26.11.2016

Ukraynanın cənub-şərqi kimindir?

Bu gün Ukraynanın cənub-şərq hissəsi torpaqlarının kimə məxsus olması mübahisələri səngimək bilmir, ukraynalı siyasətçilər, tarixçilər və bloggerlər qızğın mübahisələrə girərək yaxalarını yırtırlar. Sadəcə tarixə yüngül ekskurs edib, həmin bölgənin böyük şəhərlərinin təməlinin kimlər tərəfindən qoyulduğuna nəzər yetirmək kifayətdir ki, aydın mənzərə yaransın. Xarkov şəhərini 1630-cu ildə, Sumı şəhərini isə 1655-ci ildə Rusiya imperatoru Aleksey Romanov polyakların qovduğu malorosların məskunlaşması üçün salmışdır. Kirovoqrad şəhərinin əsası Rusiya imperatriçası Yelizaveta tərəfindən ölkənin cənub hüdudlarını tatar hücumlarından qoruyan qala kimi qoyulmuşdur ki, əvvəlki adı Yelisavetqrad idi. Rusiya imperatriçası 2-ci Yekaterinanın dövründə aşağıdakı şəhərlərin təməli qoyulmuşdur: Zaporojye- 1770-ci ildə (əvvəlki adı Aleksandrovsk); Krivoy Roq- 1775-ci ildə; Dnepropetrovsk- 1776-cı ildə (Yekaterinoslav); Xerson- 1778-ci ildə Rusiya flotu üçün tanınmış dövlət xadimi knyaz Qriqori Potyemkin tərəfindən; Mariupol- 1778-ci ildə imperatriça Krımdan köçən yunanlara burada yaşamağa icazə vermişdir; Sevastopol- 1783-cü ildə görkəmli sərkərdə Aleksandr Suvorovun tikdiyi qalanın yerində Potyemkin tərəfindən; Simferopol- 1784-cü ildə Suvorovun düşərgə qurduğu yerdə Potyemkin tərəfindən; Nikolayev- 1789-cu ildə Potyemkinin “Müqəddəs Nikolay” gəmisini qayırdığı yerdə; Odessa- təməli 1794-cü ildə Suvorovun qala tikməsi ilə qoyulmuşdur; Luqansk- 1795-ci ildə çuquntökmə zavoduna Rusiyanın mərkəzi və şimal-qərb quberniyalarından işləməyə gələn ruslar tərəfindən tikilmişdir. Donetsk şəhərinin təməli isə Rusiya imperatoru 2-ci Aleksandrın dövründə Yuzovka kəndində metallurgiya zavodu yaradılması ilə qoyulmuşdur. İndi isə ən əsası: Rus Çarlığı ilə Reç Pospolita dövləti arasında Moskvada 6 may 1686-cı ildə (o vaxtkı təqvimlə 7194-cü il) Əbədi Sülh bağlanmışdır ki, həmin müqaviləyə əsasən Kiyev şəhəri Reç Pospolitadan 146 min manata alınmışdır və əbədi olaraq Rusiya dövlətinin mülkü sayılır.

Комментариев нет:

Отправить комментарий