17.11.2016

Yaxşı ki bu cəbhəçilər 1 il hakimiyyətdə oldular

Natiq Məmmədov

Mən kitab həvəskarıyam. Kitaba nə qədər artıq pul versəm də, heyfslənmirəm. Marqlandığım bəzi kitabları köhnə kitab satanlardan da axtarıb tapıram. Bir necə gün bundan qabaq bir tanış köhnə kitabsatanın yanında idim, kitablarla maraqlanırdım. Elə bu vaxt piştaxtaya təngənəfəs halda 3 nəfər cavan oğlan yaxınlaşdı, hansısa unversitetin tələbələri idi. Onlar sanki naəlac şəkildə, həm də sanki ümüdlərini qırmayaraq Marks və Engelsin Azərbaycan dilində kitablarını soruşdular. Satıcı həmin kitabların onda olmadığını dedi. Onlara mən kitabxanalara getməyi məsləhət gördüm. Onlar narazı halda etirazlarını bildirdilər: Gəzmədiyimiz kitabxana qalmayıb, heç birində yoxdur. Mən təəccublü şəkildə dedim ola bilməz. Vaxtı ilə bizdə institutda oxuyarkən həmin kitabları kitabxanalardan tapıb oxuyurduq. Uşaqlar narazı halda dedilər: Gəzdiyimiz bütün kitabxanalarda bizə dedilər ki, Əbülfəz Elçıbəyin vaxtında- 1992-ci ildə bizə göstəriş verildi ki bütün Marks… Engelsin... kitabları yandırılsın. Ona görə heç bir kitabxanada həmin kitablar yoxdur. Ona görə küçələrə düşmüşük. Dedim Rus dilində olmamış olmaz, dedilər bizə məktəbdə heç rus dili keçıblər ki... Narazı halda deyinə-deyinə çıxıb getdilər.
Elçıbəyin bu addimını necə qiymətləndirmək olar? Guya bu addımla Sosializm nəzəriyyəsini Azərbaycandan yox etmək istəyirdi... Əgər Sosializm nəzəriyyəsini bəyənmirsənsə, həmin nəzəriyyəni inkar edən bir əsər yaz, onu təbliğ et, daha kitab yandırmaq niyə lazım? Yoxsa Elçıbəy öz yeni ideyalogiyası ilə Azərbaycanın Marksı olmaq istəyirdi?!
Cox əsəbləşdim. Kitab nə qədər pis olsa da, onu yandırmaq olmaz. Bu sənəddir. Daha kitab yandırmaq niyə lazım… özüm-özümə dedim. Yaxşı ki bu cəbhəçilər 1 il hakimiyyətdə oldular. Əgər 1 ildən artıq hakimiyyətdə olsaydılar, Azərbaycanın Sovet dövründəki bütün tarixini yer üzündən yox edərdilər.

P.S: Elə həmin ideologiyanin davaçıları idi ki, İqrar Əliyev ölən günün səhərsi Akademiyanın həyətində kişinin yazdığı kitabları yığəb yandırdılar...

Комментариев нет:

Отправить комментарий