31.05.2015

Kəmaləddin Heydərov, Zakir Qaralov və Hacıbala Abutalıbov həbs olunmalıdır

"Orta səviyyəli bir mədəniyyət işçisinə general-polkovnik rütbəsi verib "pajarni" mundiri geyindirəndə, ölkənin bütün tikinti sektorunu tikinti normaları haqqında elementar təsəvvürləri olmayan bir adama tapşıranda, bəyəm bilmirdilər ki, günlərin birində şəhərsalma qaydaları yerli-dibli pozulmuş bu paytaxtın tüstüsü təpəsindən çıxacaq?"

Milli Şuranın sədri Cəmil Həsənli dünən prezidnet İlham Əliyevin rəhbərliyi ilə baş vermiş faciə ilə bağlı yaradılmış dövlət komissiyanın iclasından yazıb.
AzToday.az Cəmil Həsənlinin "Facebook" statusunu olduğu kimi təqdim edir:

Bütün ölkə mayın 19-da baş vermiş yanğın hadisənin təsiri altındadır. Ürəkləri parçalayan faciə baş verib. 15 nəfər həlak olub. Bunların 4-ü azyaşlı uşaqlardır. Ömər, Fərəh, Ayxan və Ayan yaşyarımla beş yaş arasındadır. Davudun isə 16 yaşı olub.
Təkcə bir ailədən üç nəfər– Zülfiyyə xanım və övladları Davudla Ülkər Azərbaycan hakimiyyət orqanlarında öz işinə məsuliyyətsiz yanaşan məmur nadanlığının qurbanı olublar. Birinci məsuliyyətsizlik bu boyda şəhərin idarəçiliyin Hacıbala Abutalıbov kimi bir adama etibar etməkdir. Cəmiyyətdə gülüş, ironiya hədəfinə, Bakılı oğlanların daimi olaraq gülünc “personajına” çevrilmiş, özünü idarə edə bilməyən bir adama 4-5 milyon əhalisi olan şəhərin idarəçiliyini tapşırmaq böyük fəlakətdir. Yalnız hadisə baş verdikdən sonra bu adamın əməllərinə və hərəkətlərinə baxmaq kifayətdir. Məsələn, dünən əsəblərin gərildiyi, xalqın qəzəbinin coşduğu bir məqamda Hacıbala müəllim deyir ki, hazırda araşdırmalar başlayıb, əgər istintaq müəyyən etsə ki, bina təxribat nəticəsində yanıb, o halda digər binalardan poliuretan üzlüklərin sökülməsi dayandırılacaq. Qəribə məntiqdir, alışqan üzlüyün alovu ərşü-əlayə, tüstüsü göyün yeddinci qatına qalxıb, şəhərin taleyinə məsul olan adam anlamır ki, istər təxribat olsun, istər ehtiyatsızlıq, istər qısa qapanma olsun, istər ehtiyatsızlıq insanların həyatı ilə oynamaq olmaz. Bu üzlüklə bəzədilmiş binalarda yaşamaq hər an partlamaq təhlükəsi olan mina üzərində oturmaq kimi bir şeydir. Hadisə ilə bağlı yaradılmış dövlət komissiyasının bu gün keçirilən toplantısına baxdım. Doğrusu çox məyus oldum. Bu toplantı mənə dahi Mirzə Fətəlinin “Aldanmış Kəvakib” əsərini xatırlatdı. Şahın qarşısında çıxış edən vəzir, vəkil, münəccim, ürəfa, ordu sərkərdəsi Sərdar Zaman xan və digərlərinin hesabatlarına çox bənzəyirdi toplantıdakı hesabatlar. Hamı danışdı, amma heç kəs millətin başına gətirilən bu bəla ilə bağlı həqiqəti demədi. Pezident də, ona hesabat verənlər də çox yaxşı bilirlər ki, bu yanğın biznesinin arxasında kim dayanır. Komissiyanın toplantısı əslində həqiqəti ortaya çıxarmaq üçün deyil, qəzəbi çoşmuş xalqı sakitləşdirmək üçün idi. Əgər bu doğrudan da həqiqəti ortaya qoymaq üçün idisə həmin komissiyada heç bir halda 15 nəfər insanın, o cümlədən 4 azyaşlı uşağın faciəli şəkildə ölümünə baiskar olan üç vəzifə sahibi hadisəni bilib vaxtında müvafiq tədbir görməyən baş prokuror, təhlükəli alışqan materialın fasad örtüyü kimi istifadə edilməsinin qarşısını almayan FHN naziri, şəhərin tikinti və abadlıq işlərinə bilavasitə məsuliyyət daşıyan Abutalıb heç bir halda o komissiyada olmamalı idi. Prezident həmin toplantıda televiziya ilə xalqa bəyan edir ki, Dostluq parkı ətafında villaların kimə məxsus olduğunu ona demədilər. Əgər sadə vətəndaş bilirsə həmin villaların əksəriyyəti elə həmin toplantıda oturan yüksək vəzifəli nazirlərin və onların yaxın