18.11.2016

Əzilən xalqların fəryadı: Ərəb baharı, yoxsa Qış ayazı?

Aydın Hüseyni

Sionistlər müxtəlif adlar altında müsəlman dünyasına hücuma keçiblər. Onlar nə istəyir? Bu fəlakətə ancaq qış ayazı demək olar. Bütün müsəlman dünyasını qanda boğan, qardaşı qardaşa, ananı oğula öldürdən güclər nə istəyir? Bir cavabı var. İllər öncə necə ki müsəlman dövlətləri arasında bir xristian dövləti qurmağı bacarıb Azərbaycana müsəllət etdilər, Qarabağda, Xocalıda Zəngilanda və digər şəhərlərdə soyqırım törətdilər. İndi də İraq, Suriya, Türkiyə və İranın arasında bir müsəlmandan dönmə Ateist dövləti yaratmaq istəyirlər. Ateist Kürd dövləti.
Yəhudilər və kürdlər- qardaş xalqlardır. Yəhudi Universitetinin professorları Ariel Oppenxeym və Marina Feyrmanın rəhbərlik etdiyi genetik alimlər qrupunun apardığı araşdırmalar zamanı məlum olmuşdur ki, yəhudilər və kürdlər eyni kökdən gəlirlər. Üzə çıxmışdır ki, yəhudi və kürd xalqlarnın genetik oxşarlığı yəhudi və ərəb xalqlarına nisbətən daha yaxındır. Kürdlərin yəhudilərə qohumluğu həm də ona əsaslanır ki, yəhudi peyğəmbəri Avraam xaldey olmuşdur, xaldeylər isə kürdlərin ulu babaları sayılır. Eramızdan əvvəl I əsrdə yaşamış yəhudi tarixçisi İosif Flaviyin mətnlərində Karduxi dağları haqqında söz açılır, yəhudilərin müqəddəs kitabı Talmudda isə deyilir ki, karduinlər yəhudi icmasına daxil idilər. Tarixşünaslar yazır: “Bir çoxları kürdlərin İsrailin itmiş qollarından biri olduğunu iddia edirlər, digərləri isə isə onların kökünü çar Solomonla əlaqələndirirlər”. Ərəb əfsanələrinə görə, kürdlər- Solomonun qovulmuş kənizləri ilə Cəsəd adlı şeytandan törəyiblər. Elə bu mif özü də kürdlərin yəhudi mənşəyinə dəlalət edən əsas amillərdən biridir.
Qeyd etmək lazımdır ki, Kürdistan adlanan indiki ərazilərdə ta qədim zamanlardan elə yəhudilər yaşamışlar; onlar zaman-zaman bölgə xalqlarının dinlərini qəbul edərək regionda yaranan dövlətlərin əsas elitasını təşkil etmişlər. Tarixi araşdırmalar göstərir ki, indiki Kürdistan ərazisində qədim dövrlərdə müxtəlif yəhudi dövlətləri (Maxuza və s.) olmuşdur. Yaranacaq Kürdistan dövləti üçün nəzərdə tutulmuş bayrağın ilkin variantında İsrailin ağ-mavi rəngli bayrağı ilə eynilik nəzərə çarpırdı. Yəhudilər uzun müddətdir ki, ciddi-cəhdlə Suriya, İraq və İran torpaqları hesabına regionda Kürdistan dövlətinin yaranmasına çalışırlar. Soinistlərin əlində olan mətbuat daim kürdlərin diskriminasiyaya məruz qalması mövzusunu gündəmdə saxlayır və onları “əzabkeş xalq” qismində təqdim edir. 1950-ci illərin sonu, 1960-cı illərin axırlarından etibarən İsrail dövləti İraq kürdlərini silahlandarmağa və onlara təlim keçməyə başladı. Həmin ərəfədə İsrail ordusunun minlərlə instruktoru və Mossad əməkdaşı kürdlərə məşq keçmək və qruplaşdırmaq üçün gizlicə İraq ərazisinə göndərildi. Kürdlərin hüquqlarının müdafiəsi ilə məşğul olan çoxlu sayda qeyri-hökumət təşkilatları yaradıldı. İraqda kürdlərin təşkilatlanması işini ÇAXAL-ın zabiti Rexaav Zeevi koordinasiya edirdi. Onun yüngül əli ilə 1960-cı illərin axırlarında Kürd Demokratik Partiyasının kəşfiyyat xidməti- “Parastin” adlı terrorçu struktur yaradıldı. İsrail instruktorlarının hazırladığı terrorçu qruplar İraq, eləcə də Suriyanın hökumət qüvvələrinə qarşı əməliyyatlar həyata keçirir, əyalətlərdə infrastruktura böyük ziyan vuraraq kommunikasiya xətlərini məhv edirdilər. İranda islam inqilabı baş verəndən sonra isə İsrail kəşfiyyatı İraq və Türkiyə ilə sərhəddə yaşayan kürdləri İrana qarşı hazırlamağa başladı.
