29.11.2016

Əbülfəz Astaralı Dədəni niyə öldürtdürdü?

Elçibəy hakimiyyətə gələn kimi vaxtı ilə siyasi baxışlarına görə həbs olunduğu zaman həbsxanada Astaralı Dədə ləqəbli talışla kritik şəxsi münasibətləri üzündən, ondan qisas almaq qərarına gəldi. Sabiq DİN-i İskəndər Həmidova əmr verib, qoşun hissələri ilə Astarada yaşayan Dədənin evinə hücum təşkil etdi. Dədənin evi mühasirəyə alındıqdan sonra qumbara atanlarla evi atəşə tutub, yerlə yeksan edildi. Evin içində iki İran vətəndaşı olmaqla azyaşlı bir uşaq da güllələnib məhv edildi. Həmin vaxtda isə Astaranın igid oğulları Qarabağda vuruşur, eləcə də İsgəndər Həmidovun doğulduğu Kəlbəcəri ermənilərdən müdafiə edirdilər. Astara əməliyyatını "uğurla" başa çatdırandan sonra qoşun hissələri Lənkəran, Masallı və Cəlilabada yönəldildi. Bu rayonlarda maddi imkanı yaxşı olan insanların evləri qarət edildi, üz qoyuldu paytaxt Bakıya tərəf. Bu "varvar" olaylar barədə ölkə mətbuatı bu günə kimi bir kəlmə də yazmadı.

Kürd terroru silsiləsindən

Комментариев нет:

Отправить комментарий