullah Mirzə Məhəmməd Əli Müdərris Xiyabani Təbrizidir.
Mirzə Əli Lənkərani 1904-cü ildə Təbrizdə vəfat edib və elə həmin şəhərdə də dəfn olunub.
Комментариев нет:
Отправить комментарий