1991-ci ildə ABŞ İraqa qarşı hərbi əməliyyatlara başladı. Bu zaman kürdlər koalisiya qüvvələrinə kömək məqsədilə ölkə daxilində üsyana qalxdılar. Həmin üsyan Səddam Hüseyn ordusu tərəfindən yatırıldı. Bu zaman yəhudi təşkilatları və media orqanları bütün dünyada İraqda kürdlərin genosid olunması barədə hay-küy saldılar. İsrail Türkiyə-İraq sərhədi vasitəsilə İraq kürdlərinə böyük miqdarda hərbi ləvazimat, ərzaq, paltar və çadırlar göndərdi. Bir çox ölkələrdə yəhudilər ABŞ səfirlikləri qarşısında mitinqlər keçirərək, ABŞ hökumətini kürdləri Səddam repressiyalarından qorumağa çağırdılar. İraqda NATO hərbi kompaniyası bitdikdən sonra üzə çıxdı ki, ən çox udan da elə kürdlər olub. ABŞ-ın köməyilə kürdlər İraqda öz administrasiyalarını qurdular. 2003-cü ildə Türkiyə mətbuatı məlumat verdi ki, kürd hərəkatının əsas liderlərindən biri yəhudidir və “İsrail tezliklə İraqın şimalında de-fakto fəaliyyətdə olan kürd dövləti ilə geniş əlaqələr yaradacaqdır”. Tanınmış “Hüriyyət” qəzeti isə kürd lideri Məsud Barzaninin qədim ravvinlər soyundan olan yəhudi olması haqqında məqalə dərc etdi.
Məsud Bərzaninin siyasi səhnəyə çıxarılmasında məqsəd yeni İsrail yönümlü kürd-yəhudi dövlətinin yaradılması idi. Yəhudi “Bibliya”sında danışılan həmin dövlət Nil və Fərat sahillərini, eləcə də Şimali İraq torpaqlarını əhatə etməli idi. Həmin dövlətin yaradılması İsrailin məşhur Kürd Kartı sənədinə uğyun şəkildə aparılırdı ki, son məqsəd İsrailin İraq və Türkiyə torpaqları hesabına öz ərazisini genişləndirməsidir.
