Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -15
Sərt Tənqid: Kliçko Avropanı Ukraynaya hərbi müdaxiləyə çağırıb. “Demokratların” üfunəti Ukraynanı da bürüyür. Yəni ki “gəlin Ukraynanı işğal edin”. Budur demokratların iç üzü. Maraqlı sual yaranır: niyə bizim milli demokratlar Avropanı bizdəki rejimə qarşı müdaxiləyə dəvət etmillər? Cavab: ona görə ki, bizi Avropa artıq işğal edib və nə qədər xalqın azad olmaq ehtimalı yoxdur, onlar tərəfindən heç bir radikal çağırış olmayacaq. Elə ki xalq demokratlarsız üsyan qaldırdı, onda milli vətənşüvənlik yaddan çıxacaq, dərhal “qan tökülməsinin qarçısını almaq üçün” adlı nağıl başlayacaq. Bu nağılla artıq sizlər Ə.Əliyevin (Elçibəy) nitqlərindən yaxşı tanışsız. Bakı, Ali Sovet. “Əbülfəz bəy, niyə H.Əliyevi Ali Sovetə gətirdiz?” “Mən qan tökülməsinin qarşısını almalıydım”. Kələki, tut ağacının altı. “Bəy, niyə postunuzu qoyub qaçdınız?” “Bilirsiz, mən getməsəydim qırğın olajaxdı...” Budur demokratların iç üzü, mənəviyyatı, vətənpərvərliyi və xalqa sədaqəti!
Əbdülməcid Qarabağlı: Türkün şanlı tarixində zəfər dolu səhifələr doludur. Bir deyil, beş deyil...
İman Niftiyev: Müsəlman ölkələrin gələcəyi Rusiya ilə dostluqdan keçir.
Fariz Babayev: Yazıçılar Birliyindəkilərin yazdıqlarının mənası nədir? Onların yazdıqlarının kimə nə xeyri var və kimdir onların düşük yazılarını oxuyan?
Xəzail Heydərov: Sovet vaxtı bütün insanlar mehriban ailə kimi yaşayırdılar, millətçilik sözünü kim dilinə gətirə bilərdi?
Qasid Nağıoğlu: Gələcək nəsillər xristian-yəhudi yüksək mason lojası ittifaqının şərəfsiz və namussuz oyuncağınqa çevriləcəkdir.
İkram Cabbarov: “Neft fondu” yalançı görüntüdür, elə rəy yaradılır ki, guya xalqın sərvəti bu binada toplanıb. Əslində isə burada 5-10 yalançı qovluqdan başqa heç bir şey yoxdur. Bu xalqın neftini, sərvətini heç bir işə yaramayacaq və əslində 5-10 paçka standart vərəqin qiymətindən başqa heç bir şey ifadə etməyən kağız qovluqlar qarşılığında daşıyıb aparırlar, xalqın 20 ildə neftdən əldə etdikləri ancaq bu qovluq yığınıdır. Hər il ölkədən 40-50 milyon ton neft daşınıb aparılır, Neft Fondunda artan isə sadəcə kağız qovluqların sayıdır.
Ceyhun Salahov: Bəlkə bir az yavaşlayasız. Matorunuz qızdırır artıq. Çıxın camaata doğru düzgün cavab verin. Dağ çobanlarını gətirib hərəsinə bir vəzifə veribsizinz. Millətin qəzəbini söndürmüş saymayın. Bu ölkədə elə bir od qalxacaq ki, külünüz ələ keçməyəcək.
Mayis Güləliyev: “Yaxşı idarəçilik” Sorosun təbliğ etdiyi “açıq cəmiyyətlərdə” yarana bilməz.
Rasim Musabaliyev: Rusiyanı sevməyi Azərbaycanı sevməmək anlamı kimi qəbul etmək təfəkkür və düşüncə darlığından başqa günümüzdə baş verən hadisələri dərk etməməkdən xəbər verir.
