3 may 2015-ci ildə Aərbaycan KP Lənkəran Rayon Partiya Komitəsində müşavirə keçirilmişdir. Müşavirədə iyul ayında keçiriləcək Sov.İKP MK-nın növbəti XXXV qurultayına hazırlıq və cari məsələlər müzakirə olunmuşdur.
Gündəliyə çıxarılan məsələ ilə əlaqədar Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi Rza Cəfərov məruzə etdi. O son vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi ilə Lənkərandakı gündən-günə güclənən kommunist hərəkatındakı ardıcıl və qətiyyətli addımlar barədə müşavirə iştirakçılarına məlumat verdi.
Məruzə ətrafında kommunistlərdən Fizuli Əliyev, Feyruz Bağırov, Soltan Sadıxov, Sərdar Akif Əlizadə, Atakişi Rəhimov və Xəqani Novruzov çıxış etdilər.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov Lənkəran Rayon Partiya Komitəsində ideoloji işin təşkilindəki uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.
Müşavirədə Sov.İKP MK-nın katibi, Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev iştirak edirdi.
Azərbaycan KP MK-nın mətbuat xidməti
Комментариев нет:
Отправить комментарий