ABŞ prezidenti Ronald Reyqan deyirdi: “Kürdlər Yaxın Şərqin barıt çələyidir; nə vaxt istədik, onda da alovlandıracayıq”. ABŞ və İsrail artıq Kürd kartından aktiv şəkildə istifadə etməkdədirlər. “İraq Kürdistanı”, “Suriya Kürdistanı”, “İran Kürdistanı”, “Türkiyə Kürdistanı”, “Azərbaycan Kürdistanı”... “Vahid Kürdistan” İsrailin dövlət kimi yaşamasının və təhlükəsizliyinin qarantıdır. Kürd hərbi-siyasi təşkilatları PDK və PJAK-a məxsus internet saytlarında yazılır: “Bilin ki, İraqdakı Türkmənlərə məxsus Mosul, Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdistanı Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa, İran Azərbaycanı torpaqlarının da yarısı “İran Kürdistanı” projesinin tərkib hissəsinə çevriləcəkdir. Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da, hamısını geri alacağıq. Azərbaycan adlanan cografi ərazidə işgal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz. Buna gücünüz yetməz. Azərbaycan adlanan bu torpaqlar əslində Kürdistandır. Sizlər isə Səlcuq türkləri ilə birlikdə Orta Asiyadan gələrək bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”. ABŞ-İngiltərə-İsrailin dəstəyi iilə İraqda qurulmuş Kürdistan Milli Muxtariyyəti hökümətinin başçısı, Kürdistan Yurdsevərlər Partiyasının lideri Məsud Bərzani KürdTV kanalında çıxışında demişdir: “Bizim strateji hədəfimizin qarşısında sədd çəkərək durmuş Türkməneli (İraq Türkman vilayəti), Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlanan bölgələr kimi köçərilərin işgalında əsrlərdən bəri inləyən torpaqların əsl sahibi olan kürdlərə qovuşmasına lap az qalıb. Kərkük, Urmu, Maraga, Təbriz kürd xalqının qəlbidir. Onları kimsəyə verməyəcəyik”. Kürdlərin “Puk-Media” İnformasiya Agentliyinin açıqlamasında bildirilir: “Böyük Kürdistanın reallaşmasına və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng, Həmədan, Əsədabad və Məlayir şəhərlərinə böyük köç dalgaları başlamışdır”. Məlum olduğu kimi, bu şəhərlər hamısı İran Azərbaycanın şəhərləridir. “Kürdistana Qayıdış Hərəkatı” kürdlərə müraciətində deyir: “İran Azərbaycanı, Kərkük, Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafər və Adanadan tutmuş Naxçıvan da daxil olmaqla hər yer Kürdistandır”. Kürd təşkilatlarının strateji planı belədir. “Qarabağ torpaqlarından, Türkiyə Ərdahanından tutmuş Qəzvinə, Mosuldan (İraq türkmənləri ərazisi), Naxçıvan və Kəlbəcərədək bizim torpaqlardır”. “Kordestan” təşkilatının bəyanatında göstərilir: “Sulduz, Urmu, Maku, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Görvə və digər bölgələr ən qədim kürd torpaqlarıdır”. İraqdakı Bərzani hökuməti strateji siyasətini belə açıqlayır: “Türkiyə və İran Azərbaycanı arasında kürdlər məskunlaşaraq bufer rolu oynamalıdırlar”. Türkiyədəki kürd millət vəkilləri Urmu şəhərinin kürdlərə məxsus oldugunu açıqlamışlar. İraqdakı Kürd hökumətinin buraxdıgı dırav adlanan kagız əskinaslarda isə Kürdistan xəritəsi çəkilib; xəritədə İran Azərbaycanının  və Türkiyənin bir çox əraziləri ilə yanaşı Naxçıvan da əks olunub. Beləliklə, kürd probleminin təhlükə yaratdığı ölkələrdən biri də Azərbaycandır.