qohumlarınındır, bunu prezidentin bilməməsi ancaq təəccüb doğurur. Dostluq parkına getmişkən cənab prezident parkın üzərindəki yüksəkliyə diqqətlə baxsaydı onda dünənki toplantıda iştirak edən digər bir nazirin dənizə baxan qoşa villasın, həyətində vertalyot meydançasını da görə bilərdi. Çoxları danışır ki, Bakı şəhərində ən dəbdəbəli restoran və şadlıq evləri şəbəkəsi Ramil Usubova məxsusdur. Əgər bu doğrudursa və bir ölkənin daxili işlər naziri restoran biznesi ilə məşğuldursa həmin ölkədə vətəndaşın can və mal güvənliyi olmaz. Orta səviyyəli bir mədəniyyət işçisinə general-polkovnik rütbəsi verib "pajarni" mundiri geyindirəndə, ölkənin bütün tikinti sektorunu tikinti normaları haqqında elementar təsəvvürləri olmayan bir adama tapşıranda, bəyəm bilmirdilər ki, günlərin birində şəhərsalma qaydaları yerli-dibli pozulmuş bu paytaxtın tüstüsü təpəsindən çıxacaq? Qərarlar isə təxminən “Sərgüzəşti-vəziri-xani-Lənkaran”dakı kimi müəyyənləşdirildi. Təsəvvür edin 263 bina eyni müəssisədə, eyni sertifikat əsasında, eyni şirkət tərəfindən istehsal edilən üzlüklərlə üzlənsə də, belə fikrə gəlindi ki, hər bir binanın üzlüyü ayrı-ayrılıqda yoxlanılsın. İkinci gülməli məsələ 263 binanın hər birinin yanında "operativ" şəkildə hərəkətə keçəcək yanğınsöndürən bölüyü saxlamaq təklifi idi. Bu minvalla yanmaq təhlükəsi altında olan hər bina üçün gərək ayrıca bir yanğınsöndürən maşın daimi olaraq startda dayansın. Bu qədər yanğınsöndürən maşınların gecə-gündüz küçələrdə saxlanmasına çox əvvəl çəkilmiş bir fransız komediyasında təsvir edilirdi. Baş verən hadisə göstərdi ki, ayrı-ayrı fədakarlıq nümunələrinə baxmayaraq poliuretan üzlüklərin yanma sürəti bizim FHN komandasının alovu ram etmək imkanlarından çox böyükdür. Gün kimi aydın oldu hündür mərtəbəli binalarda baş verə biləcək belə gözlənilməz hadisələrin qarşısını almağa FHN-nin nə texniki imkanları, nə də peşəkar kadr ptensialı yoxdur. Yanğınsöndürən helikopterlərin yaxın məsafədən hədəfə deyil, kənar yerlərə su çiləməsi sadəcə olaraq heyrətamizdir. Axı digər hava nəqliyatlarından fərqli olaraq helikopter havada dayanıb bilavasitə hədəfə də su çiləyə bilərdi. Nəticədə açıq-aydın oldu ki, son illərdə tikinti sektorunda rüşvətin mükəmməl şəbəkəsini yaratmış FHN əslində bir bina çərçivəsində yaranmış lokal ekstremal şəraitə hazır deyil. Yalnız bir binada baş verən yanğını söndürmək üçün 4 saatdan artıq vaxt lazım gəldi. İkincisi, təcili şəkildə bu binaların təhlükəli üz örtüklərini endirib adamları səksəkədən xilas etmək əvəzinə, hər birinin yanında gecə-gündüz “pajarnı” maşınlar saxlayıb (bu vaqiə təmiz Mirzə Cəlillik məsələdir) 263 binanın minlərlə sakinini daim alışmaq təhlükəsi olan alovun əhatəsində yaşamağa məcbur etmək, “pajarnı” komandanın müşayiəti ilə növbəti faciəni gözləmək hökumətin öz xalqının taleyinə münasibətdə növbəti etinasız addımıdır. Xalqın taleyinə məsul olan bu adamlar hələ də anlamaq istəmirlər ki, onların məsuliyyətsizliyi, səhlənkarlığı, etinasızlığı və tamahkarlığı nəticəsində insan həyatı üçün təhlükəli olan üz örtüklərinin binaların fasadlarında qalmaqda davam etməsi yüzlərlə körpə fidanlarımızın yaş yarımlıq Ömərin, iki yaşlı Ayxanın, üç yaşlı Fərəhin və beş yaşlı Ayanın faciəsinin təkrarlanma ehtimalını qaçılmaz edir. Aydın məsələdir ki, təhlükə altında olan binaların alışqan üzlərini niyə sökmək istəmir və bunun üçün gülünc təkliflər uydururlar. O səbəbə ki, Avropa oynlarına gələn qılıncoynadanlar bəzəkli şəhər görsünlər. Amma heç kəs düşünmür ki....

Комментариев нет:

Отправить комментарий