29.11.2016

Belə müstəqillik kimə lazımdır axı?

İlham Əlisoy

Əlinizi qoyun vicdanınızın üstünə və cavab verin: Ruslar bizimlə belə rəftar edərdi? 
Uzağa getməyin, bizdən fərqli olaraq elə qeyri-müstəqil olan Dağıstan camaatından soruşun, görün orada sosial vəziyyət necədir? Ərzağın və kommunal xidmətlərin qiymətlərindən tutmuş normal pul qazanmaq imkanlarına qədər maraqlanın. Sonra dönün öz xarabamıza baxın:
Səhiyyə iyrənc, təhsil rüsvayçılıq, oyuncaq məhkəmə sistemi, sosial vəziyyət bərbad, işgənce maşını olan polis sistemi, reketlik etməklə məşğul olan təhlükəsizlik orqanları, işğal altında qalan torpaqlar və s. Ay kişi, müstəqillik tarixindən bu yana ölkənin ən qanlı qanqsterləri məhz təhlükəsizlik orqanlarının içərisindən çıxıb. Yalandır?
Belə müstəqillik kimə lazımdır axı? Kimə lazımdır bir parça rəngli əski parçası? Kimə lazımdır iki kuplet söz yığınına bəstələnmiş mahnı? Bütün bu məfhumlara siz nə qədər müqəddəslik yükləyirsiz yükləyin- özünüzü aldadırsınız! Müqəddəslik yüklədiyiniz sizin bu dövlətçilik anlayışınız sizə yalnız dünyanı vəd edirdi. Onu da atdı sizə. Belədir də, başlama sən canın pafosa! Pafos ac qarını doldurmur, ay brat.
Hər gün içib evə gələrək uşaqlarını təpiyinin altına salan, onlara olmazın zülm verən, evin sonuncu çörək pulunu balalarının boğazından çıxarıb hansısa fahişəyə yedirən bioloji ata ilə yetim olmaq arasında seçim etmək məcburiyyətində qalsaydınız, hansına üstünlük verərdiniz? Məsələ budur.
Amma sən yenə də vətənpərvər ol. Lələtəpədən sonra bizi daha böyük qələbələr gözləyir.

Комментариев нет:

Отправить комментарий