 Regionda baş verən təlatümlər zamanı ABŞ ilk olaraq İraq kürdləri üçün müstəqil dövlət qurmaq şansı yaratdı. “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraq şəhərlərinə hücumu bu istəyin həyata keçirilməsi üçün katalizator rolunu oynadı. Bağdad və Ərbil arasında qırılma son hədlərə yetişdi. Demək olar ki, İŞİD-in hücumları kürdlərin işinə yaradı. Kürdlərin Peşmərgə qüvvələri yaranmış boşluqdan istifadə edərək türkmən şiələrin yaşadığı Kərkükü də işğal altına aldılar. Mosuldan sonra Kərkükün də terror təşkilatın əlinə keçməsi vəziyyət daha da gərginləşdirdi. Araşdırmalar göstərdi ki, ABŞ və İsrailə gizlicə dəstək verdikləri regional ekstremist qrup olan İŞİD-dənsə, öz hərbi-siyasi əsaslılığını göstərmiş, qərb partnyorlarına loyal olan Ərbildəki kürd hökuməti daha sərfəlidir. Üzə çıxdı ki, ABŞ və İsrail, eləcə də onların marionetkası Türkiyə müstəqil kürd dövlətinin yaradılmasında maraqlıdırlar. İraqın bölünməsi NATO planına daxildir. Artıq sirr deyil ki, İŞİD-in özü ABŞ-ın Yaxın Şərq siyasətinin məhsuludur. İsrail və Türkiyə isə kürd dövlətinin yaranması ilə “neft çəlləyi” olan Kərkükə giriş əldə etmişdi.
Son proseslər göstərir ki, bölgədə baş verən qanlı mücadilələrdən yeganə qansız qazanc əldə edənlər kürdlərdir. Əslində kürdlər üçün regionda böyük dövlət qurmaq istəyən qlobal güclərin də əsas hədəfinin əslində İran və Rusiya olduğu sirr deyil. Mütəxəssislərin qeyd edirlər ki, İraqda olduğu kimi Suriyadakı qırğın da yalnız kürdlərə xeyir verdi. Kürd lideri Məsud Bərzani Suriyada proseslər başlayan zaman yenə ortaya çıxıb, ABŞ-a səfər edərək prezident Barak Obama ilə görüşdü. Məhz bu görüşdən bir müddət sonra Suriyada PKK-ya yaxınlığı ilə seçilən partiyanın rəhbərliyi və kürdlərin bölgədəki digər nüfuzlu qruplaşmasının əsas simaları Ərbildə bir araya gəldi. Məsud Bərzani həmin görüşdə ABŞ səfərindən söz açıb, Suriyadakı kürd qrupların Vahid Kürdistan ideyası ətrafında birgə mübarizəyə başlayacaqları təqdirdə hər cür yardım vəd etdi. Münaqişənin ilkin mərhələsində PKK-nın Suriya qanadı 4 şəhərə nəzarəti ələ keçirdi, Məsud Bərzani qüvvə göndərib Qamışlıya hücuma hazırlıqlar gördü. Suriyada prezident Bəşər Əsədə sadiq ordu bölmələri və hökumət qüvvələrinin başı İŞİD terrorçuları ilə mübarizəyə qarışdığı bir vaxtda kürdlər fürsəti fövtə verməyib hərəkətə keçdilər. Suriyada PKK terror təşkilatına yaxın partiyanın silahlıları döyüşsüz 4 şəhərə nəzarəti ələ aldılar. Bura Haske əyalətindəki Amude və Derik, Hələb əyalətindəki Kobani və Afrin şəhərləri daxil idi. Bu, Suriya hökumətinə arxadan bıçaq zərbəsi idi. Xüsusən strateji əhəmiyyətə malik və neft bölgəsi olan Derik şəhərinin kürd silahlılarının nəzarətinə keçməsi diqqət çəkdi. İraqdakı Kürdistan dövlətinin rəhbəri Məsud Bərzani təkzib etməyə çalışsa da, İraqdakı kürd silahlılarının Suriyadakı bölgələrə göndərildiyi göz önündə idi. Kürdlər silahlı qüvvələrini cəmləşdirərək gələcəkdə Suriyada yaradacaqları müstəqil dövlətin mərkəzi kimi gördükləri Qamışlı şəhərinə hücum edərək ələ keçirdilər. Kürd silahlıları bu bölgənin Böyük Kürdistanın bir parçası olduğunu açıq şəkildə bəyan etdilər.
