17.05.2015

Ərdoğanın ABŞ və İsraildən qəbul etdiyi ŞOK TƏKLİF!

Türkiyənin Böyük Birlik Partiyasının başqan müşaviri Kaptan Kartal, "İsrail və ABŞ-ın təkliflərini Möhsün Yazıcıoğlu qəbul etsəydi, bu gün Rəcəb Tayyib Ərdoğan olmazdı", - deyib.
Eyni şəkildə Səadət Partiyasının sədri Mustafa Kamalak da "Əgər Ərbakan İsraillə bağlı edilən təklifləri qəbul etsəydi, AK Partiya yaradılmayacaqdı", söyləyib.
FaktXəbər-in məlumatına görə, BBP Qaziantep rayon təşkilatının təşkil etdiyi mərasimində iştirak edən Kaptan Kartal mərhum başqanları Möhsün Yazıcıoğlunun İsrail və ABŞ-ın təkliflərini qəbul etmədiyini bildirərək belə deyib: "Partiyamız o təklifləri qəbul etmədi. AK Partiya İsrail və ABŞ-ın birgə layihəsidir və bu, Möhsün Yazıcıoğlunu da təklif olunmuşdu. Təklifi Möhsün Yazıcıoğlu qəbul etsəydi, bu gün nə Rəcəb Tayyib Ərdoğan, nə Əhməd Davudoğlu, nə də AK Partiyanın olardı".

Səadət Partiyasının sədri Mustafa Kamalak da "Bu Gün" qəzetinə açıqlama verib. "Əbdülhəmidin yolu zabitləri tərəfindən kəsilmişdi, Ərbakanın yolu da tələbələri tərəfindən kəsildi. Orada İsrail dövlətinin qurulması niyyəti var idi, hazırda isə Böyük İsrail dövlətini qurmaq istəyirlər", - deyən Kamalak, Nəcməddin Ərbakana da "çirkli təkliflər" təqdim olunduğunu deyib.
"Əgər Ərbakan İsraillə bağlı edilən təklifləri qəbul etsəydi, AK Partiya yaradılmayacaqdı", - deyən Kamalak, üstüörtülü şəkildə Tayyib Ərdoğan və dostlarını nəzərdə tutaraq, "Ərbakanın yolunu tələbələri kəsdi" şərhini verib.
Mustafa Kamalak Ərbakanın qəbul etmədiyi, ancaq Tayyib Ərdoğanın qəbul etdiyi o təklif barədə belə danışıb: "Üç təklif edilmişdi: Birincisi, "biz sizi hakimiyyətə gətirəcəyik", ikincisi, "bu sahədə lazımi maliyyələşdirməni təmin edəcəyik", üçüncüsü isə, "sizə qarşı çıxanları sıradan çıxardacağıq". Buna qarşılıq sizdən bu tələblərimiz olacaq: 1. İsrailin təhlükəsizliyi təmin olunacaq; 2. İslamiyyətin təhrif olunmuş yeni təqdimatında bizə yardımçı olacaqsınız; 3. Böyük Yaxın Şərq layihəsində bizə dəstək verəcəksiniz. Ərbakan Hoca bu təklifləri müzakirə etmədən rədd etmişdi". /faktxeber.com/

Комментариев нет:

Отправить комментарий