22.11.2016

Azərbaycanın ilk qadın gəmi kapitanı

Şövkət Şahbaz qızı Səlimova - ilk azərbaycanlı qadın gəmi kapitanı, iqtisad elmləri namizədi, dosent, ictimai xadim, II Dünya Müharibəsinin iştirakçısı. 
1920-ci il dekabrın 25-də ismayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Lahıc məktəbini bitirdikdən sonra 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir.
Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. O, həm də dünyanın ilk qadın gəmi kapitanı olmuşdur.
1954-74 illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitunda dosent, prorektor və kafedra müdiri, 1964 ildən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri işləmişdir. "Qırmızı Ulduz" və  2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri
ilə təltif edilmişdir.
1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Комментариев нет:

Отправить комментарий