Aleksandr Lukaşenko: "Qərb demokratiyası barədə mif yaradıblar. Bizdə keçirilən seçkilər Qərbin xoşuna gəlmir. Qoy Amerikaya gedib orada seçkilərin necə keçirildiyini görsünlər. 50 milyon nəfər seçki siyahısına salınmadığı üçün səs verə bilmədi. 23, ya da 25 prezidentliyə namizəd vardı. Ancaq siz yalnız Obama və Romni haqqında eşitdiniz. Qalan 25 namizədi bu "balinalarla" diskussiyaya cəhd etdiklərinə görə həbsxanaya saldılar. Öz qanunları ilə gəlıb "bostanımıza" girir və bizi öyrətməyə çalışırlar. Bu demokratiya söhbətlərini yığışdırmaq lazımdır. Baxın, İspaniya, İtaliya, Fransa, Yunanıstandakı nümayişlərdə nələr baş verir? Orada heç kim nümayişçilərin nazı ilə oynamır. Siz məni diktator olmaqda qınayırsınız. Ancaq özünüz hər gün insanları su və gözyaşardıcı qazla "sulayırsınız". Nə qədər insanı əzmisiniz? Bu barədə heç kim danışmır. Əfqanıstanda milyonlarla insanı öldürdünüz. Neft lazim olanda İraqı yerlə-yeksan etdiniz. Sarkozi böyük demokrat idi, amma liviyalı Qəddafidən 150 milyon dollar pul almışdı. Pulu aldı, üç ildən sonra isə Qəddafinin başına bomba yağdırdı, xüsusi təyinatlılar onu zorladı və öldürdülər. Bəyəm bu demokratiyadır?"
Комментариев нет:
Отправить комментарий