Eynulla Fətullayev: Maraqlı tarixçə. Bu lotu Abid Şərifov 1995-ci ilə qədər Rövşən Cavadovla quda idi. OPON hadisələrindən sonra rəhmətlik Heydər Əliyevin yanına girib dedi ki, bəs qızı qaytardıq! Həmin andan H.Əliyev Abidə nifrət edirdi. Yadınızda, ona gah ağır ştanqa qaldırmağa əmr edərdi, gah da hovuza atardı... Bu belə alçaq adamdı. Ona görə də insanlara və həyata nifrət edir.
Musarza Kadusi Mirzəyev: Manim atam alman faşizmina qarşı Sovet ordusunda vuruşub, mən isə neofaşizmə qarşı Rusiya ordusunda vurusmağa hazıram.
Arif Quliyev: Allah Leninə rəhmət eləsin, çox yaxşı yaşayırdıq. O günlər bir də qayıtmaz.
Mojtaba Nazari: Böyük babam söyləyirdi ki, o vaxt ruslar Yardımlı sərhədindən bizim kəndimizə aşdılar, qorxu bizi büdrətmişdi ki, ruslar bizim namusumuzu əlimizdən alacaqlar, amma onların heç kimlə işi olmadı- kaş müsəlman olkələri sovetdən əxlaqiyyət dərsi götürəydi!
Zemfira Əliyeva: Rusiyaya düşmən deyərək Azərbaycanın fəhlə sinfi əziyyətə, müşkülə düçar olub. Yekəqarınlara, boynuyoğunlara nə var ki, elin-yurdun dərdini çəksinlər. Mirzə Ələkbər Sabirin ruhu şad olsun, nə işim var, düşmənlərə möhtac olur olsun, nə işim var. Qoy mən tox olum, özgələr ilə nədi karim, dünyəvi cahan ac olur olsun, nə işim var. Xalqı yatızdırıblar fil qulağında.
AnarXist Anar-Xist: Mən hökumət olsaydım, rayonlarda xüsusən kəndlərdə əhaliyə elektrik enerjisini 50 faiz ucuza satardım. Elə qazı da... Türkiyəyə qazı 50 faiz ucuza satırıq, amma rayon camaatı işıq-qaz pulunu Tarqovudakılarla eyni qiymətə ödəyir...
Yardımlı və Yardımlısevərlər: Əsl patriot azərbaycanlılar ölkənin gələcəyini Qərb, Avropa və digər olkələrlə yaxınlıqda yox, məhz Rusiya ilə yaxınlıqda görür və dəstəkləyirlər.
Zahid Əbil: Rus milləti və ya indiki Rusiya hakimiyyəti bizə yaxşılıqdan başqa nə pislik edib görəsən? Azərbaycan xalqının yarısı Rusiyadan dolanır e, Amerikadan yox! Əgər ruslar bizə düşmən olsaydı yəqin ki belə olmazdı. Qarabağı da ruslar yox, Amerikanın cındırları aldı bu xalqdan, sonra da öz hakimiyyətini və muxalifətini iş başına gətirdi. Axmaq başlar bunu anlamaz.
Sabir Şindani: Sizi bilmirəm, mənə yalnız 2002-ci ildə bəlli olub ki, İsrail kürdlərə dəstək verirmiş. Yalnız bundan sonra Azərbaycanda gedən prosesləri anlamağa başladım.
Nigar Hüseyn qızı: Çuşkaların əlində qaldıq. Ermənistan və Qarabağdan qaçıb gələn kürdlər bunlardan da betər bəla oldu başımıza. Bunlar yenə öz inəyimizin danası idi, müəyyən qədər əhilləşmişdilər, o birisilər vobşey beznadyojnıdırlar.