ABŞ-ın kürd qüvəllərinə yardımı qazancsız və məqsədsiz deyil. Müstəqil kürd dövlətinin qurulması onların regionda bir sadiq əlaltılarının olması deməkdir. Belə quduzlaşdırılmış dövlətin əsgərlərindən istədikləri zaman terrorçu kimi istifadə edəcəklər. Beləliklə, kürdlərin köməyi ilə regiondakı dörd ölkəni böləcəklər.
Bəs həmin dörd ölkənin bu planın reallaşmasında səhvi nədir? Bu plana hansı dövlət bilərəkdən, ya bilməyərəkdən kömək edib? Suriyanın səhvi ABŞ və İsrailə görə odur ki, Suriya heç vaxt həmin hegemon dövlətlərə baş əyməyib. Fələstinə, Livan müqavimətinə yardım edib. Həmişə sionist dövlətlərin istəklərinə müxalif olaraq hərəkət edərək onların gecələr yuxusunu ərşə çəkən, günü gündən güclənən İran İslam dövləti ilə yaxşı münasibətdə olub. Həmçinin daxili iqtisadiyyatını gücləndirərək öz vətəndaşlarına rifahlı gələcək hazırlayıb. Bir sözlə, sionistlərin həmişə əlini sxmaq əvəzinə qolunu burub.
İraqın da, sionistlərin fikrincə, günahı az deyil. Səddam devrimindən sonra İraqın tamamən Şiələşməsi sionistlərə pis təsir etdi. Halbuki ABŞ və yandaşları Səddamı devirəndə planları ayrı idi. Amma necə oldusa Şiələrə qənim kəsilən Səddam devriləndən sonra qlobal güclərin planlarının əksinə Şiələr tam hakimiyyətə gəldi. Və İran İraqda elə yerləşdi ki, qapıdan qovsan bacadan girib öz istədiyinə nail olur.
Regionda sionistlərin ən yaxın, sadiq, sözdən çıxmayan müttəfiqi olan Türkiyə isə balaca söz çıxmadan sonra müttəfiqlərini itirdi. Bu vəfasız müttəfiqlər vaxt var idi, Türkiyənin bazalarından qalxıb ölkələri bombalayır, Türkiyəni bütün məkrli və pullu layihələrdə istifadə edirdilər. İllərdir terroru bəsləyən sionistlər zaman yetişməsi ilə həm FƏTO, həm də PKK kartını işi saldı. Birini bacarmadı- FƏTO Rusiyanın köməyi ilə məhv edildi. Amma digəri elə türklərin öz köməkliyi ilə artıq müəyyən qədər reallaşıb. Aylar öncə Türkiyə Peşmərgəyə kömək üçün ABŞ-a öz yollarından istifadəyə icazə vermişdi. Türkiyə həmçinin Əsəd hökümətinin yıxılması üçün ABŞ yolunda özünü didib dağıdırdı. İndi artıq Türkiyəni nə Əsədin getməsi, nə də ABŞ-ın kimisə dəstəkləməsi yolunda muzdur olmaq maraqlandırmır. Bir tərəfdən əvvəllər kömək etdiyi Suriyadakı terrorçu qruplaşmaları, bir tərəfdən də günü gündən güclənən kürdləri sərhəddən uzaqlaşdırmaq istəyir. Bir sözlə, Türkiyə səssiz savaşın məngənəsində çırpınmaqdadır. Atalarımız demişkən: Nə atarsan aşına, o çıxar qaşığına.
