Sabahın xeyir, ölkə! Zimbabvedən nə xəbər? Bakıda adına otel tikilmiş Kempinski Bzejinskinin qohumu deyil ki?
***
Gülüstan Sülh Müqaviləsinin son məhsulu müasir Azərbaycan Respublikası oldu, amma ultramillətçilər və psevdovətənpərvərlər tərəfindən xalqa bölünmə kimi sırınır. Məhz bu müqavilə ilə Şimali Azərbaycan əhalisi tədricən də olsa “əlif zəbər ə, bey zəbər bə, tey zəbər tə” səviyyəsindən Kərim Kərimov səviyyəsinə qədər yüksəldi.
***
Sovet hökümətinin qarovulçusuna müstəqillik zamanı security deyilirmiş. İnkişafa bax!..
***
Söydüyünüz SSRİ-də bircə növ kolbasa və bircə növ də sosiska var idi. Kolbasanın adı “kolbasa”, sosiskanın da adı “sosiska” idi və hər ikisini ətdən hazırlayırdılar.
***
SSRİ-nin dağılması ilə itirdiklərimizin arasında ən böyük itki- kitab mağazaları oldu...
***
Heyif deyil, gedib vuruşub Vətən borcunu ödəyəndə ayağının birini itirib şikəst olasan, sonra da müstəqil dövlətin sənə elə pensiya verə ki, gəlib Əhmədli metrosunun qabağında dilənəsən?..
***
SSRİ-də iş yerləri açmaqla məşqul olmurdular. SSRI-də sadəcə işlə məşğul olurdular.
***
SSRİ-də mineral su butulkalarına krandan axan Kür suyu yox, mineral bulaqlardan çıxan mineral su doldururdular.
***
SSRİ-nin ən böyük səhvi öz vətəndaşlarının xaricə getməsinə məhdudiyyət qoyması idi. Əksinə onları xaricə buraxmaq lazım idi ki, oradakı işsizlər ordusunu, 90%-i kirayələrdə yaşayan əhalini, polis zopasını, qışda küçələrdə donan evsizləri, jelatindən və kartondan ibarət 200 növ kolbasanı, tərkibi naməlum kimyəvi qatışıqlardan ibarət 500 növ süd və qatıq məhsullarını öz gözləri ilə əyani görsünlər... O zaman 1988-91-ci illərdə meydanlarda “Azadlıq” və “Demokratiya” qışqıranların sayı 150-500 nəfərdən artıq olmayacaqdı.
***
Böyük ölkənin (bəzilərinin dediyi kimi imperiyanın) vətəndaşı olmaq həqiqətən də böyük xoşbəxtlikdir. Böyük ölkədə hər şeyin: torpaqların, dənizin, sərhədlərin, iş yerlərinin, vəzifələrin, müəssisələrin, gəlirlərin bir neçə adam tərəfindən qamarlanması sadəcə mümkün olmur. Nə qədər qamarlasalar da, yenə qara camaata nəsə qalır.
***
1991-ci ildə SSRİ dağılanda dövlətin 40 milyondan artıq vətəndaşa əmanətlər üzrə 315,3 milyard, dövlət sığortası üzrə 24 milyard, qiymətli kağızlar və istiqrazlar üzrə 342.2 milyon, cəmi 374,22 milyard Sovet manatı, yəni o zamankı kursla 220,13 milyard dollar borcu var idi. Müstəqilliyin 25-ci ilində isə Azərbaycanda 2,5 milyon insanın, yəni hər 4 nəfərdən birinin kommersiya banklarına kredit borcu var. Budur müstəqillk!
Комментариев нет:
Отправить комментарий