Yozef Gebbels: Əgər yəhudilər kiməsə hücum edirlərsə, bu onun xeyirxahlığının göstəricidir. Kimi ki, yəhudilər təqib etmir və ya tərifləyir, demək həmin şəxs faydasızdı və hətta təhlükəlidir.
Elxan Zaman: “Azadlıq” qəzeti yenə başlayıb dezoya. İfadəyə bax: “Suriyalı müxaliflər”... Niyə demirsiz ki, beynəlxalq terror təşkilatları, vahhabilər, nə bilim quldurlar, amerikan tulaları? Elə deziliklə məşğul olmağınız buradan görünür!
İlkin Abbasov: Turanla birgə adı çəkilən xalqlardan Azərbaycandan başqa heç birinin ona dəxlisi yoxdur, xülyadir bu.
Amelya Serbina: Hamımız vahhabiçiliyin ingilis agenturasının əməyi olduğunu bildiyimiz halda, niyə hələ də onlara müsəlman deyirsiz?
Muttəqi Bərməki: Türk xalqının iradəsi olsaydı, İsrailin Türkiyə gəmisinə etdiyi təcavüzə cavab verərdi. Həmçinin Kərkükdə qırılan türkmanlara yardım edərdi...
Atilla Hüseynov: Nurçular da, AKP də sionizmə xidmət edir.
Samir Belil: Azərbaycan Rusiyanın tərkibinə keçəndən düz 1991-ci ilə qədər- Rusiyadan ayrılana qədər öz torpaqlarında müharibə görməyib.
İbrahim Quliyev: Ərdoğanın Mosuldakı Türkiyə Konsulluğunun rəhbəri ilə danışığında onun İŞİD-ə müsbət münasibəti üzə çıxıb: “İŞİD-dən bizə ziyan dəyməz, Mosulda bir qism şiə tükmənlər var ki, İŞİD-in onlarla problemi var”. Bunun mənası odur ki, İŞİD-in şiə türkmənləri qırması Ərdoğan Türkiyəsini maraqlanmır. Tale görün bu qosqoca Türkiyəni kimin əlinə verib!
Günel Treu: Əgər vahhabilər Azərbaycanda bu qədər rahatdılarsa demək ki güvənilən yerləri var, özbaşına burda deyillər ki! Dövlət istəsə onları bir gündə yatdıqları yerdə yox edər. İstəmirsə demək ki, məqsədləri var!
Kamran Huseynov: Yaxşı ki Sovet maşın istehsal edib.Yoxsa ağ adamlardan başqası maşın sürə bilməzdi. Bəli,Sovet kasıb maşını istehsal edib. Hər nədir, işimizi görürük də. Harasa gedə bilirik də. Hissələri də ucuzdur.
Elşən Cəfərov: Kolbasa məhsullarına verilən halallıq sertifaktının qiyməti 200 min manatdan 300 min manata qalxıb. Özü də əvvəl 3 il ərzinə verilən bu sertifakt artıq 300 min manat məbləğə bir il müddətə verilir.
Nofəl Aslanov: Türkiyədə bizimkiləri adam yerinə qoyan yoxdu. Bu sabah bir müğənni də boynuna aldı ki onu Türkiyədə adam yerinə qoymayublar. Heç bir türkiyəli demir ki biz qardaşıq. Ancaq bizimkilər düşüb ortalığa biz qardaşıq, biz eləyik, biz beləyik. Müsəlman olan hər kəs bir-birinin qardaşıdır. Fərqi yoxdu.
Müslim Abdullah: Mən bilən Türkiyədə AKP-nin deputatlığa namizədlər siyahısında bir nəfər də olsa İğdırdan olan azəri şiə yoxdur. Niyə azəriləri deputat listinə salmırlar görəsən? Baş Nazirə erməni baş məsləhətçi təyin edirlər, heç olmasa bir nəfər də azərini adicə deputat edərdilər.
Ayaz Mütəllibov: Yanvar hadisələrində həlak olanlar əsl vətənpərvər idilər, amma aldandılar. Gurultulu sözlərə, vədlərə aldandılar.