ABŞ-ın narazı qaldığı digər ölkə İrandır. ABŞ-ın fikrincə İranda zülm ərşə qalxıb. Amma öz ölkəsində xalq yəhudi bankirlərinin məngənəsində çırpınır, hələ də ağdərililər qaradərililəri öldürür- buna məhəl qoyan yoxdur. Boş şeydir- demokratiya qurbanlar tələb edir. Böyük şəhərlərdə milyonlarla adam küçələrdə yatır. Əxlaqsızlıq, haqsızlı­q ABŞ əhalisini boğaza yığıb. Afrika və Latın Amerikası mənşəli ABŞ vətəndaşları Amerika cəmiyyətinin ən aşağı təbəqəsinə çevrilib. ABŞ Siyahıyaalma Bürosunun dərc etdiyi rəsmi statistik məlumatlara görə, ABŞ-da Afrika mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların orta illik gəlirinin 61 faizinə bərabər olub. Latın Amerikası mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların gəlirindən 28 faiz aşağı olub. İrqi ayrı-seçkilik işə qəbul, təhsil almaq və məhkəmə proseslərində özünü daha bariz göstərir. ABŞ məktəblərində dərisi rəngli olan şagirdlərə qarşı nizam-intizamı pozduqlarına görə daha ağır cəza tədbirləri tətbiq olunur. Məsələn, Nyu-Cersi ştatında orta məktəblərdən qovulan qaradərili şagirdlərin sayı anoloji cəzaya məruz qalmış ağdərili şagirdlərdən 60 dəfə çox olub. ABŞ həbsxanalarında cəza çəkən afroamerkanların sayı ağ dərili məhbusların sayından 7 dəfə çoxdur. 2006-cı ilin statistikasına əsasən, hər 100 min afroamerikanlıdan 815 nəfəri, hər 100 min latınamerikalıdan 283 nəfəri həbsdədir, ağdərili vətəndaşlardan isə hər 100 min nəfərdən yalnız 170 nəfəri azadlıqdan məhrum edilib. “Qaradərililər üçün maşın sürmək hüququ” hətta Obama rejimi dövründə də tanınmadı. Amerikada qaradərili sürücü olmağınız polis tərəfindən dindirməyiniz və axtarış edilməniz üçün yetərli səbəbdir. Buna “Drivinq Vhile Blək” deyilir. Amerikada faktiki olaraq bütün qaradərili cavanların “qanunla problemi” var. Əslində onların qanunla problemi yoxdur. Qanunun onlarla problemi var. Cavan, qara və kişi olmaq bunun əksini sübut edilməyənə qədər təqsirli olmaq deməkdir. Rəsmi məlumatlara görə, ABŞ-da yaşı 18-dən yuxarı olan 5,58 milyon qadın yoxsulluq həddində yaşayır. Statistikaya görə, bu ölkədə hər il orta hesabla 1, 400 qadın ailə münaqişəsi zəminində öldürülür, 2-4 milyon qadın isə ailədə döyülür. Bundan başqa qadınlar iş yerlərində və hərbi düşərgələrdə seksual zorakılığa məruz qalırlar. Hər il təqribən 132 min qadın zorakılığa məruz qaldığını etiraf edir, qeyri-rəsmi rəqəmlərə görə isə ABŞ-da ildə seksual zorakılığa məruz qalan qadınların sayı bundan 2-6 dəfə çoxdur. 2006-cı ildə azadlıqdan məhrum edilən qadınların sayı bir il əvvələ nisbətən 4,5 dəfə artıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə təqribən 100 mindən 3 milyona qədər yaşı 18-ə çatmamış uşaq fahişəliyə cəlb olunub. 