«Çoxları bilmir ki, Rusiya NATO təyyarələrinin Suriyaya qanadlı raketlərlə zərbə endirməsinin də qarşısını aldı. Özünün gizli müsəlman ordusu olan İŞİD-in məğlubiyyətini görən NATO Suriya şəhərlərinə 642 raket zərbəsi endirməyi planlaşdırmışdı. NATO həmişə olduğu kimi, bunu Bəşər Əsədin kimyəvi silaha malik olması bəhanəsi ilə etmək istəyirdi ki, dünya ictimaiyyətinin dəstəyini qazanmaq üçün saxta kadrlar da mediaya buraxılmışdı. Lakin Rusiya prezidenti Vladimir Putinin qətiyyəti sayəsində NATO həmin addımı atmağa cəsarət etmədi. İngiltərənin “İndependent” nəşrində jurnalist Robert Fiskin yazdığı kimi, Putin Əsədi Yeltsin Miloşeviçi atan kimi atmadı. “Qərb bir vaxtlar “diktator” Slobodan Miloşeviçlə vuruşduğu kimi Bəşər Əsədlə vuruşmayacaq, belə ki Yeltsin Miloşeviçi taleyin ümidinə qoydusa, Putin Rusiyası Əsədlə belə rəftar etmədi”- müəllif bildirir. Jurnalist göstərir ki, 1990-cı illərin axırlarında Qərb Yuqoslaviya ilə cani-dillə müharibəyə can atırdısa, Rusiyanın qorxusundan Suriya ilə birbaşa müharibəyə girişmədi».
(İbrahim Sel, "Krımın ilhaqı – Şiələrin xilası")
Комментариев нет:
Отправить комментарий