Aqşin Yenisey: İstanbul qadınlarına baxanda bizim qadınlar çox gözəldir. O boyda İstanbulda cəmi bircə dənə gözəl qız gördüm, o da Ukraynalı idi. Azərbaycanda təkcə metronun bir vaqonuna minsən, təqribən yarısı gözəl-gözəl qadınlardır.
Piri Baba: Problem bundadır ki, əgər iqtidar xalqın başını Heydərin portret və heykəlləri ilə qarışdırırsa, müxalifətin də əlindən portretbazlıqdan başqa heç nə gəlmir. Bu xalqa güclü iqtisadiyyat, iş yerləri, normal həyat tərzi, güclü ordu lazımdır. Əbülfəzin, Atatürkün, Məmmədəminin Heydəri əvəz etməsi bizə heç nə vermir. Yorulmuşuq, bezmişik, zəhləmiz gedir... Atatürk böyük adam olub? Belə cəhənnəmə ki! Bunun bu günkü günümüzə nə aidiyyəti? Allah hamısına rəhmət eləsin, vəssalam!
Rusiya Dağılacaq: Qacqın və məcburi köçkünlər Əkrəm Əylislidən küsüb. Adam düzün yazanda nolar ki? Əvvəl-axır kimsə çıxıb deməliydi.
Anar Musayev: Azərbaycan Sovet Ensiklopediyasında yazılıb ki: “Kapitalist ölkələrində intihar halları çox olur”.
Nizami Məmmədov: Ölkəni yanki-sionist ssenarisi əsasında fəlakətlərə düçar etmək istəyənlərə imkan verilməməlidir.
Taleh Məmmədov: Axı bu ölkədə hakimiyyətin naxçıvan-yeraz klanının əlində olduğunu bilməyən var?!
Ramzan Kadırov: Bir çeçen vahhabisi videomüraciətdə mənə deyir ki, gəlib orda hamınızı öldürəcəyik. Əgər burda adam öldürən idinsə, Suriyaya niyə getmisən ki? Gəl öldür də öldürə bilirsənsə, axı mən hər gün cangüdənlərsiz velosiped sürürəm!
Elxan Zaman: 1992-ci ilin mayın 14-dən 15-ə keçən gecə idi, yaxın dostumla indiki Sahil, o vaxtkı 26-lar bağının yanında olan mitinqə tələsirdik. Səhər Ayazı devirəcəkdik... 26-lar bağına çatanda bizi, bizdən bir 3-4 bayram böyük olan bir polis nəfəri saxladı: “Hara gedirsiz?” “Mitinqə”. Bir az bizimlə söhbət etdi və: “Siz ki, şəhər uşaqlarısınız, bu mitinqə niyə gedirsiz? Sizin yeriniz parlamentin qabağındadır, Hacı Abdulun yanında”. Biz onun bu sözlərinə güldük və: “Qardaş, bizi elə salırsan?” “Allah eləməsin, deməyim odur ki, siz Ayazın tərəfini saxlamalısınız, bunların yox”. “Bunlar kimdilər ki, bəyəm azərbaycanlı deyillər?” “Bunlar hamısı Heydərin tulalarıdır, onu hakimiyyətə gətirmək üçün yığışıblar. O da hakimiyyətə gəlsə bu millətin anasını ağladacaq, mən ölü, siz diri...” Həmin hadisənin üstündən düz 23 il keçib. Rövşən adlı bu polis o vaxtdan heç vaxt rastıma çıxmayıb, ancaq onu görsəydim, əyilib əlindən öpərdim, hər şeyi necə də dəqiq demişdi! Heyf ki, onda ona qulaq asmadıq. Ən azından bu gün bu xalqın qarşısında bu işlərə görə günah payımız olmazdı...
Комментариев нет:
Отправить комментарий