Avropadan biz ancaq petuxlarin hüquqlarını, Evroviziya, indidə Avropa oyunlarını öyrənirik. 24 ildi Qərbin yanındayıq. Nə maaşımız 2 min dollar oldu, nə güzəranımız adam kimi oldu, Rusiyadan gələn çörəklə dolandıq. Atalar deyib, insan su içdiyi çeşməyə tüpürməz.
SSRİ-i dağılanda mənim 4 yaşım var idi, hələ 1992-yə qədər hər şey dağıdılmamışdı. Biz o vaxt Lənkərana təzə köçmüşdük, qəsəbə başdan başa işıq dirəkləri ilə əhatələnmişdi, yollar asfalt, hər binanin qabağında bir su hovuzu var idi. Nə yemək dərdi var idi, nə də bank krediti. Özü də qəəsəbədəki evlər hamısı pulsuz verilmiş sakinlərə. Necə ki SSRİ dağıldı, bu mədəni insanlar gözü qızmış kələ döndülər Birinvi hücum çəkdilər Sovxozun nəyi var idi, olmayan kimi çırpışdırdılar. Meşənin yanında ağac emalı sexi var idi, onun stanoklarını metallom kimi satdılar. Qəsəbənin bütün işıq dirəklərini çıxarıb satdılar. Uzun illərin zəhmətilə salınan Çay sahələri bir neçə aya məhv edildi. 24 saat işığı, qazı olan qəsəbə 24 ildən sonra Mehriban xanımın mehri sayəsində o vaxtdan 10 dəfə baha qaz ala bildi. Bütün kənd dua edirdi, Allah Mehriban xanıma dəyməsin, bizə qaz verdi, ancaq bir nəfər demədi ki, SSRİ 70-ci illərdə Xanbulan ərazisində meşəni qırıb su anbarı tikib, onun yanında meşəni qırıb gözəl bir qəsəbə salıb və evləri pulsuz verib bizə, ora qaz, su, işıq çəkib. Qəsəbə klubundan tutmuş xəstəxanasına qədər tikib. İndi bu obyektlər hamısı şəxsi adamlara satılıb. Nə isə, dərd çoxdur. İndi gərək nə qədər vicdansız olasan ki, deyəsən ki, rus işğalçıdı, amma Kəmaləddin, Ziya, Ramil müstəqilliyimizin keşiyində duranlardı. Müstəqillik budursa, biz istəmirik!
Heş olmasa Elçibəyin yerinə Lukaşenko kimi birisi gəlsəydi yenə dərd yarı olardı. Elçibəy özü bir şey deyildi, bizi Rusla, İranla düşmən elədi, sonra da qaçdı Kələkiyə. Bəyənmədiyiniz Qəddafi deyirdi, kişinin evdən ancaq meyidi çıxa bilər, yəni kişi qoyub qaçmaz, necə ki Bəşər Əsəd kişi kimi mübarizə apardı heç bir yerə qaçmadı.
Комментариев нет:
Отправить комментарий