2005-ci ildə ölüm hökmünə məhkum edilən 9400 yeniyetmədən yalnız 2225 nəfərinin cəzası ömürlük həbslə əvəzlənib. Beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Vatch” da ABŞ-ı kütləvi hüquq pozuntularına, o cümlədən işgəncələrə, uşaq əməyindən istifadəyə və məhkəmə sistemindəki çatışmazlıqlara görə tənqid edib. Qərargahı Nyu-Yorkda yerləşən təşkilatın hesabatına əsasən, ABŞ məhbusların sayına görə dünyada birinci yerədir. Bu ölkədə 2,3 milyon insan həbsxanada cəza çəkir. Hüquq müdafiəçilərinin fikrincə, bəzən məhkəmələr irqi ayrı-seçkilik səbəbindən çox sərt cəzalar təyin edirlər. Ölkədə ağır cəzalara gəldikdə isə HRV hesabatında ABŞ-ın 34 ştatında ölüm hökmünün qaldığını və ötən il ərzində 39 nəfərin edam edildiyini yazır. Bundan başqa, ölkədə 10 milyon uşaq minimal əməkhaqqından daha aşağı maaşla fermalarda işləmək məcburiyyətindədir. Böhran ilə əlaqədar milyonlarla insan ac-yalavac hala düşmüşdür və evsiz-eşiksiz qalmışdır. Çinçinati, Ferqyuson, Baltimor və Karolinada kütləvi etirazlarının hamısı qanla yatırıldı. 2012-vi ilin mart ayında ABŞ-da “Uoll-striti işğal” hərəkatının nümayişləri çərçivəsində Kaliforniyadakı Oakland şəhərində 10 minə yaxın vətəndaşın iştirakı ilə ümumi tətil keçirildi. Polis reaksiyası özünü çox gözlətmədi. “Uoll-striti işğal” hərəkatı zamanı həbs olunan 700 nəfərin taleyi hələ də məlum deyildir.
Amma ABŞ özü qondarma media-kadrların hesabına İranda insan hüquqlarının pozulduğu görüntüsü yaratmaq istəyirlər. Deyir, utanmasan oynamağa nə var ki?! ABŞ və NATO Misirə, Liviyaya, İraqa gətirdiyi demokratiyadan İrana da gətirmək istəyir. Çünki İran düz yolda deyil: İran hər yerdə əzilən müsəlmanlara kömək edir. Rusiya ilə əməkdaşlıq edir; hətta general Qasim Süleymani Rus ordusunu Suriyaya dəvət edib. Düz etməyib, gərək ABŞ-dan icazə alaydı. Gərək İran Suriya məsələsinə qarışmayaydı, imkan verəydi ABŞ qoy xalqları rahatca qırıb İsrailə sərhədlərini genişləndirməkdə köməklik etsin. İran o qədər həddini aşıb ki, müqəddəs İsrail dövlətini xəritədən silməklə də hədələyir. Qonum-qonşu xalqların gözünü açır, hətta ABŞ-ın qulağının dibində Latın Amerikası ölkələrini qızışdırıb maarifləndirir.
Ehh, bu ölkənin günahlarını saymaqla qurtarmaz! Əsas odur ki İran adlı böyük maneə regionda İsrailin yaratdığı ateist Kürdistan dövlətinə əngəl olmaq istəyir. Müəyyən qədər bu plan reallaşdırılıb, ABŞ və İsrail həzrətləri bu dövlətin yaradılmasına külli miqdarda sərmayə qoyublar, amma indi böyük Kürdistan projesinin mövcudluğu şübhə altına düşüb. İranın sayəsində!
Allahsız kürd dövlətinin qurulması region üçün böyük təhlükədir. Ona görə də hər kəs belə bir dövlətin qurulmasına qarşı olmalıdır. Çünki onsuz da uzaq olan müsəlman ölkələr daha da uzaqlaşacaqlar. İŞİD bitəndən sonra mövcud olacaq yeni dövlətin üstündə kürdlər durarsa, İraq İranın köməyi ilə kürdlərlə müharibəyə girəcək və elə məcbur qalan Türkiyə də İrana kömək edəcək. Bəs burda qazanclı kim çıxacaq? Qazanclı yenə də elə İran çıxacaq. Çünki ABŞ pulu ilə müharibəyə girən kürdlər qarşılarında İmam Hüseyn bayrağı altında ölümə hazır iranlıları görəcəklər. Qələbə bizimlədir!

Комментариев нет:

Отправить комментарий